Arxiv
26 İyun 2020, 20:00 | REPORTAJ
Atəşkəs dövrünün qəhrəmanları - VİDEO

Torpaq əgər uğrunda ölən varsa, Vətəndir. Azərbaycan oğulları məhz bunu nəzərə alaraq düşmənlə sonadək mübarizə aparmağı seçirlər. 1994-cü ildə imzalanmış “Bişkek” müqaviləsinə əsasən cəbhə bölgəsində atəşkəsə nail olunmalı, tərəflər daha itki verməməli idi, amma yaşadıqlarımız bunun əksini deyir.

 

 2020-ci ilin fevral ayına olan məlumata görə, təkcə atəşkəs dövründə 856 şəhid və yaralanan hərbçimiz var. Onlardan bəziləri isə xüsusi qəhrəmanlıqlarına görə fərqləndilər.

 

Modern.az sizə atəşkəs dövrünün qəhrəmanlarını təqdim edir.

 

Mübariz İbrahimov - Azərbaycanın Milli Qəhrəmanı, Azərbaycanda "ilin adamı" (2010)

 

2010-cu ilin 18 iyununda gizir Mübariz İbrahimov təkbaşına iki ordu arasındakı bir kilometrlik minalanmış sahəni keçərək Ermənistan silahlı qüvvələrinin çox sayda əsgər və zabitini məhv edir. Mübariz düşmənin öz silahlarını özünə qarşı istifadə edərək 5 saat onlarla təkbətək döyüşür.Səhərə yaxın Mübariz İbrahimov döyüşdə qəhrəmanca həlak olur.

 

Samid İmanov – Azərbaycanın Milli Qəhrəmanı (2016)

 

2016-cı ilin aprelində qatıldığı sonuncu döyüşdə mayor Samid İmanov böyük bir qəhrəmanlıq göstərmişdi. Ağır yaralanmasına baxmayaraq əsgərlərin onu döyüş meydanından aparmasına etiraz edərək, əvəzində yaralı gizirin çıxarılmasını əmr etdi. Mayor Samid İmanov qan axma nəticəsində qəhrəmancasına şəhid oldu. Aprelin 8-i Samid İmanovun nəşi neytral ərazidən götürüldü və doğma Neftçala rayonuna aparıldı.

 

Murad Mirzəyev  – Azərbaycanın Milli Qəhrəmanı(2016)

 

Azərbaycan Silahlı Qüvvələrinin polkovnik-leytenantı, Xüsusi Təyinatlı Qüvvələrin zabiti Murad Mirzəyev 2016-cı il Aprel Döyüşlərində komandiri olduğu qrup ilə birlikdə Talış kəndi ətrafındaki yüksəklikləri düşməndən azad etmiş və qəhrəmanca həyatını itirmişdi.

 

Çingiz Qurbanov - Azərbaycanın Milli Qəhrəmanı(2016)

 

22 yaşında, 2016-ci ilin 29 dekabrında Azərbaycan-Ermənistan dövlət sərhəddində ermənilərin kəşfiyyat qrupunun təxribatının qarşısını alan zaman qəhrəmanca şəhid oldu. Beynəlxalq normaları pozan erməni tərəfi Çingizin nəşini 3 həftədən artıq saxladı. 2017-ci il 5 fevralda Çingiz Qurbanovun nəşi Azərbaycana təhvil verilir və ertəsi gün doğulduğu Qusar şəhərində, Şəhidlər Xiyabanına son mənzilə yola salınır.

 

Ramil Səfərov – polkovnik-leytenant 

 

Cəbrayılda doğulub-böyüyən və erməni vəhşiliklərinin şahidi olan Ramil Səfərov 2006-cı ildə, Macarıstanda erməni zabiti  Qurqen Markaryanı Azərbaycan bayrağını təhqir etdiyinə görə qətlə yetirib. Budapeşt Şəhər Məhkəməsinin hökmü ilə ömürlük azadlıqdan məhrum edilən Ramil Səfərov 31 avqust 2012-ci ildə Bakıya gətirilib və Prezidentin Sərəncamı ilə cəza çəkməkdən azad edilərək əfv edilib.

 

Kəlbəcərə yaxınlarının məzarını ziyarət etməyə gedən, erməni işğalı altında olan Kəlbəcərimizin onlar üçün ikinci Mədinə, Məkkə olduğunu deyən soydaşlarımız Dilqəm Əsgərov, Şahbaz Quliyev və Həsən Həsənov.

 

Dilqəm Əsgərov və Şahbaz Quliyev 2014-cü ilin iyulunda Ermənistan Silahlı Qüvvələri tərəfindən girov götürüldü. Dilqəm Əsgərov ömürlük, Şahbaz Quliyev isə 22 il müddətinə azadlıqdan məhrum edildi. Soydaşlarımızın geri alınması üçün danışıqlar hələ də davam edir.

