Modern.az

Məşhur “Taksi” filminin ulduzunu Qarabağla nə birləşdirir?

Məşhur “Taksi” filminin ulduzunu Qarabağla nə birləşdirir?

Mədəni̇yyət

22 İyun 2020, 20:50

Ermənilər Qarabağ mövzusunda ard-arda bir neçə film çəkir.

 

Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, erməni mənşəli rejissor Robert Defin çəkəcəyi “Valter” filmi də Qarabağ müharibəsi mövzusunda olacaq. Maraqlıdır ki, baş rolu “Taksi” kinoseriyasından tanınan fransız aktryor Sami Naserinin kiçik qardaşı Bibi Naseri oynayacaq.

 

Filmdə hadisələr Valter (Bibi Naseri) adlı erməninin Rusiyadan Dağlıq Qarabağa gələrək anasını dəfn etməyə çalışır. Hadisələr Qatabağ müharibəsi fonunda cərəyan edir.

Xatırladaq ki, Bibi Naseri “13-cü rayon”, “Ayşə”, “Arı yuxası” və s. filmlərdə çəkilib. “Valter” filminin çəkilişləri artıq 2 gündür ki, davam edir.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!