Arxiv
30 İyun 2020, 20:16 | MƏDƏNİYYƏT
Azərbaycanlı məşhurların sevgi hekayəsi - VİDEO

Bu gün onların günüdür – İlham və Fərizənin evliliyinin 31-ci ildönümü. XX əsrin sevgi dastanını yazan bu cütlüyün timsalında 2004-cü ildən bəri 30 iyun Azərbaycanda sevgililər günü kimi qeyd edilir.

 

İlham və Fərizənin bu dünyadakı qısa məhəbbət hekayəsi öz aliliyi ilə hər kəsin ürəyinə toxunmuşdu. 1990-cı ilin 20 yanvarında sovet tankları Bakıya zorla daxil olanda İlham silahsız insanlara güllə atmamaları üçün tankın qarşısına çıxmışdı, amma düşmən gülləsinə tuş gəldi. İlhamsız həyatı yaşaya bilməyən Fərizə əbədi sevgisinə qovuşmaq üçün öz həyatına qəsd etdi.

 

Qısa səadət, yarımçıq həyat ülvi bir sevgi hekayəsi yazdı. Elə bir sevgi hekayəsi ki öz təmizliyi, aliliyi ilə Leyli və Məcnun, Əsli və Kərəm bərabərindədir. Onlardan üstündür desək də, yanılmarıq.

Sadə azərbaycanlı ailə bütün sevənlərə sevgi dərsi keçdi. Amma bu bizə məlum olan ilk dərs deyildi, bundan öncə də sevgi kitabının səhifələrini yazanlar vardı.

 

"Artilleriyanın Allahı", Azərbaycan Xalq Cümhuriyyətinin Hərbi nazirinin müavini general Əliağa Şıxlınski və ilk azərbaycanlı şəfqət bacısı, ilk ali təhsilli azərbaycanlı qadın olan Nigar Şıxlinskayanın sevgi tarixçəsi bu kitabda məhəbbətin səbr etməkdən keçdiyini yazıb. Gənclərin bir-birini sevməsinə baxmayaraq, Nigar xanımın atası Əliağa bəyin hərbçi olduğuna görə bu izdivaca razı olmur, qızını varlı tacirlə evləndirir. 1902-ci ildə Nigar xanımın yoldaşı vəfat edir, yeganə oğlu isə Türkiyədə itkin düşür. İllər sonra bu haqda öyrənən Şıxlinski Nigar xanımla evlənəcəyini söyləyir, ailəsi onu  qərarından döndərməyə çalışsa da, “Nigar mənim ilk sevgimdir!..İllərdir onun ucbatından evlənmədim” deyərək Şıxlinski ailəsini razı sala bilir. Beləcə 22 illik ailə səadəti başlanır.

 

1931-ci il avqustun 15-də isə generala ağır itki üz verir - Nigar xanım vəfat edir... Yarının yoxluğunda general qələmini sevgi mürəkkəbi doldururdu, Əliağa Şıxlinskinin xanımına yazdığı "Mənim" şeirinin iki bəndinə dahi bəstəkar Üzeyir Hacıbəyli romans da yazmışdı. Onun tək istəyi sevimli yarına qovuşmaq idi, bu səbəbdən  dörd vəsiyyətinin dördündə də qeyd etmişdi ki, məni sevimli Nigar xanımın yanında dəfn edərsiniz. 

Xatirələrində "Mənim ölüm tariximi sevimli Nigar xanımın vəfatı günü ilə hesablayın” yazan general Nigarsız həyata 11 il dözür. Ömrünün sonunadək isə hər cümə axşamı günündə Nigar xanımın qəbrini ziyarət edirdi.

 

Bu sevgi kitabını vərəqlədikcə milyonlara örnək ola biləcək daha bir sevgi dastanı ilə qarşılaşırıq. Bir-biri üçün yaranıb, biri-birini dəlicəsinə sevən iki böyük sənətkar – Nigar Rəfibəyli və Rəsul Rza.

Gəncədə nüfuzlu Rəfibəylilər nəslinin övladı olan Nigar xanımın babası Ələkbər bəy Rəfibəyli "Difai" partiyasının yaradıcılarından biri, atası  Xudadat bəy Rəfibəyli isə Azərbaycanın ilk ali təhsilli cərrahlarından idi. Xudadat bəy 1918-ci ildə müstəqil Azərbaycan Xalq Cümhuriyyətinin ilk səhiyyə və sosial təminat naziri olub. Sovet hakimiyyəti qurulduqdan sonra isə güllələnərək öldürülür, bundan sonra ailəsi də təqib olunmağa başlanır. 1930-cu ildə yolları kəsişən Nigar və Rəsul cütlüyü də bundan sonrakı həyatlarında yersiz təqiblər və təzyiqlərlə üzləşməli olurlar.

Böyük çətinliklərə sinə gərən cütlük həmişə ayrılıq qarşısında aciz idi. Təsadüfi deyil ki, Rəsul Rza cəbhəyə yollananda Nigar Rəfibəyli Azərbaycan Yazıçılar İttifaqının sədri Səməd Vurğunun yanına gedərək "Mən də cəbhəyə getmək istəyirəm" demişdi.

Onların böyük məhəbbətindən, ayrılıq həsrətlərindən bizə böyük miraslar qalıb. Nigar Rəfibəylinin yazdığı, Emin Sabitoğlunun musiqisi ilə həyat verdiyi “Neylərəm” mahnısı yəqin ki buna ən gözəl nümunədir. Amma bu mahnının kədərli tarixçəsi var..

 

1981-ci ildə Rəsul Rza yüksək qan təzyiqi diaqnozu ilə xəstəxanaya yerləşdirilir. Həmin vaxt Nigar xanıma da xərçəng diaqnozu qoyulur. Xəstəliyinin irəlilədiyinə görə həkimlər müalicə üçün ona Moskvaya getməyi məsləhət görmüşdü. Bu ağır xəbərə Rəsul Rza dözə bilmir, vəfat edir.

Nigar xanım isə bunlardan xəbərsiz, Emin Sabitoğlunun həmin günlərdə onların əbədi ayrılığına həsr etdiyi “Neylərəm” mahnısına doymadan  qulaq asırdı.

 

Evinə qayıdanda isə sanki yarının yoxluğunu duymuş kimi, evdəkilərdən qara paltarlarını istəmişdi, xəbəri olmadan Rəsulu üçün yas saxlayırdı. Bir həftə sonra isə əbədi dünyada əbədi sevgilisinə qovuşdu Nigar Rəfibəyli.

Fərizəni özünə qəsd etdiyi üçün hələ də qınayanlar var. Doğrudur ki, bəzən Əliağa Şıxlinski kimi general dözümlülüyü sayəsində böyük çətinliklərlə bu ağır itkiyə tab gətirmək olar. Nigar Rəfibəyli və Rəsul Rza sevgisində isə bunun mümkünsüzlüyünü gördük. Fərizə də İlhamsız həyatda özünü tapmayacağını bilirdi, buna görə də bir dəfə intihar cəhdinin qarşısı alınsa da, sonda öz məqsədinə çatdı – İlhamına qovuşdu.

 

Tarixi günlərdə insanlara həmin tarixlə bağlı yüksək dəyərlər aşılanır. Sevgililər gününün tarixini yazan İlham və Fərizə cütlüyü də gənclərimizə sevgi və sədaqət örnəyi oldular.

 

VIDEO
BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Gəncədə yataqxanada qadın bıçaqlandı 3 Avqust 2020, 22:34 Şəkidə 360 aztəminatlı ailəyə ərzaq yardımı çatdırıldı - FOTOLAR 3 Avqust 2020, 22:26 Reanimasiyadakı COVİD-19 xəstələrinin sayı AZALDI 3 Avqust 2020, 22:09 Dövlət Miqrasiya Xidmətinin sabiq rəisi vəfat etdi 3 Avqust 2020, 21:53 Şagirdlər üçün “Microsoft Teams” proqramı ilə bağlı təlim keçirilib 3 Avqust 2020, 21:41 Türkiyədə daha 19 nəfər koronavirusdan öldü 3 Avqust 2020, 21:29 Cəlalabadda həbsxanaya hücum: 29 nəfər öldü 3 Avqust 2020, 21:12 Çimərlik ərazilərdə istifadə qaydaları ilə bağlı VİDEOTƏLİMAT 3 Avqust 2020, 20:57 Çindən Azərbaycana tibbi ekspert qrupu göndəriləcək 3 Avqust 2020, 20:44 Kürdəmirdə ağır qəza: xəsarət alanlar var 3 Avqust 2020, 20:30 Xəzərdə dalğanın hündürlüyü 4.5 metrə çatdı 3 Avqust 2020, 20:17 İtaliyadan Azərbaycana həkimlər ağır xəstələrin müalicəsinə cəlb olunacaq 3 Avqust 2020, 19:41 Tibbi maskadan istifadə etməyənlərə qarşı reyd 3 Avqust 2020, 19:30 Tələbləri pozan 7629 obyekt cərimələnib 3 Avqust 2020, 19:18 İsveç azərbaycanlılarından TƏKZİB: Yayılan məlumat tamamilə yanlışdır 3 Avqust 2020, 19:14 Hikmət Hacıyev: Toy mərasimlərinin bərpası koronavirusun artmasına səbəb ola bilər 3 Avqust 2020, 18:57 Yaqut Qarayeva qızıl mağazalarının bağlı qalmasına aydınlıq gətirdi 3 Avqust 2020, 18:39 Məktəblər sentyabrın 15-də açılacaq? - Operativ Qərargahdan REAKSİYA 3 Avqust 2020, 18:34 TƏBİB: “İxtisas baxımından həkimlərimiz ən riskli qrupa daxildir” 3 Avqust 2020, 18:24 Hikmət Hacıyev: “Qarabağa dəstək aksiyası olmasaydı, yoluxma daha aşağı ola bilərdi” 3 Avqust 2020, 18:20 Bir rayondan digərinə getmək üçün hansı sənədlər tələb olunur? 3 Avqust 2020, 18:15 “Çimərliklərdə eyni vaxtda 100 minə yaxın vətəndaş istirahət edə bilər” - AÇIQLAMA 3 Avqust 2020, 18:10 “ASAN  xidmət”in sədri: “Rayona gedən şəxs ezamiyyə sənədini göstərib postdan keçə biləcək” 3 Avqust 2020, 18:04 Kiçik kafelər və açıq havada olan restoranlar açıla bilər - TƏBİB 3 Avqust 2020, 18:01 190 manatın verilməsi, iqtisadi paketlə bağlı məsələ MÜZAKİRƏ EDİLİR 3 Avqust 2020, 17:53 Bakı metrosu 31 avqustadək bağlı qalacaq - RƏSMİ 3 Avqust 2020, 17:49 Yaqut Qarayeva: “Bütün profilaktik tədbirlərə riayət etsək, payızda...” 3 Avqust 2020, 17:44 İmişlidəki göllərdən Baş Muğan kanalına su vurulmasına başlanılıb - FOTO 3 Avqust 2020, 17:36 Vətəndaşların çimərliyə getməsi üçün xüsusi icazə tələb olunmur – Operativ Qərargah 3 Avqust 2020, 17:33 “ASAN xidmət” çimərliklərə getməyin qaydalarını ELAN ETDİ 3 Avqust 2020, 17:32 “ASAN xidmət” sədri: hər gün 770 min şəxs SMS icazədən istifadə edirdi 3 Avqust 2020, 17:29 Virusun yarandığı Uhandan Azərbaycana ekspert qrupu gələcək 3 Avqust 2020, 17:24 Azərbaycan koronavirusa qarşı vaksinlərlə bağlı SEÇİM EDİR 3 Avqust 2020, 17:22 Rayonlara gediş-gəliş bərpa olacaq? - Operativ Qərargahdan AÇIQLAMA 3 Avqust 2020, 17:19 Prezidentin köməkçisi: “Yumşalmaya tədricən getməliyik 3 Avqust 2020, 17:15