Modern.az

İlqar Məmmədov Ədalət Vəliyevlə görüşdü: REAL onlayn qurultay keçirəcək

İlqar Məmmədov Ədalət Vəliyevlə görüşdü: REAL onlayn qurultay keçirəcək

Aktual

1 İyul 2020, 21:36

Bu gün Respublikaçı Alternativ partiyasının sədri İlqar Məmmədov Prezident Administrasiyasının Siyasi partiyalar və qanunverici orqanla iş üzrə şöbəsinin müdiri Ədalət Vəliyevlə daha bir görüş keçirib.

Modern.az xəbər verir ki, o bu barədə “Facebook” hesabında məlumat verib.

O qeyd edib ki, görüşdə ictimai-siyasi əhəmiyyət daşıyan məsələlərə dair faydalı fikir mübadiləsi aparıblar:

“Prezident İlham Əliyevin siyasi dialoq təşəbbüsünün vacibliyini bir daha qeyd etdik. Ayrıca, Respublikaçı Alternativ partiyasının qeydiyyatla bağlı üzləşdiyi çətinliyi diqqətə çatdırdım. Cənab Vəliyev bildirdi ki, pandemiya şəraiti səbəbi ilə təsis qurultayının adi qaydada keçirilməsi mümkün olmadığı dövrdə videokonfrans rejimində keçirilən təsis qurultayını da dövlət qeydiyyat üçün əsas kimi götürə bilər. Beləlikə, REAL partiyasının təsis qurultayını videokonfrans rejimində keçirib tezliklə qeydiyyat üçün müraciət edəcəyik”.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır