Modern.az

Azərbaycan Mətbuatının yaranmasının 145 illiyi qeyd olunacaq

Azərbaycan Mətbuatının yaranmasının 145 illiyi qeyd olunacaq

27 İyun 2020, 15:48

Mətbuat Şurası(MŞ) Azərbaycan Mətbuatının yaranmasının 145 illik yubileyinin qeyd edilməsinə hazırlaşır.

 

Bu barədə Modern.az-a MŞ sədrinin müavini Müşfiq Ələsgərli məlumat verib. O qeyd edibki, Şura ölkənin ən böyük jurnalist təşkilatı olaraq, müəyyən tədbirlər planlaşdırır:

 

“Sadəcə olaraq, koronavirus oandemiyası ilə əlaqədar olaraq, tədbirlərin ənənəvi formada keçirilməsində məhdudiyyətlər, əngəllər var.  İnsanların sağlamlığına təklükə törətməmək məqsədilə kütləvi tədbirlər keçirilməyəcək. Lakin yubiley tədbirlərinin keçirilməsinin yeni variantlarını düşünmək lazımdır. Ona görə, Şurada müzakirələr aparılır. Mətbuatın yaranmasının 145 illiyi ilə bağlı yeni formada qeydetmələr ola bilər. Müzakirələrimizin nəticəsində atılacaq addımlar barədə media üçün də açıqlama veriləcək”.

Twitter
Sizə yeni tvit var
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır