Arxiv
7 İyul 2020, 12:30 | PARLAMENT
Milli Məclisdə aqrar sahəni ən yaxşı hansı deputat bilir? - Ekspert RƏYLƏRİ

Qeyri-neft sektorunda aqrar sahə mühüm rol oynayır. Bu sahənin inkişafı üçün isə savadlı mütəxəssislərin olması mütləqdir.

Hər bir sahədə olduğu kimi, aqrar sahəyə aid məsələlərlə də məşğul olan rəsmi qurumlar, QHT-lər, müstəqil ekspertlər var.


Milli Məclisdə isə bu istiqamətdəki məsələlərlə Aqrar siyasət komitəsi məşğul olur.


Komitə sədri Tahir Rzayev, sədr müavini Sabir Hacıyev, üzvlər Novruzəli Aslanov Azər Badamov, Müşfiq Cəfərov, Emin Hacıyev, Aydın Hüseynov, Eldar İbrahimov,  İqbal Məmmədov, Cavanşir Paşazadə, Eldəniz Səlimovdur.


Bəs komitənin fəaliyyəti, orda təmsil olunan deputatların aqrar sahədə bilikləri barədə bu sahənin ekspertləri hansı fikirdədirlər? Komitədə kimlər öz sahəsinin bilicisidir?


Modern.az saytının əməkdaşı
bu suallarla aqrar sahə üzrə ixtisaslaşmış ekspertlərə müraciət edib:


Aqrar Elm v
ə İnnovasiya Mərkəzinin şöbə müdiri, aqrar sahə üzrə ekspert  Nicat Nəsirli komitədə Eldar İbrahimovun aqrar sahə üzrə daha təcrübəli olduğunu deyir:


"Parlament yenidən formalaşanda tərkib çox dəyişdi. Amma aqrar siyasət komitəsinin tərkibi demək olar ki, köhnə kollektivdir. Bu bir mənada yaxşıdır. Çünki kənd təəssürafatı sahəsində illərin təcrübəsi lazımdır, bu sahə gənclərin işi deyil. Çünki üzvlərin işi qanunvericilik bazasının təkmilləşdirilməsidir. Burda da hansısa qanun təklif edilib, müzakirəyə çıxarılanda 10 il əvvəli xatırlayan şəxslər olmalıdır. Bu baxımdan komitənin məsələlərə reaksiyaları məni çox razı salır. Düzdür, kənd təsərrüfatında bəzi problemlər var, amma ümumilikdə komitənin işi qənaətbəxşdir.

Komitədə fəaliyyətini bəyəndiyim şəxslərdən biri Eldar İbrahimovdur. Mən uşaqlığımdan onu aqrar sahədə görürəm. Bu sahədə kifayət qədər elmi kitablar yazıb və məmnuniyyətlə həmin kitabları oxuyuram. Komitəyə yeni üzv olan İqbal Məmmədov da elə rayondandır ki, həmin bölgədə kənd təsərrüfatı ilk yerdə dayanır. Bu mənada komitənin digər üzvləri də kontingentdir".


K
ənd təsərrüfatı üzrə ekspert Vahid Məhərrəmov Aqrar siyasət komitəsində bir neçə sahə üzrə mütəxəssislərin çatışmadığını bildirib:


"Təəssüf ki, komitə öz üzərinə düşən işi tam mənası ilə yerinə yetirə bilmir. Ölkədə su problemi var və bu problemin həlli ilə bağlı biz danışırıq, lakin nəticəsi olmur. Hələ 10 il qabaq təklif etdik ki, suya məsul dövlət məmuru olmalıdır. 5 qurum suya nəzarət edir, amma məsul şəxs yoxdur. Milli Məclisdə sözügedən komitə üzvləri bu məsələni qaldırmalıdırlar. Bu və digər problemlərlə bağlı Aqrar siyasət komitəsinin üzvləri həll yolu tapmalıdır.

Komitə üzvlərinin bəzilərinin aqrar sahədə bilgiləri məni o qədər də qane etmir. Çünki komitənin üzvlərinin bir neçəsi ixtisaslaşmayıb, aqrar sahəni dərindən bilmir. Belə olan halda da aqrar sahədə problemlərin yaranma səbəblərinin dərinliyi gizli qalır. Ümumi sahə ilə bağlı danışırlar, lakin əsas məsələ nədir, onu bilmirlər.

Komitədə öz sahəsi üzrə mütəxəssis olan aqronom, baytar həkim, zootexnik olmalı idi. Çünki aqrar sahənin ürəyi bu ixtisaslardır".


İqtisadçı-ekspert, jurnalist Razi Abasb
əyli Aqrar siyasət komitəsinin işini belə dəyərləndirib:


"Milli Məclisin Aqrar Siyasət Komitəsinin bir sıra deputatlarını tanıyıram, onlar  arasında 3 və hətta 4-cü dəfə deputat olanlar var. Komitədə bir neçə gənc deputat var. Onların fəaliyyəti haqqında məlumatsızam.
Fəaliyyətə gəlincə, bu ilin ilk yarısında bir sıra strateji qanun layihələri hazırlanaraq müzakirəyə çıxarılıb.

Pandemiya dövründə komitənin fəaliyyəti daha vacib olsa da, etiraf edək ki, gözlənilən mühim layihələr hazırlanmayıb. Bütün dünya post-pandemiya dövrünə hazırlaşdığı bir zamanda əsas diqqəti məhz aqrar sektorun inkişafına yönəldir. Post-pandemiya dövründə daha çox aqrar sahədə islahatlara və mühüm dövlət proqramlarına, o cümlədən də qanunvericilik bazasının formalaşdırılmasına ehtiyac olacaq. Bu baxımdan komitənin fəaliyyətini heç də yüksək qiymətləndirə bilmərəm. Komitədəki deputatların da hansı səviyyədə səmərəli fəaliyyət göstərdikləri ümumilikdə komitənin ortada olan işi ilə dəyərləndirilə bilər".

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
“Rusiyanın Talibanla əməkdaşlığının nəticəsi ağır olacaq” 13 Avqust 2020, 09:58 Gəncədə Comərd Qəssab türbəsinin ətrafında abalıq işləri aparılacaq 13 Avqust 2020, 09:55 Azərbaycanda zəlzələ olub 13 Avqust 2020, 09:50 Deputat: “Sabitlik dövlətimiz və xalqımız üçün gərəklidir” 13 Avqust 2020, 09:44 Ermənilər yenidən Tovuzun kəndlərini atəşə tutdular 13 Avqust 2020, 09:38 Türkiyənin Milli Müdafiə naziri və Baş Qərargah rəisi Azərbaycanda - FOTO 13 Avqust 2020, 09:32 Dollar günə bu məzənnə ilə BAŞLADI 13 Avqust 2020, 09:26 Azərbaycan və Rusiya prezidentləri Tovuz döyüşlərini müzakirə etdi 13 Avqust 2020, 09:20 Neft yenidən ucuzlaşdı 13 Avqust 2020, 09:15 “Fənərbaxça” “Qarabağ”ın sabiq qapçısı ilə razılığa gəldi 13 Avqust 2020, 09:10 Nazir koronavirusa yoluxub 13 Avqust 2020, 09:04 Bakıda sərnişin avtobusu yandı 13 Avqust 2020, 09:00 Çempionlar Liqası: PSJ növbəti mərhələyə keçdi 13 Avqust 2020, 08:50 Bu gün ilk qəbul imtahanı keçirilir 13 Avqust 2020, 08:25 Paytaxtda koronavirus qurbanlarının sayı artdı 13 Avqust 2020, 01:04 Oyunçusu koronanaya yoluxan kluba texniki məğlubiyyət verildi 13 Avqust 2020, 00:47 Prezident ölkəyə dəyən zərəri açıqladı 13 Avqust 2020, 00:34 3 PKK terrorçusu zərərsizləşdirildi 13 Avqust 2020, 00:22 Prezidentin köməkçisi koronavirusa yoluxdu 13 Avqust 2020, 00:08 Türkiyədə daha 18  nəfər koronavirusdan ölüb 12 Avqust 2020, 23:48 Elmi müəssisələrin akkreditasiyası qaydası dəyişdi 12 Avqust 2020, 23:35 Batma təhlükəsi ilə üzləşən şəxs xilas edildi 12 Avqust 2020, 23:21 Hulusi Akar Bakıda belə qarşılandı - FOTOLAR 12 Avqust 2020, 23:06 Hökumət 1454 otelin fəaliyyətinə icazə verdi 12 Avqust 2020, 22:53 Reanimasiyadakı COVİD-19 xəstələrinin sayı AZALDI 12 Avqust 2020, 22:40 Yanğın bir ailəni evsiz qoydu 12 Avqust 2020, 22:23 Türkiyədə növbəti tədris ili onlayn dərslərlə başlayacaq 12 Avqust 2020, 22:09 “Mən istintaqa çağırılmamışam” - Nazir müavini danışdı 12 Avqust 2020, 21:53 “İran nüvə proqramında dəyişiklik edəcək heç bir planı qəbul etməyəcək” - ZƏRİF 12 Avqust 2020, 21:36 Azərbaycan Premyer Liqasında I turun oyun CƏDVƏLİ 12 Avqust 2020, 21:22 Qatarın reysdən çıxması 3 nəfərin həyatına son qoydu: 6 yaralı var   12 Avqust 2020, 21:08 Bakı SMS-lə icazə sisteminin ləğvindən sonra - FOTOLAR 12 Avqust 2020, 20:49 XİN-dəki həbslərlə bağlı nazir müavinləri DTX-da DİNDİRİLİB 12 Avqust 2020, 20:32 Türkiyəli generallar AZƏRBAYCANDA 12 Avqust 2020, 20:15 OPEC Azərbaycanda neft hasilatı ilə bağlı proqnozları açıqlayıb 12 Avqust 2020, 20:03