Arxiv
22 İyun 2020, 11:19 | MEDİA
“Postpandemiya dövrünə hazırlaşmalıyıq” - Yeni jurnalist təşkilatının həmtəsisçisi - MÜSAHİBƏ

Ötən həftə yeni media təşkilatı - Onlayn Media Klubu yaradılıb. Konkret.az-ın baş redaktoru və Onlayn Media Klubunun həmtəsisçilərindən olan Fadil Paşayev yeni platformanın fəaliyyəti ilə bağlı Modern.az-a müsahibə verib:

 

- Necə oldu ki, yeni jurnalist qurumu yaratmaq ideyası yarandı?

- 23 ildir jurnalistika ilə məşğulam. Jurnalist və redaktor heyətinin işini, bütün problemlərini və ağrı nöqtələrini bilirəm. “168 saat” qəzetindən tutmuş “Naxçıvan” və “Azad Azərbaycan” kimi tarixi olan qəzetlərdə çalışdım. Faiq Hüsiyev, Varis Yolçuyev kimi jurnalistlərdən dərs aldım. Müstəqillik dövrünün azad mediasında formalaşdım. 13 il Azərbaycan Televiziyasında işlədim. Son iş yerim isə AzTV-nin Mərkəzi Asiya ölkələri üzrə bürosu oldu. Eyni zamanda, Azərbaycanın Qazaxıstandakı səfirliyində mətbuat xidmətinin katibi oldum. Orta Asiya mediası ilə çox yaxın təmaslarım yarandı. Eləcə də Azərbaycanın media sahəsində kifayət qədər tanıdığım adamlar da var. Onların arasında elələri var ki, ya bir yerdə işləmişəm, ya da ayrı-ayrı vaxtlarda sıx təmaslarımız olub. Yəni yaşadığım ömür, çalışdığım sahədə keçirdiyim hər an mənə xeyli təcrübə qazandırıb.

Bütün bu təcrübəmlə demək olar ki, can verən medianın yenidən dirçəldilməsinə öz töhfəmi vermək istədim.
Onlayn Media Kubunun əsas ideyası Demokrat.az-ın baş redaktoru Vasif Həsənli və Pravda.az-ın baş redaktoru İlkin Pirəli, o cümlədən Konkret.az-ın baş redaktoru olaraq mən tərəfindən irəli sürülüb.
Vasif və İlkinlə bu ideya barədə çox müzkirələr apardıq. Görüşlərimizdə medianı demək olar ki, məhv edən Əli Həsənovun vəzifədən uzaqlaşdırılmasından sonrakı vəziyyəti ətrafında çox diskussiyalarımız oldu. Posthəsənov dövründə yeni, azad, nüfuzlu və ictimai fikrə təsir imkanları olan təşkilata ehtiyac yarandığını hiss edirdik.

Qərara gəldik ki, yeni nəfəslə, yeni əməkdaşlıq formatı ilə mediada aparılacaq islahatlara, tam azad, müstəqil medianın formalaşmasına öz köməyimizi göstərə bilərik və bu, ümid edirəm böyük miqyasda ola bilər.

Əlbəttə, mövcud jurnalist qurumlarının cəmiyyətdə müəyyən nüfuzu var və ola bilər ki, bu qurumların fəaliyyəti hər hansısa çərçivədə həyata keçirilir. Məsələn, Parlament Jurnalistləri Birliyini qeyd etmək olar. Eləcə də ayrı-ayrı nüfuzlu şəxslərlə, məsələn, Elçin Şıxlı, Arif Əliyev, Mehman Əliyev, Qulu Məhərrəmli və digər adını çəkmədiyim və mediada kifayət qədər çəkisi olan şəxslərlə birgə əməkdaşlıq üçün yeni paltformaya ehtiyac var. Gəlin unutmayaq ki, yeni təşkilat bu sahəyə yeni nəfəs gətirəcək.


- Yeni yaradıldığı elan edilən Onlayn Media Klubu nə vaxtdan etibarən fəaliyyətə başlayacaq?

- Hazırda Klubun hüquqi cəhətdən təşkilatlanması istiqamətində işlər aparılır. Güman edirəm ki, sentyabr-oktyabr aylarında tam fəaliyyətə başlayacağıq. Ona qədər qarşımızda duran bir çox işlər var. Yeni konsepsiyalar üzərində çalışırıq, təşkilatlanma işi tam sürətlə getməlidir. Bir sıra görüşlərimiz, müzakirələrimiz var ki, bu işlər hələ ləng gedir. Əlbəttə ki, bu da Bakıda sərt karantin rejiminin tətbiqi ilə əlaqədardır. Amma buna baxmayaraq, onlayn şəraitdə kiçik toplantılarımız olur və digər danışıqlarımız davam edir.


