Modern.az

Türkiyədəki partlayışda yaralanan 114 nəfərlə bağlı son durum

Türkiyədəki partlayışda yaralanan 114 nəfərlə bağlı son durum

Dünya

5 İyul 2020, 14:20

Sakaryada baş verən partlayışda yaralanan 114 nəfər xəstəxanadan evə buraxılıb.

 

Modern.az-ın xəbərinə görə, Sakarya valisi Çetin Oqtay Kaldırım bu barədə bildirib.

 

Vali deyib ki, qəza ilə əlaqədar hazırda 6 yaralı var ki, onlardan birinin vəziyyəti ağırdır.

 

Qeyd edək ki, 3 iyulda Sakaryanın Hendek rayonunda pirotexnika istehsal edən fabrikdə naməlum səbəbdən partlayış baş verib.

 

Hadisə nəticəsində 4  nəfər ölüb, 3 nəfər itkin düşüb.

 

Faktla bağlı 3 nəfər həbs olunub.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü