Modern.az

Azərbaycanda dəhşətli qətl - ata oğlunu güllələdi 

Azərbaycanda dəhşətli qətl - ata oğlunu güllələdi 

13 İyul 2020, 11:30

İyulun 12-də saat 08 radələrində Kürdəmir rayonu, Xırdapay kəndi ərazisində 1985-ci il təvəllüdlü Elkən Şəmizadənin odlu silahla qətlə yetirilməsi barədə məlumat daxil olub.

 

Kürdəmir rayon prokurorluğundan Modern.az-a verilən məlumata görə, dərhal prokurorluq və polis əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib.

 

Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanmış, müvafiq ekspertizalar təyin edilib.

 

İstintaqla hadisənin zərərçəkmişin atası, onunla eyni ünvanda yaşayan 1959-cu il təvəllüdlü Məzahir Şəmiyev tərəfindən şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı törədilməsinə əsaslı şübhələr müəyyən edilib.

 

Prokurorluq və polis əməkdaşları tərəfindən həyata keçirilmiş təxirəsalmaz istintaq-əməliyyat tədbirləri nəticəsində Məzahir Şəmiyev Cinayət Məcəlləsinin qeyd edilən maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.

 

Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir