Modern.az

Gürcü tarixçidən təklif: “Azərbaycan və gürcü diasporları birgə addım atmağa borcludur” - MÜSAHİBƏ

Gürcü tarixçidən təklif: “Azərbaycan və gürcü diasporları birgə addım atmağa borcludur” - MÜSAHİBƏ

Diaspor

29 İyun 2020, 17:40

“Son zamanlar diasporla bağlı rəsmi Bakının uğurlu addımları kənardan da hiss olunur”

 

Tanınmış gürcüstanlı alim, tarix elmləri üzrə elmlər doktoru, professor, Ekvtime Takaişvili adına Ümumgürcüstan Tarix Cəmiyyətinin Abxaziya təşkilatının sədri Zurab Papaskiri Modern.az-a müsahibə verib.

 

Cənab Papaskiri, Azərbaycan və Gürcüstan arasında hazırki münasibətləri necə dəyərləndirərdiniz?

- Ölkələrimiz arasında münasibətlər strateji tərəfdaşlıqdan da yüksəkdədir. Genetik olmasa da, faktiki olaraq, biz tarix boyu biri-birimizə arxa-dayaq olmuşuq. Təbii, tarixdə fərqli hadisələr, situasiyalar olub. Amma iki ölkə arasında pozitiv və səmimi əlaqələrin olduğunu əminliklə deyə bilərəm. Bütün məsuliyyətimlə bildirirəm ki, Azərbaycan-Gürcüstan münasibətləri ikinci minilliyin qovşağında keyfiyyətcə yeni mərhələyə gəlib və daha da möhkəmlənib. Gürcü-azərbaycanlı ittifaqı və strateji birliyi ümumi maraqlar və hədəflər üzərində - ilk növbədə isə aqressiv separatizm meyllərinin kökünün kəsilməsi, ərazi bütövlüyünün bərpası üzərində dayanır.

Bəli, bizim bir acımız, bir problemimiz var – suverenliyimiaz və dövlət müstəqilliyimizi təhlükəyə atan separatizmə fitva verən bədxah qoşunlar. Dünya birliyi içində sivil dövlət qurmaq planlarımıza mane olmaq istəyən bu qüvvələrə qarşı mübarizədə əl-ələ vermək borcumuzdur. Əminəm ki, bizim birliyimiz Azərbaycan və Gürcüstanın ərazi bütövlüyünü bərpa etməyə imkan verəcək.

 

-  Necə düşünürsünüz, Gürcüstandakı azərbaycanlılar və Azərbaycandakı gürcülər ölkələrimiz arasında münasibətlərdə hansı rolu oynayır?

- Mübaliğəsiz demək olar ki, Azərbaycandakı gürcülər və Gürcüstandakı azərbaycanlılar öz dövlətlərinin əsl vətənpərvər övladlarıdır.  Və bu resurs Azərbaycan-Gürcüstan qardaşlıq münasibətlərinin yaxınlaşmasında önəmli rol oynayacaq. Bu xüsusda, Marneulidə, Heyət Əliyev adına Universitetdə keçən görüşü unuda bilmirəm. Həmin görüşdə yerli ictimaiyyətin parlaq nümayəndələrindən biri, o zamanlar Kvemo-Kartlinin vitse-qubernatoru olmuş Hüseyn Yusubov “nə qədər ki, Suxumi bizim olmayıb, o müddətcə, hamımız köçkünük”-deyə açıqlama vermişdi. Və yüksək çinli məmurun bu fikrini onun bütün çoxsaylı azərbaycanlı soydaşları da dəstəkləyir.

Gürcüstana sevgi, milli köklərinə də bağlılıq azərbaycanlı tələbələr arasında da hiss olunur. Suxumi Dövlət Universitetinin professoru kimi auditoriyalarda hər dəfə buna şahid oluram. Suxumi Dövlət Universitetindən söhbət düşmüşkən, Marneuli doğumlu doktorantım Natiq Hümbətovun adını da xatırlamalıyam. Hazırda Azərbaycan vətəndaşı olan Natiq Azərbaycan və Gürcüstanın böyük vətənpərvər övladıdır. Münasibətlərimizn inkişafına töhfələr verən Azərbaycanın intellektual elitaları sırasında Gürcüstan Elmlər Akademiyasının xarici üzvü Eldar İsmayılov, Tbilisi Dövlət Universitetinin müəllimi, hüquq elmləri doktoru Namiq Əliyev, Azərbaycanın 2006-2011-ci illərdə Gürcüstandakı səfiri və s. şəxslərin adını çəkə bilərəm. Bu işdə Azərbaycanın Gürcüstandakı səfirliyi və Azərbayucan Diasporla İş üzrə Dövlət Komitəsi də önəmli pay sahibidir.

 

- Diaspor demişkən, Azərbaycan və Gürcüstan diasporu xaricdə birgə fəaliyyət göstərə, separatçıların təxribatına qarşı birgə mübarizə apara bilərmi?

- Bu, çox önəmli məsələdir. Son zamanlar diasporla bağlı rəsmi Bakının uğurlu addımları kənardan da hiss olunur. Ona görə də hesab edirəm ki, dispor təşkilatlarımız nəinki bunu edə bilərlər, məncə diasporlarımız ölkələrimiz naminə bu addımı atmağa borcludur. Onlar birgə səylə çalışmalıdır ki, dünya birliyi münaqişə barədə reallıqları bilsin, birgə fəaliyyətimizlə  bədxah qonşularımızın yaratdığı təbliğat hay-küyünü neytrallaşdırmalıdır.

 

- Sizcə birgə koordinasiya üçün, birgə addımlar üçün nədən başlamaq lazımdır?

- Konkret təkliflər vermək açığı, mənim üçün çətindir. Düşünürəm ki, bu sahədə addımları iki ölkənin diplomatik xidmətləri tərəfindən aparılmalıdır.

 

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?