Modern.az

Qazaxıstanda Nazarbayevə heykəl ucaldıldı

Qazaxıstanda Nazarbayevə heykəl ucaldıldı

Dünya

3 İyul 2020, 17:40

Qazaxıstan prezidenti Nursultan Nazarbayevə heykəl ucaldılıb.

Modern.az Qazaxıstan KİV-nə istinadən xəbər verir ki, paytaxt Nur-Sultanda açılan heykəl Milli Müdafiə İnstitutunun həyətinə yerləşdirilib.

 

Açılış mərasiminə prezident Kasım-Jimart Tokayev videoəlaqə vasitəsilə qoşulub. O, iyulun 6-da 80 yaşını qeyd edəcək Nursultan Nazarbayevin müasir Qazaxıstanın yaradılmasında böyük xidmətləri olduğunu diqqətə çatdırıb. Nursultan Nazarbayev 1990-2019-cu illərdə Qazaxıstanın prezidenti olub.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir