Arxiv
25 İyun 2020, 15:52 | PARLAMENT
Hüseynbala Mirələmov: “Parlament üçün darıxıram” - MÜSAHİBƏ

Keçmiş deputat, yazıçı Hüseynbala Mirələmov iyunun 25-də 75 yaşını tamam edib.  Bu ilin fevralında keçirilmiş növbədənkənar parlament seçkilərində əvvəlcə 33 saylı Xətai birinci seçki dairəsində qalib elan edilən, lakin sonra nəticəsi MSK-nın qərarı ilə ləğv olunan Hüseynbala Mirələmov aylardı mediadan uzaq düşüb.

Modern.az saytı yubiley yaşını qeyd edən Hüseynbala müəllimi axtarıb taparaq, ondan müsahibə alıb.

- Hüseynbala müəllim, doğum gününüzü təbrik edirik. Gününüz necə keçir?

- Bu gün bütün təbrikləri qəbul edirəm. Koronavirus səbəbindən evdən çölə çıxa bilmirik. Mən də qaydalara riayət edərək, ad günümü ev şəraitində - ancaq ailə üzvlərimlə keçirirəm.
 

- Bir neçə aydır ki, ölkəmizdə karantin rejimi tətbiq olunub. Bu, həm də bir qədər azadlığın məhdudlaşdırılması deməkdir. Maraqlıdır, Hüseynbala müəllim karantinə tab gətirə bilirmi?

- Əlbəttə. Bütün qaydalara çox ciddi şəkildə riayət edirəm. Bir haşiyə çıxım. Bu gün səhər bazara getmişdim. Təsəvvür edin, ağzımda tibbi maska göyərti alıram. Yaşlı bir qadın mənə yaxınlaşıb “olar, sizdən bir şey soruşum?!” dedi. Ağzında maska olmayan satıcı qadın “Bu doğrudur? Yəni belə xəstəlik var?”,-deyə soruşdu. Ona bütün dünyanın bu bəlanın əlində əsir-yesir qaldığı barədə uzun-uzadı danışandan sonra  nə üçün maska taxmadığını soruşdum.  “Çantamdadı” dedi. Bu formada dialoqumuz uzandı. Sözüm ondadır ki, ətrafımızda olan hər kəsi maarifləndirməliyik. Bu bəlaya birlikdə qalib gəlməliyik.


- COVID-19 infeksiyası həm də insanlarda psixoloji gərginliyi artırır. Belə deyək, insanların işə marağını öldürür. Koronavirusun gərginliyi yazıçı Hüseynbala Mirələmovun yaradıcılıq fəaliyyətini dondurmayıb ki?

- Koronavirusa görə heç bir qorxu, təşviş içərisində deyiləm. Sadəcə olaraq mübarizə ruhumuz bir az da artıb. Bu yaxınlarda trilogiyamın son nöqtəsini qoymuşam. Kitabın çox hissəsini karantin dövründə yazmışam. Çünki vaxtım çox olub.


- Bir vaxtlar orta məktəbdə və parlamentdə eyni masa arxasında birgə əyləşdiyiniz  Hadi Rəcəbli ilə münasibətləriniz necədir?

- Hadi müəllimlə tez-tez telefon əlaqəsi saxlayırıq. O da evdədir və karantin qaydalarına əməl edir. Ən əsası sağlamdır və əhval-ruhiyyəsi də yüksəkdir.


- Hazırkı parlamentdə gənclər də təmsil olunur. Ara-sıra yaşlı nəslin gənc nəsli sıxışdırdığı barədə də söhbətlər dolaşır. Siz necə düşünürsüz?

- Əksinə, nə yaxşı ki, parlamentdə gənc deputatlar təmsil olunur. Nə yaxşı ki seçicilər gənclərə səs verdilər və onlar deputat seçildi. Bu, xalqımızın milli şüurunun oyanmasının bir daha sübuta yetirilməsi deməkdir. Gənc deputatlara uğurlar arzulayıram. Sevinirəm ki, gənclərə yol açılır. Onlar bizim övladlarımızdır.


- Bəs gənclərə hansı  tövsiyələri vermək istəyərdiz?

- Tövsiyələrim odur ki, ilk növbədə Azərbaycanı, xalqımızı, dövlətimizi dərindən sevsinlər. Vətən və dövlət sevgisi olmasa, heç nəyə nail ola bilmərik. Bu təkcə deputatlara aid deyil. Məmura da, fəhləyə də aiddir. Mənsub olduğumuz xalqımızı sevməliyik. Bu sevgidən qaynaqlanıb hər bir məsələyə məsuliyyətlə yanaşmalı, qarşılarına qoyduqları vəzifələri vicdanla yerinə yetirməlidirlər. Bu, həm öz övladlarıma, həm dostlarıma,  həm də bütün gəncliyə aiddir. Öndə vətən, xalq sevgisi dayanmalıdır. Bu sevgi olacaqsa, bütün işlərin məsuliyyətini  dərk edəcəklər.


