Modern.az

Jurnalist bacı-qardaş nəhayət xəstəxanaya YERLƏŞDİRİLDİ

Jurnalist bacı-qardaş nəhayət xəstəxanaya YERLƏŞDİRİLDİ

24 İyun 2020, 14:57

Koronavirusa yoluxmuş və ötən gün “Atletlər kəndi”nə yerləşdirilmiş bacı-qardaş jurnalistlər -“Palitra” qəzetinin əməkdaşı Nigar Abdullayeva və Cebhe.info xəbər portalı-"Cümhuriyət" qəzetinin müxbiri Müşfiq Abdulla, habelə onun həyat yoldaşı 1 saylı Klinik Mərkəzə (“Semaşko”) köçürülüb.


Bu barədə Modern.az-a Müşfiq Abdulla  məlumat verib.


Jurnalistin sözlərinə görə, “Cümhuriyət” qəzetinin baş redaktoru Rəfail Becanov, Mətbuat Şurasının sədri Əflatin Amaşov və millət vəkili Qənirə Paşayevanın Tibbi Ərazi Bölmələri İdarəetmə Birliyinə (TƏBİB) xüsusi müraciətlərindən sonra TƏBİB hər üçünün sözügedən xəstəxanaya yerləşdirilməsinə göstəriş verib:

“Bu dəqiqələrdə 1 saylı klinik xəstəxanaya gətirildik. Mən artıq palatadayam, bacım və yoldaşımı da yerləşdirəcəklər. Ümid edirik ki, hər şey yaxşı olacaq. Bu məsələdə xüsusi həssalıq nümayiş etdirən çalışdığım mətbuat orqanların baş redaktoru Rəfail Becanova, deputat Qənirə Paşayevaya və Mətbuat Şurasının sədri Əflatun Amaşova özüm və ailəm adımdan təşəkkürümü bildirirəm”.

 

Qeyd edək ki, bir neçə gün əvvəl onların COVID-19-la bağlı testlərinin nəticəsi pozitiv çıxıb. Bu səbəblə ötən gün TƏBİB-ə müraciət ediblər. Qurumdan onların xəstəxanaya yerləşdiriləcəkləri bildirsələr də, təcili tibbi yardım xəstələri “Atletlər kəndi”nə apararaq orada karantinə yerləşdirib. Orada isə xəstələrə heç bir tibbi xidmət göstərilməyib. Jurnalistlərin isə durumu ağırlaşıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Vəziyyət gərgindir, ABŞ ordusu sərhəddədir