- Bir neçə sayt rəhbərinin təşəbbüsü ilə formalaşacaq bu platforma necə idarə olunacaq? Yəqin ki, kənardan olaraq idarə olunacaq, ofisdən fəaliyyət olmayacaq.

- İstənilən təşkilatın, qurumun ofisi olmalıdır. Çünki təşkilat özü bir canlı orqanizm sayıla bilər. Amma düzgün bir məqamı qeyd etdiniz ki, təşkilatın işlək qurumu ofisdə olsa da, onlayn əlaqələrə də önəm veriləcək. Çünki ideya müəllifləri özləri sayt rəhbərləridir və onların başqa işləri də var. Təşkilat paralel olaraq idarəetmə sistemində daha konstruktiv metodları tətbiq edəcək. Əbləttə, bütün bunlara zaman lazım olacaq və bu proses müəyyən mərhələdən sonra baş verəcək. Buna qədər isə ofisin olması mütləqdir. Məqsədimiz mövcud onlayn medianın bütün parametrlər üzrə inkişafını şərtləndirməkdir. 


- Digər jurnalist təşkilatlarından nə kimi fərqləriniz olacaq?


- Hesab edirəm ki, fəaliyyət planımızın əsas istiqamətlərində özümüzü göstərə biləcəyik. Digər təşkilatlarla, eləcə də jurnalist təşkilatları ilə, həmçinin çox peşəkar media işçiləri ilə sıx əməkdaşlıq etməklə və yeni layihələri icra etməklə nəzərdə tutduğumuz işləri həyata keçirməkdə iddialıyıq.

Bu gün xüsusən, sosial mediada, o cümlədən sosial şəbəkələrdə xaos hökm sürür. "KİV-lərin effektivliyi haqqında" konsepsiyasını hazırlamaq lazımdır. Mətbuatla dövlət arasında münasibətlərin formalaşdırılmasına diqqət yetirilməlidir. Müstəqil medianın inkişafı üçün yeni layihələr həyata keçirilməli, Heydər Əliyev dövründə olduğu kimi, medianın cəmiyyətdəki nüfuzu özünə qaytarılmalıdır.

Jurnalistikada dələduz adamların ifşa edilməsi ilə bağlı maarifləndirmə işlərini aparan istənilən quruma və təşkilata dəstək vermək üçün bütün imkanlarımızdan istifadə edəcəyik. Jurnalist icmalarının nümayəndələrinin iştirakı ilə təcrübələrimizi bölüşəcəyik. Mediaya yeni nəfəs gəlib. Bütün bunlar bizə deməyə əsas verir ki, yenidən təşkilatlanmalıyıq.

Bölgələrimizdə fəaliyyət göstərən jurnalist həmkarlarımız var ki, illərdir öz problemlərini həll edə bilmirlər. Bu sahədə xeyli işlər görməliyik.

Birliyin modernləşməsi və təşkilatımızın nüfuzunun gücləndirilməsi üçün yeni nəsil jurnalistləri təşkilata cəlb edəcəyik, regional jurnalist birlikləri varsa, bu qurumlarla ciddi yaradıcı, mənəvi və hüquqi dəstəyimizi əsrigəməyəcəyik.

Jurnalistika bir peşə olaraq son illərdə əvvəlki nüfuzunu və populyarlığını itirib. Öz fəaliyyətimizlə onları qaytarmağı fikirləşirik.


- Qarşıdakı perspektivlərinizi də deyərdiniz, mümkünsə!


