Arxiv
11 İyul 2020, 15:43 | AKTUAL
Şəkidə təkrar qarğıdalı əkini aparılır - FOTO

Respublikanın torpaq-iqlim şəraiti payızlıq dənli-taxıl bitkiləri yığıldıqdan sonra təkrar əkin aparılmasına və ikinci məhsul alınmasına imkan verir.

 

Kənd Təsərrüfatı Nazirliyindən Modern.az-a verilən məlumata görə, qarğıdalı bitkisinin qısa vegetasiya müddətinə malik olması (90-100 gün) və hektardan yüksək dən və yaşıl kütlə verməsi, onun təkrar əkində istifadəsini ön sıraya çıxarır.

 

Bu məqsədlə yaxın günlərdə Aqrar Elm və İnnovasiya Mərkəzinin strukturuna daxil olan qurumlar tərəfindən 560 hektarda hibrid qarğıdalı əkini planlaşdırılıb. Artıq Şəki Regional Aqrar Elm və İnnovasiya Mərkəzinin sahələrində təkrar qarğıdalı əkini aparılıb.
Kənd Təsərrüfatı Nazirliyinin Bitkiçiliyin təşkili və monitorinqi şöbəsinin müdiri Rəfail Quliyev, Aqrar Elm və İnnovasiya Mərkəzinin direktoru İmran Cümşüdov, eləcə də bölgədəki yerli qurumların nümayəndələri, Dövlət Aqrar İnkişaf Mərkəzinin əməkdaşları, fermerlər səpini müşahidə edərək becərmə texnologiyası ilə bağlı fikir mübadiləsi aparıblar. Qlobal iqlim dəyişikliyinin mənfi nəticələri, ərzaq balansının təmin olunmasında təkrar qarğıdalı əkinlərinin aparılmasının əhəmiyyəti və bu sahədə fermerlərin maarifləndirilməsinin vacib olduğu bildirilib.

 

Kənd Təsərrüfatı Nazirliyinin Bitkiçiliyin təşkili və monitorinqi şöbəsinin müdiri Rəfail Quliyev bildirib ki, ilkin olaraq ölkəmizdə 50 min hektar sahədə təkrar qarğıdalı əkininin aparılması nəzərdə tutulur: “Bununla əlaqədar toxum, texnika ilə təminatla bağlı hazırlıq görülüb. İndiyədək təxminən 20 min hektar sahədə qarğıdalı əkini aparılıb”.

 

Qeyd edək ki, Nazirlər Kabinetinin 22 may 2020-ci il tarixli qərarı ilə Dövlət Büdcəsinin Ehtiyat Fondundan kənd təsərrüfatı istehsalçılarının toxum təminatının dəstəklənməsi məqsədilə Kənd Təsərrüfatı Nazirliyinə 5 milyon manat vəsaitin ayrılması və təkrar qarğıdalı əkininin hər hektarına 60 manat birdəfəlik subsidiya verilməsi fermerlərin nəzərinə çatdırılıb.

 

Rayonda təkrar əkin prosesi davam etdirilir.

Şəkidə təkrar qarğıdalı əkini aparılır (FOTO) - Gallery Image Şəkidə təkrar qarğıdalı əkini aparılır (FOTO) - Gallery Image Şəkidə təkrar qarğıdalı əkini aparılır (FOTO) - Gallery Image
BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
“Elə bilirsiniz, onları başlı-başına buraxmışıq?” – Siyavuş Novruzov YAP-çı gənclərdən DANIŞDI 12 Avqust 2020, 11:07 Türkiyədəki zəlzələ Azərbaycanda hiss olundu 12 Avqust 2020, 10:54 Mədəniyyət Nazirliyinin mətbuat katibi işdən çıxdı 12 Avqust 2020, 10:48 Həyətinda narkotik vasitələr becərən şəxs tutuldu - FOTO 12 Avqust 2020, 10:43 Ceyhun Bayramov Türkiyə televiziyasına müsahibə verdi 12 Avqust 2020, 10:38 Gürcüstandan daha 74 Azərbaycan vətəndaşı gətirilir 12 Avqust 2020, 10:32 Azərbaycan nefti yenidən ucuzlaşdı 12 Avqust 2020, 10:26 Cəlilabadda karantini pozan kafe aşkarlandı 12 Avqust 2020, 10:20 Gürcüstanda yeni azərbaycandilli məktəb tikilir 12 Avqust 2020, 10:15 Azərbaycanda yeni ödənişlər sistemi istismara verildi 12 Avqust 2020, 10:09 Problemlərdən necə qaçaq: Komitə sədrinin təkliflərinə deputatlardan REAKSİYA 12 Avqust 2020, 10:03 Valideyinlərin nəzərinə - şagirdlərin elektron yerdəyişməsi başladı 12 Avqust 2020, 09:58 İmişlidə həmkəndlisini qətlə yetirən şəxs tutuldu 12 Avqust 2020, 09:53 "Azercell"in beynəlxalq virtual toplantısı keçiriləcək 12 Avqust 2020, 09:48 Bu gün xətlərə rekord sayda avtobus çıxarılıb 12 Avqust 2020, 09:43 Ermənilər Tovuz və Gədəbəyi atəşə tutdular 12 Avqust 2020, 09:37 İsmayıllıda yol çəkilişi zamanı qədim tarixi abidə tapıldı - FOTO 12 Avqust 2020, 09:31 Livan ermənilərinin Qarabağa köçü BAŞLADI 12 Avqust 2020, 09:27 Neft yenidən bahalaşdı 12 Avqust 2020, 09:21 Dollar günə bu məzənnə ilə BAŞLADI 12 Avqust 2020, 09:16 Bakı Dövlət Universiteti imtahansız əlavə tələbə qəbulu elan etdi 12 Avqust 2020, 09:10 Binəqədidə qanunsuz fəaliyyət göstərən sahibkarlar cərimələndi 12 Avqust 2020, 09:05 “Canavar” ləqəbli narkotacir və alıcıları saxlanıldı 12 Avqust 2020, 09:00 Ukraynada koronavirusun ikinci dalğası BAŞLADI 12 Avqust 2020, 08:56 Belarusda iki mindən çox insan saxlanıldı 12 Avqust 2020, 00:59 Trampı qorxuya salan səbəb 12 Avqust 2020, 00:45 Ceyhun Bayramov terror qurbanı olan şəhid diplomatları yad etdi 12 Avqust 2020, 00:27 Türkiyə hərbi təyyarəsi Livanda 12 Avqust 2020, 00:13 Avropa İttifaqı Belarusu sanksiya ilə HƏDƏLƏDİ 11 Avqust 2020, 23:53 Çempionlar Liqasının final oyunu təxirə salındı 11 Avqust 2020, 23:41 Dənizdə batma təhlükəsi ilə üzləşən 12 nəfər xilas edildi 11 Avqust 2020, 23:25 İmişli sakini həmkəndlisini qətlə yetirdi 11 Avqust 2020, 23:11 Yayılan fotolarla bağlı “Bandotdel”də monitorinq aparıldı 11 Avqust 2020, 22:55 Goranboyda üç uşaq anası özünü asdı 11 Avqust 2020, 22:39 Sumqayıtda yük maşını kanala aşdı 11 Avqust 2020, 22:22