Modern.az

Əməkdar jurnalistdən şəhid ailələri ilə bağlı TƏKLİF

Əməkdar jurnalistdən şəhid ailələri ilə bağlı TƏKLİF

Aktual

13 İyul 2020, 12:09

Əməkdar jurnalist Rəhman Orxan şəhid ailəsinin üzvlərilə bağlı təklif irəli sürüb. O, Modern.az vasitəsilə səsləndirdiyi təklifi bu cür əsaslandırıb:

“Şəhid analarının və ərləri şəhid olan qadınların TƏQAÜDə 65 yox, 55 yaşında çıxarılmalarını təklif edirəm - iş stajından asılı olmayaraq! 

Məgər onların dərdi-qəmi azdırmı ki, hələ bir 65 yaşına kimi də işləyib, təqaüdə çıxmalarını gözləsinlər? Onsuz da ömürlük dərd-qəm onları elə 50-55 yaşında da əyəcək, qocaldacaq (təəssüf ki, çoxları bəlkə heç o yaşa da çata bilməyəcəklər). Şəhid anasını və şəhid xanımını əlavə olaraq 10 il də işləməyə məcbur etmək düzgün deyil. Onların ailə, övlad-nəvə qayğıları, problemləri də az olmur axı.

Onu da unutmayaq ki, indi bəyənmədiyimiz sovetlərin dövründə qadınlar təqaüdə 50-55 yaşında çıxırdılar”.

Jurnalist bildirib ki, qadınların 65 yaşda təqaüdə çıxması ilə bağlı ədalətsiz qayda ümumiyyətlə ləğv edilsə, yaxşı olar.

“İnanmaq istərdim ki, ölkə rəhbərliyi növbəti humanist addım ataraq, bu mühüm məsələnin tezliklə həllinə nail olacaqdır.

Bu, həm də, az da olsa, işsizliyin müəyyən qədər azadıllmasında, qadınların işlə təminində mühüm rol oynaya bilər”.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir