Arxiv
29 İyun 2020, 18:34 | AKTUAL
Leyla Abdullayeva: Prezidentin təşəbbüsünə verilən dəstək ölkəmizə olan etimadın göstəricisidir

Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva Prezident İlham Əliyevin BMT Baş Assambleyasının xüsusi sessiyasının təşkil olunması təşəbbüsünün dünya dövlətləri tərəfindən dəstəklənməsinə münasibət bildirib.

 

Modern.az Leyla Abdullayeva ilə müsahibəni təqdim edir:

 

- Ölkəmizin dövlət başçısının BMT Baş Assambleyasının xüsusi sessiyasının təşkil olunması təşəbbüsü dünya dövlətləri tərəfindən dəstəkləndi. Yaxın zamanda dünyada sülh və təhlükəsizliyin qorunmasına məsul olan beynəlxalq platformanın qlobal pandemiya ilə mübarizə mövzusunda iclasının keçirilməsi gözlənilir. Bu təşəbbüsün əhəmiyyəti, onun ümumdünya sağlamlıq böhranı ilə mübarizəyə verə biləcəyi töhfə barədə nə deyə bilərsiniz?

- Bildiyiniz kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin BMT Baş Assambleyasının xüsusi sessiyasının keçirilməsi təşəbbüsünün dünya dövlətləri tərəfindən dəstəklənməsi ilə bağlı Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev tərəfindən açıqlama verildi.

Məlum olduğu kimi, BMT Baş Assambleyasının Covid-19-a qarşı mübarizəyə həsr olunmuş xüsusi sessiyasının çağırılması təşəbbüsü dövlət başçımız tərəfindən 4 may 2020-ci il tarixində keçirilmiş Qoşulmama Hərəkatına (QH) üzv ölkələrin Covid-19 pandemiyasına qarşı mübarizə üzrə Təmas Qrupunun onlayn Zirvə Görüşü zamanı irəli sürülmüşdü. Təşəbbüs Nyu-Yorkda Qoşulmama Hərəkatının Əlaqələndirici Bürosu daxilində müzakirə edilmiş və Hərəkata üzv olan 120 ölkə yekdilliklə Azərbaycan Respublikası Prezidentinin təklifini dəstəkləyərək təklifin BMT Baş Katibinə Hərəkat adından təqdim edilməsinə razılıq bildirmişlər. Beləliklə də, cari ilin 13 may tarixində Azərbaycan Prezidenti QH-nin sədri qismində Hərəkata üzv ölkələr adından BMT Baş Katibinə məktubla müraciət edərək Baş Assambleyanın xüsusi sessiyasının çağırılması müraciətini etdi.

BMT Baş Katibi, öz növbəsində BMT üzv dövlətləri arasında təmimi nota yayaraq prosedur qaydalarına uyğun olaraq Azərbaycan Prezidentinin bu təşəbbüsünə 30 gün ərzində hər bir dövlət tərəfindən milli qisimdə dəstək bildirilməsini xahiş etdi.

Qeyd olunan vaxt çərçivəsində Azərbaycan Respublikası Prezidentinin Administrasiyası, Xarici İşlər Nazirliyi, Nyu-Yorkda BMT yanındakı nümayəndəliyimiz, eləcə də xaricdəki digər diplomatik nümayəndəliklərimiz akkreditə olunduqları dövlətlərdə Azərbaycan Prezidentinin təşəbbüsü barədə məlumatlandırma üzrə fəal iş aparmış və nəticədə BMT üzv dövlətlərinin 2/3-dən çoxunun təşəbbüsə dəstəyi təmin edilmişdir.

Təşəbbüsün əhəmiyyəti ilə bağlı konkret sualınıza gəldikdə, hazırda bütün dünyanın qlobal pandemiya ilə mübarizə apardığı bir vaxtda bu qlobal bəla ilə mübarizədə beynəlxalq həmrəyliyin gücləndirilməsi yüksək əhəmiyyət kəsb edir. Məhz bu məqsədlə Azərbaycan Prezidentinin təşəbbüsü ilə sədrlik etdiyimiz iki beynəlxalq təşkilat çərçivəsində (Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası və Qoşulmama Hərəkatı) yeni koronovirusla mübarizə mövzusunda yüksək səviyyəli toplantıların keçirilmiş və qlobal pandemiya ilə mübarizə və təsirlərinin azaldılması üçün beynəlxalq əməkdaşlıq, əlaqələndirmə və həmrəylik məsələləri müzakirə edilmişdir. Bu mövzunun BMT Baş Assambleyası çərçivəsində yüksək səviyyədə müzakirəsi, əlbəttə dünyanın üzləşdiyi sağlamlıq böhranının nəticələrinin yumşaldılması və aradan qaldırılması, beynəlxalq əməkdaşlığın genişləndirilməsi, çoxtərəfli diplomatiyanın inkişaf etdirilməsi və nəticədə dünyada sülh və təhlükəsizliyin təmin edilməsi məsələlərinə ciddi töhfə verəcək.

- Azərbaycan Prezidentinin təşəbbüsünün BMT-nin üzv dövlətlərinin 2/3-i tərəfindən dəstəkləndiyini qeyd etdiniz. Bu əlbəttə ki, yüksək göstəricidir. Maraqlıdır, təşəbbüsün əleyhinə çıxan və ya dəstəkləməyən ölkələr oldumu? Bu elə bir mövzudur ki, burada yekdilliklə dəstək gözlənilməliydi, elə deyilmi?

- Qeyd etdiyimiz kimi, BMT Baş Assambleyasının Prosedur Qaydalarının 9(a) bəndinə uyğun olaraq Assambleyanın xüsusi sessiyası çağırıla bilər və Azərbaycan Prezidentinin QH-nin sədri qismində Hərəkata üzv ölkələr adından BMT Baş Katibinə məktub ünvanlaması, eləcə də Baş Katibin üzv ölkələrə milli qisimdə dəstək bildirilməsi ilə bağlı müraciəti də məhz bu proseduraya uyğun olaraq həyata keçirildi. Qaydalara əsasən, Baş Assambleyanın üzvlərinin sadə çoxluğunun dəstəyi sessiyanın çağırılması üçün kifayət idi. Azərbaycan Prezidentinin təşəbbüsünə isə BMT-nin 130 ölkəsi, yəni üzvlərin 2/3-i tərəfindən milli qisimdə dəstək ifadə olundu. Onu da bildirmək istərdim ki, Azərbaycan Prezidentinin təşəbbüsünə nəinki Qoşulmama Hərəkatına üzv dövlətlər, eləcə də Avropanın əksər dövlətləri, o cümlədən Avropa İttifaqı üzvləri, Asiya, Afrika, Latın Amerikası regionlarının aparıcı dövlətləri dəstək bildirmişlər.

Təşəbbüsün əleyhinə çıxan ölkənin olub-olmadığı ilə maraqlandınız. Belə ölkə olub, adını isə yəqin ki, təxmin edirsiniz – Ermənistan. Bu ölkənin BMT yanındakı nümayəndəliyi Baş Katibə məktubla müraciət edərək bu təşəbbüsün həyata keçirilməsinə lüzum görmədiyini bildirib. Dünyanın qlobal pandemiya ilə üz-üzə olduğu, bütün ölkələrin bu məsələdə beynəlxalq həmrəyliyə və əməkdaşlığa ehtiyac duyduğu bir vaxtda, Ermənistanın bu mövzuda yüksək səviyyəli iclasın keçirilməsinin əleyhinə çıxış etməsinin əsas səbəbi, əlbəttə, bu təşəbbüsün Azərbaycan tərəfindən irəli sürülməsi ilə əlaqədardır. Fikir verin, bu ölkə dünyamızın üzləşdiyi belə bir çətin zamanda, ən ali dəyər olan insan sağlamlığı məsələsinin beynəlxalq platformada müzakirəsinə dəstək vermir. Beləliklə də, təcavüzkar Ermənistan növbəti dəfə əsl dəyərlərinin nədən ibarət olduğunu nümayiş etdirərək özü-özünü ifşa etdi.

Məlum məsələdir ki, Azərbaycan Prezidentinin bu təşəbbüsünə verilən dəstək beynəlxalq ictimaiyyət tərəfindən ölkəmizə olan böyük etimadın göstəricisidir. Fürsətdə istifadə edərək, bu təşəbbüsü dəstəkləyən hər bir ölkəyə bir daha təşəkkür edirik.

- Növbəti addımlar nədən ibarət olacaq və sessiya nə zaman çağırılacaq?

- Növbəti mərhələdə atılacaq addımlara gəldikdə, yaxın günlərdə BMT Baş Katibi Antonio Quterreş üzv dövlətlər arasında məlumat yayaraq Azərbaycan Respublikası Prezidentinin təşəbbüsünə verilən dəstək və prosedur baxımdan növbəti addımların nədən ibarət olacağını açıqlamalıdır. Prosedura qaydalarına əsasən, növbəti tədbir BMT Baş Assambleyasının xüsusi sessiyasının çağırılması ilə bağlı Assambleyanın qətnaməsinin qəbul edilməsidir. Qətnamə qəbul edildikdən sonra ən qısa müddətdə xüsusi sessiya çağırılmalıdır.

Qeyd etmək istərdim ki, Azərbaycan Prezidentinin təklifinə əsasən xüsusi sessiyanın dövlət və hökumət başçıları səviyyəsində videokonfrans formatında keçirilməsi nəzərdə tutulur.

Ümid edirik ki, müvafiq addımlar atıldıqdan sonra mümkün qədər tez bir zamanda xüsusi sessiya təşkil olunacaqdır. İnanırıq ki, xüsusi sessiya pandemiya ilə mübarizədə dünya dövlətlərinin həmrəyliyinin artmasına, beynəlxalq əməkdaşlığın gücləndirilməsinə və bu qlobal təhdidə qarşı beynəlxalq cavabın tapılmasına öz töhfəsini verəcəkdir.

Azərbaycan dövlət başçısının irəli sürdüyü bu təşəbbüs beynəlxalq ictimaiyyətin maraqlarına uyğundur və bu təşəbbüsü dəstəkləyən hər bir ölkə Covid-19 ilə mübarizədə maraqlı olan ölkədir. Ölkəmiz bu təşəbbüsü dəstəkləyən bütün dövlətlərlə birlikdə onun reallaşdırılması istiqamətində işləyəcək.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Paşinyan ordu rəhbərliyini topladı 15 İyul 2020, 00:22 Düşmənin döyüş texnikası belə məhv edildi – VİDEO 15 İyul 2020, 00:06 Bakıda jurnalistin evindən oğurluq 14 İyul 2020, 23:51 DİN vətəndaşları toplaşmalardan çəkinməyə çağırdı 14 İyul 2020, 23:39 Orduya dəstək üçün gənclər Şəhidlər xiyabanına toplaşır - CANLI YAYIM 14 İyul 2020, 23:20 Düşmənin daha bir hərbi obyekti məhv edildi - VİDEO 14 İyul 2020, 23:06 Türkiyədə COVİD-19 qurbanlarının sayı 5 402-yə çatdı 14 İyul 2020, 22:52 Alman mediası cəbhədəki vəziyyətdən yazdı 14 İyul 2020, 22:36 İtaliya Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir 14 İyul 2020, 22:23 Əsgərin könlündə taxt quran GENERAL - Polad Həşimovla bağlı XATİRƏLƏR 14 İyul 2020, 22:20 Azərbaycanlı hakerlər daha 30-ya yaxın erməni saytını dağıdıblar 14 İyul 2020, 22:11 “Mən atəşkəs yox, qisas istəyirəm...” - Şəhid polkovnikin xanımı şəhid generaldan yazdı 14 İyul 2020, 21:59 Şəhid mayor Namiq Əhmədov dəfn olunub 14 İyul 2020, 21:46 Türk Şurası Ermənistanın təxribatını sərt şəkildə pislədi - BƏYANAT 14 İyul 2020, 21:38 Ermənilərin Tovuzu atəşə tutduğu uzunmüddətli atəş nöqtəsi məhv edildi - VİDEO 14 İyul 2020, 21:22 Ərdoğandan Azərbaycana DƏSTƏK 14 İyul 2020, 21:14 Bakıda şəhid polkovnikin cənazəsinin qarşılayan yürüş... 14 İyul 2020, 20:58 NATO cəbhədəki durumla bağlı Minsk qrupuna çağırış etdi 14 İyul 2020, 20:47 Heç nəyə və heç kimə baxmadan Qarabağı azad etməliyik! 14 İyul 2020, 20:40 Azərbaycanda daha 543 yoluxma, 6 ölüm 14 İyul 2020, 20:31 Karantin qaydasını pozan müğənni Nura Suri cərimələndi 14 İyul 2020, 20:22 Cəbhədə vəziyyət yenidən gərginləşdi – Düşmən Tovuzu atəşə tutdu 14 İyul 2020, 20:13 Ermənistan FHN əhalinin təxliyəsinə hazırlaşır 14 İyul 2020, 20:04 Azərbaycan diasporu  Ermənistanın məkrli niyyətini pisləyir   14 İyul 2020, 19:54 “Azəriqaz”dan borclu olmadığını iddia edən abonentə CAVAB 14 İyul 2020, 19:45 Ermənistan artilleriyasının idarəetmə məntəqəsi məhv edildi - VİDEO 14 İyul 2020, 19:36 Şəhid generalımızın nəşi doğulduğu rayona gətirildi 14 İyul 2020, 19:27 Azərbaycandan Avropa Parlamentinə MÜRACİƏT 14 İyul 2020, 19:18 DTX-dan ordu ilə bağlı yalan məlumat yayanlara XƏBƏRDARLIQ 14 İyul 2020, 19:09 Məmmədyarovun iranlı həmkarı ilə telefonla DANIŞDI  14 İyul 2020, 19:00 Ünvanlı sosial yardıma edilən dəyişiklilər qüvvəyə mindi  14 İyul 2020, 18:51 Yeni dərs ili üçün 339 adda dərslik çap olunacaq 14 İyul 2020, 18:42 Ermənilərin atəşə tutduğu kəndin elektrik xətləri bərpa edildi - Fotolar+Video 14 İyul 2020, 18:33 Pandemiya dövründə İƏT-in fəaliyyət istiqamətlərinə həsr olunmuş virtual mediaforum keçirilDi- FOTO 14 İyul 2020, 18:25 Ermənistan ordusunun daha 2 hərbçisi məhv edildi - ADLAR 14 İyul 2020, 18:18