Arxiv
1 İyul 2020, 14:30 | HADİSƏ
Baş Prokurorluq əməliyyat keçirdi - 7 ton yararsız ət aşkarlandı

Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən əməliyyat keçirilib.

 

Modern.az xəbər verir ki, Ağcabədi rayonu, Xocavənd kəndində yerləşən “AGRO-MEAT” MMC-yə məxsus kəsimxanada istifadəyə yarasız ət məhsullarının kəsimi və satışının həyata keçirməsi barədə daxil olmuş məlumatlar əsasında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri həyata keçirilib.

 

Keçirilmiş əməliyyat tədbirləri nəticəsində “AGRO-MEAT” MMC-nin səlahiyyətli nümayəndəsi kimi özünü təqdim edən Ələkbərov Namiq Oktay oğlu, həmin müəssisəni icarəyə götürən Vəliyev Ehtiram İldırım oğlu, İsmayılov Cavid Qubad oğlu və digərlərinin qabaqcadan əlbir olaraq “AGRO-MEAT” MMC-yə məxsus kəsimxanada insan həyatı və sağlamlığı üçün zərərli olan ət məhsullarının kəsimi və satışını həyata keçirmələrinə əsaslı şübhələr müəyyən edilib.

 

Belə ki, baxış zamanı qeyd olunan kəsimxanada 6890 kq çəkidə ət məhsulu aşkar edilmiş, həmin məhsullardan götürülmüş nümunələr Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin laboratoriyasında müayinə olunaraq yararsız kimi qiymətləndirilib, ət nümunələrinin xəstə, ölmüş heyvan əti olması və istehlak üçün uyğun olmaması müəyyən edilib.

 

Faktla bağlı Cinayət Məcəlləsinin 29, 200.2.2 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən istehlakçıları aldatmaya cəhd) və 200.2.3 (külli miqdarda ziyan vurmaqla törədildikdə) maddələri ilə cinayət işi başlayıb.

 

Hazırda cinayət işi üzrə qeyd olunan qanunsuz halların tam, hərtərəfli yoxlanılmaqla təqsirli şəxslərin dairəsinin müəyyənləşdirilərək məsuliyyətə cəlb edilmələri istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Tbilisidə "Müstəqilliyə aparan yol: Azərbaycan–Gürcüstan" müsabiqəsinə yekun vurulub 26 Yanvar 2021, 17:03 “Azəriqaz”dan sərfiyyatın çox yazılması iddiasına REAKSİYA 26 Yanvar 2021, 16:58 Xəzərdə həvəskar balıq ovuna qadağa yoxdur - Nazirlik  26 Yanvar 2021, 16:55 Ombudsmanın əməkdaşları Xırdalandakı partlayış yerinə getdilər 26 Yanvar 2021, 16:50 Xırdalandakı partlayışın səbəbi - “Azəriqaz”dan AÇIQLAMA 26 Yanvar 2021, 16:47 Şuşada “Xarı bülbül” Muğam Festivalı keçiriləcək 26 Yanvar 2021, 16:44 Fransa XİN-nin Dövlət katibi Bakıdan Yerevana gedəcək 26 Yanvar 2021, 16:40 Ceyhun Bayramovla Çavuşoğlu Türkiyə gəmisinə hücumu müzakirə etdilər 26 Yanvar 2021, 16:36 Azərbaycanda ceyranların sayı ARTDI 26 Yanvar 2021, 16:30 Yoluxma yenə artdı, ölü sayı AZALDI 26 Yanvar 2021, 16:25 Bakıda intihar edən gəncin kimliyi bilindi - YENİLƏNİB 26 Yanvar 2021, 16:23 Çörək və unun satışı vergidən azad olunur 26 Yanvar 2021, 16:20 Sahibkarlara 39 milyon manat maliyyə dəstəyi göstərildi 26 Yanvar 2021, 16:15 Aqrar sektorun inkişafı daim diqqət mərkəzindədir - Deputat 26 Yanvar 2021, 16:12 Tağı Əhmədov xəstəxanaya yerləşdirildi 26 Yanvar 2021, 16:09 Prezidentin vəzifədən azad etdiyi 80 yaşlı nazir atası kimdir? - DOSYE 26 Yanvar 2021, 16:03 Nazir regional idarələrə yeni rəislər təyin etdi 26 Yanvar 2021, 16:00 Prezident Oqtay Şahbazovu işdən azad etdi 26 Yanvar 2021, 15:55 Ramin Quluzadə yeni vəzifəyə TƏYİN OLUNDU 26 Yanvar 2021, 15:50 İtaliya baş nazirsiz qaldı 26 Yanvar 2021, 15:45 Daşaltı döyüşünün iştirakçısı: “Nə qədər ki, Qafqazda erməni var, sakit dayana bilmərik!” - MÜSAHİBƏ 26 Yanvar 2021, 15:39 Ermənilər Xocavənddə faşist liderə heykəl qoydular - FOTO 26 Yanvar 2021, 15:34 Diaspordan Paşinyana ŞƏRT: “İstefa ver, Ermənistana investisiya yatıraq” 26 Yanvar 2021, 15:30 Dağıntılar altında qalan azyaşlının cəsədi tapıldı - VİDEO 26 Yanvar 2021, 15:18 Xəzərdə zəlzələ olub 26 Yanvar 2021, 15:12 İranda daha 79 nəfər koronavirusdan öldü 26 Yanvar 2021, 15:06 “Düşünürəm ki, qısa zamanda vaksinin müsbət təsirini görəcəyik” 26 Yanvar 2021, 15:00 AQTA-dan ictimai iaşə müəssisələrinin sahiblərinə müraciət - FOTO 26 Yanvar 2021, 14:56 Çingiz Qənizadədən polis əməkdaşları haqqında çəkilən videoya REAKSİYA 26 Yanvar 2021, 14:44 UNEC-in alimi dünyanın 2-ci ən böyük iqtisadi onlayn platformasına ekspert seçilib 26 Yanvar 2021, 14:38 Naftalanın icra başçısı vətəndaşlarla növbəti onlayn qəbul keçirib - FOTO   26 Yanvar 2021, 14:33 İlham Əliyev fransalı dövlət katibini qəbul edib 26 Yanvar 2021, 14:28 "Azərbaycanda internet azaddır" - İlham Əliyev 26 Yanvar 2021, 14:22 İlham Əliyev azad edilmiş ərazilərdə şəhər və kəndlərin necə qurulacağını AÇIQLADI 26 Yanvar 2021, 14:16 Prezident işdən çıxardığı nazirdən DANIŞDI 26 Yanvar 2021, 14:10