Arxiv
26 İyun 2020, 08:36 | PARLAMENT
Yeni deputat köhnələri hirsləndirdi: “Filankəs “dembeldi”, bəhmənkəs “molodoydu”...”

44 saylı Sumqayıt-Xızı seçki dairəsinin deputatı Müşfiq Məmmədli İTV-nin Dadaş Dadaşlinskinin təqdimatında yayımlanan  “3D”  verilişində qonaq olub.


Deputat həmin verilişdə parlamentin köhnə və yeni deputatlarını müqayisə edib.


Müşfiq Məmmədli deyib ki, təzə deputatlar köhnələrlə müqayisədə daha dinamik, daha çalışqan olmaları, qaldırılmış məsələlərə sıx yanaşmaları, seçicilərə vaxtında cavab vermələri, tək cavab vermək deyil, həm də problemləri həll etmələri ilə fərqlənirlər.

Maraqlıdır, bəs köhnələr yeni deputatın bu fikirləri ilə razıdırlarmı?


Modern.az
suala aydınlıq gətirməyə çalışıb.

Parlamentin köhnə deputatlarından olan Fəzail Ağamalı bildirib ki, həmkarının bu cür fikirlər söyləməsi həqiqəti ehtiva etmir:


“Yeri gəldi-gəlmədi danışmağın özü, üstün keyfiyyətlərin göstəricisi deyil. Hesab edirəm ki, iki aya özünü Milli Məclisin deputatı kimi təsdiq etmək kifayət qədər mübahisəlidir və ciddi suallar doğurur. Siyasətçi kimi formalaşmaq, millət vəkili kimi cəmiyyət tərəfindən qəbul edilmək üçün ən azı bir çağırış bütün kriteriyalar üzrə fəallıq göstərmək lazımdır. Ona görə də hörmətli həmkarım Müşfiq müəllimə tövsiyə edərdim ki, yeni deputatlar haqqında fikirlər söyləyərkən təvazökarlıq nümayiş etdirsələr, daha yaxşı olar. Sadəlik və təvazökarlıq müsbət keyfiyyətlərdir”.


Milli Məclisin digər köhnə deputatı Tahir Kərimli isə deputatların gənc və yaşlı kateqoriyalara bölünməsinin əleyhinə olduğunu deyib:


“Öncə onu deyim ki, deputat Müşfiq Məmmədliyə hörmətim var. Bir məsələyə xüsusi toxunmaq istərdim. Deputatları köhnə və təzə temaya bölməyin əleyhinəyəm. Parlament əsgəri xidmət deyil ki, filankəs “dembel”di, bəhmənkəs “molodoydu” və sairə söylənilsin. Hesab edirəm ki, həm əvvəlki, həm də yeni çağırış parlament deputatlarının içərisində aktiv və  passiv olanlar var. Müşfiq Məmmədli deputat olaraq fəaldır deyə, hamını aktiv başa düşür. Hətta gənc deputatlar arasında bəziləri var ki, çox fəaldırlar. Onların fəallığını görəndə sevinirəm. Gənc deputatlarımız arasında irəli gedən, yaxşı natiqlik qabiliyyəti olan savadlı gənclər çoxdur. Bu o demək deyil ki, biz bütövlükdə hamıya qiymət verməliyik. Hesab edirəm ki, “bu deputat gəncdir, o biri qocadır” deyilməsi doğru deyil. Hamımız deputatıq və deputat statusuna uyğun olaraq fəaliyyət göstəririk”

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Bərdədə daha 60 evə qaz verildi  9 Avqust 2020, 17:58 Parisdə maska taxmaq məcburi olacaq 9 Avqust 2020, 17:28 Azərbaycan Ordusunda andiçmə mərasimi keçirildi 9 Avqust 2020, 17:09 İran-İraq sərhədində güclü zəlzələ 9 Avqust 2020, 16:58 Kabildə səfirliklər yerləşən ərazidə güclü partlayış 9 Avqust 2020, 16:47 ABŞ-da prezidentliyə namizədi yarasa dişlədi 9 Avqust 2020, 16:30 Azərbaycan pandemiya ilə mübarizədə nümunəvi ölkədir 9 Avqust 2020, 16:15 Sabahdan Maştağa sakinləri Bakıya "BakuBus"la gedib-gələcəklər   9 Avqust 2020, 15:51 Avropa Liqasında mövsümün ilk püşkü atıldı   9 Avqust 2020, 15:48 Belarusda prezident seçkiləri baş tutdu 9 Avqust 2020, 15:39 “TurAZ Qartalı - 2020” təlimləri helikopterlərin iştirakı ilə davam edir - VİDEO 9 Avqust 2020, 15:20 DİM: Abituriyentlər “İmtahana buraxılış vərəqəsi”ni çap edə bilərlər 9 Avqust 2020, 14:58 “Qarabağ”ın Çempionlar Liqasında rəqibi bəlli oldu 9 Avqust 2020, 14:43 İmişlidə yol qəzası  9 Avqust 2020, 14:24 Çimərliklərdə sıxlıq var - Video 9 Avqust 2020, 14:04 Azərbaycanda koronavirusa yoluxanların sayı 100-dən aşağı düşdü 9 Avqust 2020, 13:49 Gürcüstanda koronavirusla bağlı son vəziyyət açıqlandı 9 Avqust 2020, 13:39 Deputat Ağalar Vəliyev goranboylulara müraciət edib 9 Avqust 2020, 13:30 Belarusda xaos olmayacaq - Lukaşenko 9 Avqust 2020, 13:22 Sabah Bakıda hava küləkli olacaq - rayonlarda yağış... 9 Avqust 2020, 13:05 Beyrutdakı etiraz aksiyaları yatırıldı 9 Avqust 2020, 12:51 Rusiyada COVID-19-a yoluxanların sayı açıqlandı 9 Avqust 2020, 12:42 Müdafiə Nazirliyi generalın ölümü ilə bağlı məlumat yaydı 9 Avqust 2020, 12:29 Ermənistanda koronavirusa yoluxan daha 6 nəfər öldü 9 Avqust 2020, 12:19 Azərbaycan-Türkiyə hərbi təlimlərinə xüsusi təyinatlı bölmələr cəlb edildi - VİDEO 9 Avqust 2020, 12:05 Bakıda polis onu bıçaqlayan oğrunu güllələdi 9 Avqust 2020, 11:51 Yaşadığı evdə intihar etdi 9 Avqust 2020, 11:42 İstanbulda avtobus qəzası - 5 ölü, 25 yaralı 9 Avqust 2020, 11:26 Azərbaycanda general VƏFAT ETDİ 9 Avqust 2020, 11:16 Dünyada COVİD-19-a yoluxanların sayı 20 milyon nəfərə çatır 9 Avqust 2020, 11:14 Hindistanda oteldə yanğın - 7 ölü 9 Avqust 2020, 11:03 Bakıda qardaş qardaşı niyə bıçaqladı... 9 Avqust 2020, 10:47 Sumqayıtda Xalq artistinin qardaşı döyüldü 9 Avqust 2020, 10:44 "Seçicilər aktivdir" - Belarusda seçkiləri müşahidə edən azərbaycanlı deputat 9 Avqust 2020, 10:29 Tovuzda ər arvadını bıçaqlayıb öldürdü 9 Avqust 2020, 10:28