Arxiv
24 İyun 2020, 14:40 | PARLAMENT
Deputatdan viruslu xəstələr üçün dərmanların tapılmamasına sərt REAKSİYA

TƏBİB-in tövsiyəsinə əsasən, yüngül formada koronavirus xəstələri poliklinika həkimlərinin müalicəsi və nəzarəti ilə evlərdə müalicə olunmalıdır. Hətta poliklinikalar TƏBİB tərəfindən müalicə sxemi - protokolu ilə təmin edilib.

Təəssüfedici məqam isə apteklərdə bu dərmanların heç birinin tapılmaması ilə bağlıdır.

Belə olan halda, xəstələr necə müalicə olunmalıdır?

Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədr müavini Məlahət İbrahimqızı Modern.az-a açıqlamasında məsələyə sərt münasibət bildirib:


“Bu gün ölkəmizdə koronavirusa qarşı çox yüksək səviyyədə mübarizə  aparılır. Əlbəttə, dünyanın heç bir ölkəsi bu epidemiyaya hazır deyil. Bizim ölkədə bu məsələ möhtərəm Prezidentimizin və möhtərəm Birinci vitse-prezidentin hər an diqqətində idi. İlk günlərdən bütün istiqamətlərdə kompleks tədbirlər həyata keçirilir. Son vaxtlar xəstəliyə yoluxmanın  və ölüm hallarının artması tendensiyası bəzilərinin əlinə fürsət verib. Belə ki, hər zaman fürsətdən mənfəət qazanmağı  sevən möhtəkirlər bu dəfə də TƏBİB-in müalicə üçün tövsiyə etdiyi bu dərmanları qəhətə çıxarıblar.

Həqiqətən də yuxarıda qeyd edilən dərmanları apteklərdən əldə etmək demək olar ki, mümkün deyil”.

Məlahət İbrahimqızı  bu məsələnin diqqətdə saxlanılmasının vacibliyini də qeyd edib:

“Bir halda ki, koronaviruslu yüngül xəstələr evdə müalicə olunacaq, onda müalicə üçün lazım olan bütün dərmanlar ibütün apteklərdə tapılmalıdır. Vətəndaş onsuz da bu dərmanları öz pulu ilə alacaq. İnanıram ki, həm TƏBİB, həm  Səhiyyə Nazirliyi, həm də müvafiq qurumlar bu məsələni ciddi nəzarətdə saxlayacaqlar”.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Türkiyə Minsk qrupunun həmsədri ola bilərmi? - MÖVQE 14 Avqust 2020, 11:50 Hacıqabulda reydlər davam edir - FOTO 14 Avqust 2020, 11:48 BANM-in məzunları DAAD təqaüdünü qazanıb 14 Avqust 2020, 11:42 Müəllim olmaq istəyənlərin nəzərinə 14 Avqust 2020, 11:36 Keçmiş vəkili Trampı ifşa edəcəyini söylədi 14 Avqust 2020, 11:33 Ermənistanda koronavirusdan ölənlərin sayı 814 nəfərə çatdı 14 Avqust 2020, 11:28 Abituriyentlərin nəzərinə! 14 Avqust 2020, 11:22 Prokurorluq Binəqədidəki müəmmalı ölümlə bağlı məlumat YAYADI 14 Avqust 2020, 11:16 Bel çantasında narkotik tapıldı 14 Avqust 2020, 11:10 “Gürcüstanın idarəetməsində azərbaycanlıların rolu artacaq” – Marneuli meri 14 Avqust 2020, 11:04 Azərbaycan XİN-i Pakistanı təbrik etdi 14 Avqust 2020, 10:59 Sabiq prezidentin həbs qərarı qüvvədə qaldı 14 Avqust 2020, 10:54 Nazirlik mebelə 1,6 milyon manat XƏRCLƏYƏCƏK 14 Avqust 2020, 10:48 Avropa Azərbaycanlıları erməni lobbisini dünya ictimaiyyətini çaşdırmaqda ittiham edib 14 Avqust 2020, 10:42 Vilayət Eyvazovdan YENİ TƏYİNAT 14 Avqust 2020, 10:36 Azərbaycan nefti yenidən ucuzlaşdı 14 Avqust 2020, 10:30 Ramiz Mehdiyev Əli Abbasovu işdən azad etdi 14 Avqust 2020, 10:24 Nazirlikdən şəbəkə qurğularındakı təhlükə ilə bağlı xəbərdarlıq 14 Avqust 2020, 10:18 Daha bir xarici jurnalist Qarabağa qanunsuz səfər etdi 14 Avqust 2020, 10:12 Mingəçevirdə gizli işləyən restoran TAPILDI  14 Avqust 2020, 10:06 Bələdiyyə sədri cərimələndi 14 Avqust 2020, 10:00 Dünyada koronavirusa yoluxanların sayı 21 milyonu keçdi 14 Avqust 2020, 09:54 Neft yenidən bahalaşdı 14 Avqust 2020, 09:48 Ermənilər 400 min azərbaycanlının suyunu kəsəcək - EKOLOJİ TERROR 14 Avqust 2020, 09:42 Təhsil naziri ictimaiyyətə müraciət etdi 14 Avqust 2020, 09:36 Sabahdan Bakıda ictimai nəqliyyatın hərəkəti dayandırılır 14 Avqust 2020, 09:30 Ermənilər Tovuzu yenidən atəşə tutdular - Müdafiə Nazirliyi  14 Avqust 2020, 09:24 Bakı sakinlərinə xəbərdarlıq - sabah küçəyə çıxmayın 14 Avqust 2020, 09:18 ABŞ-la Moskva arasında VAKSİN QALMAQALI 14 Avqust 2020, 09:12 Manat və dollar yeni günə bu MƏZƏNNƏ ilə başladı   14 Avqust 2020, 09:06 Prezident 16 universitetə rektor TƏYİN ETDİ 14 Avqust 2020, 09:00 Prezidentin “Qarabağ” yatağı ilə bağlı fikirləri İtaliya mətbuatında 14 Avqust 2020, 08:57 Erkən ölümü gözlərdən bilmək olur 14 Avqust 2020, 08:47 Müəllimlərin işə qəbulu BAŞLADI 14 Avqust 2020, 08:33 Lənkəranda aviobomba tapıldı 14 Avqust 2020, 08:24