Modern.az

Təbrizdə şairlərin sümükləri oğurlandı

Təbrizdə şairlərin sümükləri oğurlandı

20 İyun 2020, 10:20

“Məqbərət üş-şüəra”da yerləşən bir çox qəbir qazılıb və sümüklər gecə ilə naməlum yerə aparılıb.

 

Modern.az xəbər verir ki, bu sözləri Təbriz Şəhər Şurasının üzvü Məhərrəm Məhəmmədzadə “Məqbərət üş-şüəra” abidəsi ətrafında aparılan qeyri-qanuni inşaat işləri barədə danışarkən deyib.

 

“Digər şəhərlərdə tarixi abidələrin ətrafında yerləşən binaları sökürlər, Təbrizdə isə “Məqbərət üş-şüəra”nın kənarında onmərtəbəli otel tikilib”, - o bildirib.

 

Qeyd edək ki, “Məqbərət üş-şüəra” və ya “Şairlər məqbərəsi”nin 7 əsr tarixi olduğu deyilir. Bu ərazidə Məhəmməd Hüseyn Şəhriyar da daxil olmaqla, 400-dən çox şair və yazıçı dəfn edilib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
BAKI TƏSDİQLƏDİ - Sülhməramlılar Qarabağdan belə çıxarıldı