Modern.az

İngiltərədə 2500 il bundan əvvələ aid insan skeleti tapıldı

İngiltərədə 2500 il bundan əvvələ aid insan skeleti tapıldı

12 İyul 2020, 08:51

İngiltərənin Bakinqemşir bölgəsində qazıntılar zamanı 2500 il bundan əvvəl yaşamış insan skeleti tapılıb.

 

Modern.az xəbər verir ki, yüksək sürətli qatar xəttinin hazırlıqları üçün aparılan qazıntılar zamanı tapılan skeletin dəmir dövründə yaşamış və yetkinlik yaşına çatmış bir kişiyə aid olduğu düşünülür.

 

Qazıntılar zamanı diametri 65 metr olan 4000-5000 il əvvələ aid məqbərə də tapılıb. Monumental məzarın yüksək statuslu insanlar üçün tikildiyi güman edilir.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır