İyulun 9da təhsil naziri Ceyhun Bayramov müvafiq əmri ilə “İqtisadiyyat və idarəetmə” ixtisasları qrupuna daxil olan ixtisaslar üzrə yeni təhsil proqramlarını təsdiq etdi.
Yeni proqramlar milli təhsil sisteminin beynəlxlq təhsil sisteminə uyğunlaşdırılması, tələbə mobilliyinin artırılması, tələbələrin müvafiq kompetensiyalarının, eləcə də yumşaq və sərt vərdişlərinin formalaşdırılması, məzunların əmək bazarının tələblərinə cavab verməsi, tələbələrin daha çox sərbəst işləmələrinin stimullaşdırılması və s. istiqamətdə ciddi bir addımdır.
Proqramların hazırlanması zamanı top 25 universitetlərin təcrübəsi əsas götürülmüş, kompetensiyalar işəgötürənlərlə razılaşdırılıb:
Yeni proqramların layihəsinin hazırlanmasında böyük əməyi olmuş Azərbaycan Dövlət İdarəçilik Akademiyasının rektoru, akademik Urxan müəllim Ələkbərova, Azərbaçan Texniki Universitetin rektoru, professor Vilayət müəllim Vəliyevə, Mingəçevir Dövlət Universitetinin rektoru, dosent Şahin müəllim Bayramova, Bakı Biznes Universitetinin rektoru, professor İbad müəllim Abbasova və İşçi Qrupun bütün digər üzvlərinə, eləcə də bizimlə birlikdə kompetensiyaların formalaşdıran işəgötürənlərə dərin minnətdarlığımı bildirirəm.
Professor Ədalət Muradov
Azərbaycan Dövlət İqtisad Universitetinin (ADİU) rektoru