- Hüseynbala  müəllim, açıq danışaq. Hansısa vəzifədə olanda dost-tanış da çox olur. Elə ki, vəzifədən getdin, o dost-tanış gözə dəymir. Bu vəziyyəti sizə də aid edə bilərik?

- İnanın ki, əvvəlkindən də artıq dostlarım çoxdur. Dünən yanımda olanlar  bu gün də yanımdadırlar. Məni tərk edənlər yoxdur. Hər şey qaydasındadır.


- Hazırki deputatlardan doğum gününüzdə sizi yad edənlər olubmu?

- Səhər 07:30-dan indiyə qədər aramsız telefon zəngləri alıram. Çalışdıqları vəzifədən asılı olmayaraq təbrik edirlər. Eldar İbrahimov, Musa Quliyev, Hadi Rəcəbli, Ziyad Səmədzadə, Cavanşir Paşazadə və digərləri zəng edib ürək sözlərini deyiblər. Zəng edən hər kəsə minnətdaram. Bu o demək deyil ki, deputat seçilmədiyimdən mənə qarşı diqqətsizdirlər. Elə söhbətlər yoxdur.


- Bu gün sizi təbrik edən hazırki deputatlarla bir vaxtlar çiyin-çiyinə parlamentdə təmsil olunurdunuz. Bu gün parlament üçün darıxırsızmı? Hər halda, xatirələriniz var.

- Parlamentlə bağlı xoş xatirələrim var. Orada bərkimişəm. Siyasi cəhətdən tam olaraq parlamentdə formalaşmışam. 15 il parlamentdə təmsil olunmaq zarafat deyil. Əlbəttə, parlament üçün darıxıram.


- Əgər növbəti dəfə əlinizə şans düşərsə, yenidən özünüzü parlamentdə görmək istəyərsizmi?

- Yeni Azərbaycan Partiyasının üzvüyəm. Bizim partiyanın üzvləri öz iradəsi ilə seçkiyə getmir. Partiyamız kimi məsləhət bilirsə, onun da namizədliyi irəli sürülür və həmin şəxslər də mübarizəyə qoşulur. Əgər partiyamız  yenidən mənə etimad göstərib namizədliyimi irəli sürərsə, nə ixtiyarım var ki, getməyim!


- Belə deyək də, əmrə tabe olarsız...


- Bu əmr deyil. Sadəcə olaraq partiyamızın qərarı ilə olan məsələdir. Kimi məsləhət bilsələr, o da böyük məmnuniyyətlə seçkilərə gedəcək. Hesab edirəm ki, bu, partiyanın tapşırığıdır.


- Formalaşan altıncı çağırış Milli Məclisin sədri müstəqil Azərbaycanın parlament tarixində seçilmiş ilk qadın spikerdir. Parlamenti xanım sədrin idarə etməsini necə qiymətləndirirsiz?

- Digər xarici ölkələrdə nəinki parlament sədrləri, eləcə də prezidentlər qadınlardır. Sahibə Qafarovanın spiker seçilməsini adi qarşıladım. Niyə də yox. Qadınlar zərif olmaqla yanaşı, həm də humanist olurlar.


- Yeni parlamentdə aparılan islahatlara barədə nə deyə bilərsiniz?

- Artıq islahatlar hər yerdə getməlidir. Ölkəmizin hər bir sahəsində aparılan islahatları təbii və normal qarşılayıram. Hər bir islahat inkişafa hesablanıb.


- Hüseynbala müəllim, parlament seçkilərindən sonra sizin dairənizin nəticəsi ləğv edildi. Haqqınızda bəzi iddialar da dolaşdı. Məsələn, deyirdilər Hüseynbala Mirələmov depressiyaya düşüb. Səslənən iddialara gec də olsa, reaksiyanızı eşitmək istərdik.

