Modern.az

Diasporun QƏLƏBƏSİ: “Azərbaycan evi”nin inşasına icazə verildi

Diasporun QƏLƏBƏSİ: “Azərbaycan evi”nin inşasına icazə verildi

22 İyun 2020, 14:58

Rusiyanın Sverdlovsk şəhərində 18 mərtəbəli “Azərbaycan evi”nin tikintisi sentyabrda başlayacaq.

Modern.az Rusiya KİV-nə istinadən xəbər verir ki, hazırda Azərbaycan diasporu ilə Sverdlovsk vilayətinin rəhbərliyi atasında tikinti işlərinin aparılacağı ərazi müəyyənləşdirilir.

 

Vilayət rəhbərliyi Yekaterinburqun Sulimov-Omskaya küçələrinin kəsişməsində, Bolşakov yaxud Akademiçeski küçələrindəki torpaq sahələrini “Azərbaycan evi”nin inşası üçün təklif edib.

Xatırladaq ki, “Azərbaycan evi”nin inşası ilə bağlı işlər 2014-cü ildə dondurulmuşdu. Tikinti ilə bağlı rəsmi icazə olsa da, şəhər sakinləri inşaat işlərinin Osnovinsk parkında aparılmasına etiraz etmişdi. 6 il aparılan danışıqlardan sonra Azərbaycan diasporu məsələni hüquqi yolla həll edib.  

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir