Arxiv
3 İyul 2020, 14:36 | AKTUAL
Karantin rejiminin tələblərinə tam əməl olunmalıdır - Nazirlik

“Azərbaycandakı sanitar-epidemioloji vəziyyət, əhali arasında virusa yoluxanların ümumi sayının artım dinamikası nəzərə alınaraq, ölkədə xüsusi karantin rejimi, o cümlədən bir sıra şəhər və rayonlarda sərtləşdirilmiş karantin rejimi tətbiq edilir.

 

Artıq xeyli müddətdir ki, həmin ərazilərdə müxtəlif dövlət qurumları tərəfindən fəaliyyətinə icazə verilmiş sahələrdə xüsusi karantin, zəruri sosial davranış qaydalarına və sanitar-epidemioloji tələblərə əməl edilməsi vəziyyəti ilə bağlı monitorinqlər keçirilir”.

 

İqtisadiyyat Nazirliyindən Modern.az-a verilən məlumata görə, monitorinqlər zamanı bir çox istehsal sahələrində, ticarət və xidmət obyektlərində müəyyən olunmuş karantin qaydalarına əməl edilməməsi hallarına rast gəlinir, sahibkarlıq subyektləri tərəfindən müvafiq tələblərə etinasız, bir çox hallarda formal yanaşıldığı aşkarlanır:

 

“İqtisadiyyat Nazirliyi fəaliyyətləri zamanı Nazirlər Kabinetinin və Nazirlər Kabineti yanında Operativ Qərargahın zəruri sosial davranış və sanitar-epidemioloji tələblərinə tam riayət edilməsi, bu məqsədlə əməkdaşlar və müştərilər üçün lazımi şərait yaradılması, iş və xidmət sahələrinin qoruyucu vasitələrlə (əlcək, tibbi maska, dezinfeksiyaedici materiallar və s.) təmin olunması, obyekt daxilində müştərilər arasında 2 metrlik məsafənin qorunmasına ciddi nəzarət edilməsi, maskasız alıcıların obyektə daxil olmasına icazə verilməməsi, obyekt daxilində mütəmadi olaraq dezinfeksiya işlərinin aparılması, ticarət obyektində alıcıların sayına nəzarət olunması və zərurət yarandıqda istehlakçıların növbə ilə girişinin təmin edilməsi, müxtəlif sektorlar üzrə koronavirus infeksiyasının profilaktikasına dair təsdiq edilmiş metodiki göstərişlərin tələblərinə tam riayət olunmasının vacibliyini bir daha vurğulayır.

 

İstər cəmiyyət, istər sahibkarlar yaranmış yeni tələblərə uyğunlaşmalı, sanitar-karantin və sosial-davranış qaydaları əsasında işləməyə öyrənməlidir. Ticarət və xidmət obyektləri yeni qaydalara nə qədər tez vərdiş etsələr, bu onların biznesləri üçün daha vacibdir. Sahibkarların qaydalara riayət etməsi iqtisadi fəallığın bərpa olunmasında önəmlidir”.

 