- Mən bir məsələnin üstündə bir qədər çox dayanacağam. Peşəmizin nüfuzunun artması istiqamətində çox böyük işlər görülməlidir. Dünyanı ağuşuna almış koronavirus pandemiyasına baxmayaraq, bu işlərdə dayanmaq, fəaliyyəti ertələmək olmaz. Postpandemiya dövrünə hazır olmalıyıq.  Bu mənada çox şey özümüzdən asılıdır. Gənc jurnalistlərin tez-tez verdiyi əsas sual öz cavabını tapacaq. Bu, onlara nə verəcək? Jurnalistin özünü etibarlı hiss etməsi üçün həm hüquqi, həm də peşəkar kömək ala bilər. Kiməsə sahib olmaq, layihələri, fikirləri haqqında harada və nə vaxt danışmaq. Klub ideal bir platforma olmalıdır. Çox gərgin əmək və müəyyən zaman çərçivəsində hesab edirəm ki, bu işlərin öhdəsindən gələcəyik.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Aparıcıdan Paşinyana SƏRT SUALLAR: “Azərbaycanlılara qarşı törədilən cinayətlərə görə üzr istəyəcəksinizmi?” 14 Avqust 2020, 13:26 Azərbaycanda 2 koronavirus xəstəsi həbs olundu 14 Avqust 2020, 13:14 Sabahın hava proqnozu 14 Avqust 2020, 13:08 ““Səhər” yeganə proqram idi ki, burada rüşvət deyənin nəinki əlini, dilini də kəsirdilər”  - MÜSAHİBƏ 14 Avqust 2020, 13:02 Namizədlər ən çox Bakı və Sumqayıtda imtahan verirlər - Nazirlik 14 Avqust 2020, 12:56 “Bandotdel”dən silah ƏMƏLİYYATI 14 Avqust 2020, 12:50 İcra nümayəndəsinin cinayət işi məhkəməyə göndərildi 14 Avqust 2020, 12:44 Azərbaycanda uşaqlara bu adların qoyulması qadağan olundu - SİYAHI 14 Avqust 2020, 12:38 Oğlu həbs olunan bələdiyyə sədri istefa verdi 14 Avqust 2020, 12:32 Azərbaycanda 83 körpə ev şəraitində doğulub 14 Avqust 2020, 12:26 Qarabağın Azərbaycanlı icması: "Ermənistanın bu azğın əməlləri..." 14 Avqust 2020, 12:20 Problemli əmanətlərin qaytarılmasına BAŞLANILDI 14 Avqust 2020, 12:14 Qazaxıstanın 16 vətəndaşı öz ölkələrinə yola salındı 14 Avqust 2020, 12:08 Şabranda 9 velosipedçi cərimələndi 14 Avqust 2020, 12:02 Əli Abbasov Ramiz Mehdiyevin müşaviri təyin olundu 14 Avqust 2020, 11:56 Ermənistana hərbi dəhliz açan ölkələr - Ekspert: “Bu 3 ölkə ilə izahat işi aparılmalıdır” 14 Avqust 2020, 11:50 Hacıqabulda reydlər davam edir - FOTO 14 Avqust 2020, 11:48 BANM-in məzunları DAAD təqaüdünü qazanıb 14 Avqust 2020, 11:42 Müəllim olmaq istəyənlərin nəzərinə 14 Avqust 2020, 11:36 Keçmiş vəkili Trampı ifşa edəcəyini söylədi 14 Avqust 2020, 11:33 Ermənistanda koronavirusdan ölənlərin sayı 814 nəfərə çatdı 14 Avqust 2020, 11:28 Abituriyentlərin nəzərinə! 14 Avqust 2020, 11:22 Prokurorluq Binəqədidəki müəmmalı ölümlə bağlı məlumat YAYADI 14 Avqust 2020, 11:16 Bel çantasında narkotik tapıldı 14 Avqust 2020, 11:10 “Gürcüstanın idarəetməsində azərbaycanlıların rolu artacaq” – Marneuli meri 14 Avqust 2020, 11:04 Azərbaycan XİN-i Pakistanı təbrik etdi 14 Avqust 2020, 10:59 Sabiq prezidentin həbs qərarı qüvvədə qaldı 14 Avqust 2020, 10:54 Nazirlik mebelə 1,6 milyon manat XƏRCLƏYƏCƏK 14 Avqust 2020, 10:48 Avropa Azərbaycanlıları erməni lobbisini dünya ictimaiyyətini çaşdırmaqda ittiham edib 14 Avqust 2020, 10:42 Vilayət Eyvazovdan YENİ TƏYİNAT 14 Avqust 2020, 10:36 Azərbaycan nefti yenidən ucuzlaşdı 14 Avqust 2020, 10:30 Ramiz Mehdiyev Əli Abbasovu işdən azad etdi 14 Avqust 2020, 10:24 Nazirlikdən şəbəkə qurğularındakı təhlükə ilə bağlı xəbərdarlıq 14 Avqust 2020, 10:18 Daha bir xarici jurnalist Qarabağa qanunsuz səfər etdi 14 Avqust 2020, 10:12 Mingəçevirdə gizli işləyən restoran TAPILDI  14 Avqust 2020, 10:06