Modern.az

NATO-ya məlumat ötürən müşavir həbs edildi

NATO-ya məlumat ötürən müşavir həbs edildi

Aktual

7 İyul 2020, 23:45

Rusiya Federal Kosmik Agentliyinin (“Roskosmos”) rəhbərinin informasiya siyasəti üzrə müşaviri İvan Safronov barəsində cinayət işi başlanılıb.

Modern.az  Rusiya mediasına istinadən xəbər verir ki, ona qarşı Cinayət Məcəlləsinin 275-ci (Dövlətə xəyanət) maddəsi ilə ittiham irəli sürülüb.

Məhkəmənin qərarı ilə İvan Safronov barəsində iki ay müddətinə həbs qətimkan tədbiri seçilib və o, 20 il müddətinə həbs oluna bilər.

Qeyd olunub ki, Federal Təhlükəsizlik Xidməti onu NATO-ya məlumat ötürməkdə ittiham edir.

Kəşfiyyatın bildirdiyinə görə Safronov dövlət sirri olan məlumatları toplayaraq Şimali Atlantika Alyansının nümayəndəsinə ötürüb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!