“Karantin rejimi ilə əlaqədar müəyyən edilən qayda və tələblərin pozulması hallarına yol verilməməsi, koronavirus infeksiyasının yayılmasının qarşısının alınması, icazə sistemindən sui-istifadə edilməməsi və işçilərin müəyyən edilmiş zəruri həddən artıq sayda işə çıxarılmaması məqsədilə sahibkarlıq subyektlərinə nəzarət daha da gücləndirilmişdir. İstehsal, ticarət və xidmət obyektlərində monitorinqlər davam etdiriləcək, müəyyən olunmuş qayda və tələblərin pozulması hallarına yol verən sahibkarlıq subyektlərinə qarşı ciddi tədbirlər görüləcək”,-deyə rəsmi məlumatda qeyd edilib.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Problemli əmanətlərin qaytarılmasına başlanıldı 14 Avqust 2020, 12:14 Qazaxıstanın 16 vətəndaşı öz ölkələrinə yola salındı 14 Avqust 2020, 12:08 Şabranda 9 velosipedçi cərimələndi 14 Avqust 2020, 12:02 Əli Abbasov Ramiz Mehdiyevin müşaviri təyin olundu 14 Avqust 2020, 11:56 Ermənistana hərbi dəhliz açan ölkələr - Ekspert: “Bu 3 ölkə ilə izahat işi aparılmalıdır” 14 Avqust 2020, 11:50 Hacıqabulda reydlər davam edir - FOTO 14 Avqust 2020, 11:48 BANM-in məzunları DAAD təqaüdünü qazanıb 14 Avqust 2020, 11:42 Müəllim olmaq istəyənlərin nəzərinə 14 Avqust 2020, 11:36 Keçmiş vəkili Trampı ifşa edəcəyini söylədi 14 Avqust 2020, 11:33 Ermənistanda koronavirusdan ölənlərin sayı 814 nəfərə çatdı 14 Avqust 2020, 11:28 Abituriyentlərin nəzərinə! 14 Avqust 2020, 11:22 Prokurorluq Binəqədidəki müəmmalı ölümlə bağlı məlumat YAYADI 14 Avqust 2020, 11:16 Bel çantasında narkotik tapıldı 14 Avqust 2020, 11:10 “Gürcüstanın idarəetməsində azərbaycanlıların rolu artacaq” – Marneuli meri 14 Avqust 2020, 11:04 Azərbaycan XİN-i Pakistanı təbrik etdi 14 Avqust 2020, 10:59 Sabiq prezidentin həbs qərarı qüvvədə qaldı 14 Avqust 2020, 10:54 Nazirlik mebelə 1,6 milyon manat XƏRCLƏYƏCƏK 14 Avqust 2020, 10:48 Avropa Azərbaycanlıları erməni lobbisini dünya ictimaiyyətini çaşdırmaqda ittiham edib 14 Avqust 2020, 10:42 Vilayət Eyvazovdan YENİ TƏYİNAT 14 Avqust 2020, 10:36 Azərbaycan nefti yenidən ucuzlaşdı 14 Avqust 2020, 10:30 Ramiz Mehdiyev Əli Abbasovu işdən azad etdi 14 Avqust 2020, 10:24 Nazirlikdən şəbəkə qurğularındakı təhlükə ilə bağlı xəbərdarlıq 14 Avqust 2020, 10:18 Daha bir xarici jurnalist Qarabağa qanunsuz səfər etdi 14 Avqust 2020, 10:12 Mingəçevirdə gizli işləyən restoran TAPILDI  14 Avqust 2020, 10:06 Bələdiyyə sədri cərimələndi 14 Avqust 2020, 10:00 Dünyada koronavirusa yoluxanların sayı 21 milyonu keçdi 14 Avqust 2020, 09:54 Neft yenidən bahalaşdı 14 Avqust 2020, 09:48 Ermənilər 400 min azərbaycanlının suyunu kəsəcək - EKOLOJİ TERROR 14 Avqust 2020, 09:42 Təhsil naziri ictimaiyyətə müraciət etdi 14 Avqust 2020, 09:36 Sabahdan Bakıda ictimai nəqliyyatın hərəkəti dayandırılır 14 Avqust 2020, 09:30 Ermənilər Tovuzu yenidən atəşə tutdular - Müdafiə Nazirliyi  14 Avqust 2020, 09:24 Bakı sakinlərinə xəbərdarlıq - sabah küçəyə çıxmayın 14 Avqust 2020, 09:18 ABŞ-la Moskva arasında VAKSİN QALMAQALI 14 Avqust 2020, 09:12 Manat və dollar yeni günə bu MƏZƏNNƏ ilə başladı   14 Avqust 2020, 09:06 Prezident 16 universitetə rektor TƏYİN ETDİ 14 Avqust 2020, 09:00