Modern.az

Füzulidə koronovirus pandemiyasına qarşı reydlər davam etdirilir

Füzulidə koronovirus pandemiyasına qarşı reydlər davam etdirilir

10 İyul 2020, 09:00

Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın geniş tərkibli respublika videomüşavirəsində verilən tapşırıqların icrası ilə bağlı Füzuli  rayonunda koronavirus (COVİD-19) pandemiyasının yayılmasının qarşısının alınması məqsədilə aidiyyəti strukturların əməkdaşlarından ibarət mobil işçi qruplar tərəfindən müvafiq dislokasiya bölgüsü əsasında reyd keçirilib. 


Modern.az xəbər verir ki, əhalinin sıx olduğu məkanlarda, ictimai-iaşə və ticarət obyektlərində həyata keçirilən reydlərdə Füzuli rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev, hüquq-mühafizə orqanlarının rəhbərləri və digər məsul şəxsləri iştirak edib, Zobucuq, Qayıdış qəsəbələrində və Bala Bəhmənli kəndi ərazisində fəaliyyət göstərən bir neçə ticarət obyektlərində, ictimai-iaşə obyektlərində olub satıcı və alıcılarla marifləndirici söhbətlər aparıb, pandemiyaya qarşı mübarizədən irəli gələn tələb və tövsiyələri izah ediblər. Nazirlər Kabinetinin Operativ Qərargahının tələblərinə zidd fəaliyyət göstərən ictimai-iaşə və ticarət obyektlərinin sahiblərinə ciddi xəbərdarlıq edilərək bütün obyektlərdə işçi heyətinə tibbi maskalardan istifadə etmənin vacibliyi, sosial məsafənin gözlənilməsi və sanitary-gigiyenik qaydalara əməl edilməsinin  əhəmiyyəti barədə ətraflı məlumatlar verilib.  


Mobil qruplar tərəfindən Füzuli rayonu rayonu ərazisində mütəmadi olaraq reydlərin keçirilməsi davam etdirilir.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Sevastopolda Rusiyaya məxsus daha bir SU-35 vurulub