 

Həsən Həsənov isə düşmənin keçirdiyi əməliyyat zamanı güllələnərək öldürüldü. Yalnız 2014-cü ilin oktyabrında Həsən Həsənovun nəşi qarşı tərəfdən alınaraq Bakının Binəqədi qəbiristanlığında dəfn edilib.

 

Adlarını çəkdiyim bu Vətən övladlarını bir missiya birləşdirir - doğma yurd sevgisi, vətən həsrəti uğrunda canı bahasına olsa da, sona qədər mübarizə aparmaq.

 

Azərbaycan Silahlı Qüvvələrinin yaradılmasının 102-ci ilində Vətən uğrunda tarix yazanlara minnətdarlığımızı bildiririk.

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Bu ölkə Tovuz istiqamətindəki döyüşlərə görə Ermənistanı DƏSTƏKLƏDİ 15 İyul 2020, 01:03 ATƏT sədri cəbhədə artan gərginliklə bağlı bəyanat verdi 15 İyul 2020, 00:56 Ermənistan Azərbaycan Ordusunun dinc sakinləri hədəfə almadığını ETİRAF ETDİ 15 İyul 2020, 00:45 "WhatsApp"da problem yarandı 15 İyul 2020, 00:43 Azərbaycan ordusunun məhv etdiyi erməni hərbçilər - FOTO 15 İyul 2020, 00:33 Şəhid General-mayorumuzla vida mərasimi keçirildi 15 İyul 2020, 00:30 Paşinyan ordu rəhbərliyini topladı 15 İyul 2020, 00:22 Düşmənin döyüş texnikası belə məhv edildi – VİDEO 15 İyul 2020, 00:06 Bakıda jurnalistin evindən oğurluq 14 İyul 2020, 23:51 DİN vətəndaşları toplaşmalardan çəkinməyə çağırdı 14 İyul 2020, 23:39 Orduya dəstək üçün gənclər Şəhidlər xiyabanına toplaşır - CANLI YAYIM 14 İyul 2020, 23:20 Düşmənin daha bir hərbi obyekti məhv edildi - VİDEO 14 İyul 2020, 23:06 Türkiyədə COVİD-19 qurbanlarının sayı 5 402-yə çatdı 14 İyul 2020, 22:52 Alman mediası cəbhədəki vəziyyətdən yazdı 14 İyul 2020, 22:36 İtaliya Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir 14 İyul 2020, 22:23 Əsgərin könlündə taxt quran GENERAL - Polad Həşimovla bağlı XATİRƏLƏR 14 İyul 2020, 22:20 Azərbaycanlı hakerlər daha 30-ya yaxın erməni saytını dağıdıblar 14 İyul 2020, 22:11 “Mən atəşkəs yox, qisas istəyirəm...” - Şəhid polkovnikin xanımı şəhid generaldan yazdı 14 İyul 2020, 21:59 Şəhid mayor Namiq Əhmədov dəfn olunub 14 İyul 2020, 21:46 Türk Şurası Ermənistanın təxribatını sərt şəkildə pislədi - BƏYANAT 14 İyul 2020, 21:38 Ermənilərin Tovuzu atəşə tutduğu uzunmüddətli atəş nöqtəsi məhv edildi - VİDEO 14 İyul 2020, 21:22 Ərdoğandan Azərbaycana DƏSTƏK 14 İyul 2020, 21:14 Bakıda şəhid polkovnikin cənazəsinin qarşılayan yürüş... 14 İyul 2020, 20:58 NATO cəbhədəki durumla bağlı Minsk qrupuna çağırış etdi 14 İyul 2020, 20:47 Heç nəyə və heç kimə baxmadan Qarabağı azad etməliyik! 14 İyul 2020, 20:40 Azərbaycanda daha 543 yoluxma, 6 ölüm 14 İyul 2020, 20:31 Karantin qaydasını pozan müğənni Nura Suri cərimələndi 14 İyul 2020, 20:22 Cəbhədə vəziyyət yenidən gərginləşdi – Düşmən Tovuzu atəşə tutdu 14 İyul 2020, 20:13 Ermənistan FHN əhalinin təxliyəsinə hazırlaşır 14 İyul 2020, 20:04 Azərbaycan diasporu  Ermənistanın məkrli niyyətini pisləyir   14 İyul 2020, 19:54 “Azəriqaz”dan borclu olmadığını iddia edən abonentə CAVAB 14 İyul 2020, 19:45 Ermənistan artilleriyasının idarəetmə məntəqəsi məhv edildi - VİDEO 14 İyul 2020, 19:36 Şəhid generalımızın nəşi doğulduğu rayona gətirildi 14 İyul 2020, 19:27 Azərbaycandan Avropa Parlamentinə MÜRACİƏT 14 İyul 2020, 19:18 DTX-dan ordu ilə bağlı yalan məlumat yayanlara XƏBƏRDARLIQ 14 İyul 2020, 19:09