Modern.az

Rəfael Ağayev Rusiyadan təklif aldı

Rəfael Ağayev Rusiyadan təklif aldı

11 İyul 2020, 17:45

Azərbaycan karateçisi Rafael Ağayevə Rusiya milli komandasının baş məşqçi vəzifəsi təklif olunub. 

 

Modern.az xəbər verir ki, bu barədə idmançı özünün "Instagram" səhifəsində canlı yayımda açıqlama verib.

 

O bildirib ki, artıq 2021-ci ildən bu vəzifədə çalışması xahiş olunub. Ağayev hələlik Azərbaycanda olduğunu və məşq etdiyini bildirib.

 

Karateçi Azərbaycan millisində çalışmasının da mümkünlüyünü vurğulayıb. O, Azərbaycan Karate Federasiyasının hazırkı prezidenti Yaşar Bəşirovun xeyir-duası olacağı təqdirdə, bu posta rəhbərlik etmək istədiyini də diqqətə çatdırıb.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!