- Bu sualınızın cavabını səmimi verəcəm. O insanlar ona görə depressiya yaşamır ki, vəzifədən gediblər. O insanlar ona görə depressiya yaşayır ki, onların ayaqqabılarını yalayan, onlara yaltaqlanan, qarşısında qul kimi gəzən, “burda oturma, orda otur” deyən insanlar vəzifədən gedəndən sonra zəng edib hal-əhvalını soruşmur. Məhz bunlara görə depressiyaya düşürlər. Yadımdadır, bir vaxtlar Dövlət Yanacaq Komitəsi sədrinin birinci müavini vəzifəsində çalışırdım. Sonra cəbhə hakimiyyətə gəldi və məni işdən çıxartdı. O vaxt çox depressiyaya düşdüm. Bunun da səbəbləri vardı. Qapımda növbə gözləyənlər, sağlığıma ayaq  üstə badə qaldıran bəzi insanlar övladlarına toy edəndə məni çağırmadılar. Hansı ki, o adamlar hər gün mənimlə görüşmək istəyirdilər. Elə ki görüşürdülər, özlərini xoşbəxt hesab edirdilər.
Altıncı çağırış Milli Məclisə  deputat seçilmədim. Deməli, belə məsləhət oldu. Seçicilərim mənə etimad göstərmədilər. Dairəm ləğv edildisə, deməli dairədə pozuntu halları olub. İndi durub nələrisə araşdırmaq istəmirəm. Seçki prosesidir. Seçki prosesində hər şey olur. Deputat seçilməməyimi də adi qarşıladım. Hardasa  pozuntu oldu ki, seçilmədim. Sadəcə deyəcəyim odur ki, dünən kefimi soruşan adamlar bu gün yanımdan laqeyd keçsələr, bu mənə çox pis təsir edər. Ancaq deputat seçilməməyimə görə qətiyyən depressiya yaşamadım.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Bayden Ermənistan və Azərbaycanı danışıqlara çağırdı 5 Avqust 2021, 03:54 İldırım toy mərasiminin 16 iştirakçısını vuraraq öldürdü 5 Avqust 2021, 01:00 “Futbolçular daha peşəkar davranmalıdırlar” - Qurban Qurbanov 5 Avqust 2021, 00:55 FHN Türkiyəyə göndəriləcək üçüncü qrupla bağlı məlumat YAYDI 5 Avqust 2021, 00:49 Tokio-2020-də medal sıralaması 5 Avqust 2021, 00:38 Azərbaycanda yeni musiqi aləti yaradıldı - VİDEO 5 Avqust 2021, 00:27 “Yanğınların söndürülməsinə dəstək olan ən önəmli ölkə Azərbaycandır” 5 Avqust 2021, 00:19 Azərbaycan daha 20 ölkə ilə sərhədlərini açdı 5 Avqust 2021, 00:08 Daha iki idmançımız mübarizəyə BAŞLAYIR 4 Avqust 2021, 23:59 Azərbaycan ABŞ-a qoyduğu bu qadağanı ləğv etdi 4 Avqust 2021, 23:48 Şəhriyar Məmmədyarov mübarizəni dayandırdı 4 Avqust 2021, 23:39 “Ciyərlərimizi yandıranların ciyərlərini yandıracağıq” - Ərdoğan 4 Avqust 2021, 23:28 Türkiyədə yanğın İES ərazisinə daxil oldu - VİDEO 4 Avqust 2021, 23:19 Türkiyədə yanğınlarla mübarizə davam edir - VİDEO 4 Avqust 2021, 23:09 Türkiyədə 1 ailəni qətlə yetirən şəxs tutuldu - FOTO 4 Avqust 2021, 22:58 Canlı yayında intihara cəhd edən qazi xəstəxanaya yerləşdirildi 4 Avqust 2021, 22:48 İraqdakı ABŞ hərbçilərinə hücum edilib 4 Avqust 2021, 22:39 Dənizdə batma təhlükəsi ilə üzləşən 5 nəfər xilas edildi 4 Avqust 2021, 22:28 Daşkəsən sakininə balta ilə xəsarət yetirildi 4 Avqust 2021, 22:17 Azərbaycandan Türkiyəyə dəstək üçün yeni heyət göndərilir 4 Avqust 2021, 22:08 Ukraynada azərbaycanlı gənc qətlə yetirildi 4 Avqust 2021, 21:59 Bu regionlarında böyrək daşı xəstəliyi daha geniş yayılıb 4 Avqust 2021, 21:48 Türkiyədə koronavirusla bağlı son vəziyyət 4 Avqust 2021, 21:39 Azərbaycanda valyuta ehtiyatlarının artımı proqnozlaşdırılır 4 Avqust 2021, 21:29 Bu ölkədə 3 yaşdan yuxarı uşaqlara da vaksin vurulacaq 4 Avqust 2021, 21:18 Türkiyədə yanğına görə daha bir nəfər həbs edildi 4 Avqust 2021, 21:08 Şokoladın səbəb ola biləcəyi xəstəliklər 4 Avqust 2021, 20:59 Bakı əhalisi ərzağa milyardlar xərcləyir 4 Avqust 2021, 20:48 MİQ üzrə müsahibə nə vaxt başlayacaq? 4 Avqust 2021, 20:39 Karantin qaydalarını pozan toy sahibləri CƏRİMƏLƏNDİ 4 Avqust 2021, 20:26 Bu gün 68 mindən çox vaksin vurulub 4 Avqust 2021, 20:14 Azərbaycanda yoluxma 1000-ə çatır - 5 nəfər öldü 4 Avqust 2021, 20:08 YAP-a birləşən bu partiyaların nümayəndələrinə üzüvlük vəsiqləri verilib 4 Avqust 2021, 20:00 Qətlə yetirilən Sevincin uşaqlarının aqibəti məlum oldu 4 Avqust 2021, 19:51 Ərdoğan Baxçalını evində ziyarət etdi 4 Avqust 2021, 19:40