Modern.az

Maska taxmamağa görə cərimələr artırıldı - MƏBLƏĞLƏR

Maska taxmamağa görə cərimələr artırıldı - MƏBLƏĞLƏR

29 İyun 2020, 11:20

Milli Məclisin bu gün keçirilən növbədənkənar iclasında tibbi maska taxmamağa görə cərimələrin artırılması müzakirəyə çıxarılıb.

 

Modern.az-ın məlumatına görə, bununla iclasda Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik müzakirə edilib.

 

Dəyişikliyə əsasən, epidemiya əleyhinə rejim, sanitariya-gigiyena və karantin rejimləri dövründə fərdi qoruyucu vasitələrdən istifadə ilə bağlı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən tələblərin pozulmasına, habelə vəzifəli şəxslər və hüquqi şəxslər tərəfindən həmin tələblərin pozulmasının qarşısının alınmamasına görə fiziki şəxslər 100 manat məbləğində, vəzifəli şəxslər 200 manat məbləğində, hüquqi şəxslər 400 manat məbləğində cərimə ediləcək.

 

Bundan əlavə, həmin əməllərin inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə görə fiziki şəxslər 200 manat məbləğində, vəzifəli şəxslər 400 yüz manat məbləğində, hüquqi şəxslər 800 manat məbləğində cərimə ediləcək.

 

Dəyişiklik müzakirələrdən sonra səsverməyə qoyularaq qəbul edilib.

 

Bundan əvvəl isə epidemiya əleyhinə, sanitariya-gigiyena və karantin rejimləri dövründə tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə ilə bağlı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən tələblərin pozulmasına, habelə vəzifəli şəxslər tərəfindən həmin tələblərin pozulmasının qarşısının alınmamasına görə - fiziki şəxslər 50 manat məbləğində, vəzifəli şəxslər 100 manat məbləğində, hüquqi şəxslər 200  manat məbləğində cərimə edilirdi.

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir