Modern.az

Şamaxı icra başçısına yeni müavin təyin olundu

Şamaxı icra başçısına yeni müavin təyin olundu

2 İyul 2020, 09:10

Şamaxı rayon İcra Hakimiyyətində yeni kadr təyinatı olub.

 

Modern.az xəbər verir ki, Hikmət Şikarov Şamaxı rayon İcra Hakimiyyəti başçısının birinci müavini vəzifəsinə təyin edilib.

 

O, bu təyinata qədər Yeni Azərbaycan Partiyasının Pirallahı rayon təşkilatının sədri olub. O, əslən elə Şamaxı rayonundandır. 


Hikmət Şikarov 1994-cü ildə Bakı Dövlət Universitetinin hüquq fakültəsini hüquqşünas ixtisası üzrə, 2001-ci ildə Azərbaycan Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Dövlət və bələdiyyə idarəetmə fakultəsini bitirib.  Əfqanıstan və Qarabağ müharibəsi iştirakçısıdır. 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu