Modern.az

İctimai Liderlər Platforması bəyanat yaydı

İctimai Liderlər Platforması bəyanat yaydı

13 İyul 2020, 17:42

Məlum olduğu kimi, iyulun 12-də Ermənistan silahlı qüvvələrinin bölmələri növbəti dəfə təxribata əl ataraq Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində mövqelərimizi ələ keçirtməyə, artilleriya atəşindən istifadə edərək hücum etməyə cəhd göstərib. Düşmənin xain hücumu zamanı dörd əsgər və zabitimiz qəhrəmancasına şəhid olub.  Azərbaycan Ordusunun həyata keçirdiyi əks-tədbirlər nəticəsində düşmən geri otuzdurulub, yayılmış videolardan da göründüyü kimi,  düşmənin texnikası və çoxlu sayda canlı qüvvəsi məhv edilib. Şəhidlərimizin qisası düşməndən artıqlaması ilə alınıb.

 

Ermənistanın bu hücum cəhdi və silahlı təxribatı Azərbaycan ictimaiyyəti tərəfindən hiddətlə qarşılandı. Sosial şəbəkələrdə hərbi əməliyyatlara başlamaq, sıravi vətəndaşların toplanaraq cəbhə bölgəsinə getmək, silaha sarılaraq torpaqlarımızı işğaldan azad etmək kimi çağırışlar səsləndi. Bu, bir tərəfdən Azərbaycan cəmiyyətində vətənpərvərlik hissinin yüksək səviyyədə olduğunu nümayiş etdirsə də, digər tərəfdən onun ifadə  forması bir sıra narahatçılıq doğurdu. Biz hamımız yaxşı anlayırıq ki, indi 1990-cı illərin əvvəlləri deyil ki, nizami ordu olmadığına görə, vətəndaşlar öz gücünə torpaqlarımızı müdafiə etmək məcburiyyətində qalsınlar. Bu gün Azərbaycan güclü orduya malikdir və ordumuz Ali Baş Komandanın əmri ilə torpaqlarımızı işğaldan azad etməyə hazırdır və buna qadirdir.

 

Bu gün bizi ciddi narahat edən digər bir məsələ Ermənistanın informasiya məkanında törətdiyi təxribatla bağlıdır. Düşmən tərəfindən azərbaycanlı  adı və soyadı ilə yaradılmış yüzlərlə  sosial şəbəkə hesablarından dövlətimizə qarşı informasiya müharibəsi aparan, ölkəni xaosa sürükləyən, xalqımızın və  ordumuzun döyüşkən ruhuna mənfi təsir etməyə çalışan çağırışların şahidi oluruq. Düşmənin xüsusi xidmət orqanları tərəfindən Azərbaycana qarşı təşkil olunmuş informasiya müharibəsinə onların daxildəki və xaricdəki uzantıları da fəal dəstək verirlər.

 

Biz, İctimai Liderlər Platforması olaraq  cəmiyyətimizi, xüsusilə, mətbuat nümayəndələrini, QHT sektorunu, sosial şəbəkə iştirakçılarını, xaricdə yaşayan soydaşlarımızı,  hər bir vətəndaşımızı və bütün ictimai fəalları  bu cür təxribatların qarşısını almağa və  onları anındaca ifşa etməyə çağırırıq.

 

Biz, düşmənlə müharibə şəraitində olan müdrik xalqımızı, vətəndaşlarımızı təmkinli, səbrli olmağa, təxribatlara uymamağa və belə həssas və ağır zamanda hamını ölkə Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin ətrafında sıx birləşməyə, ordumuza dəstək olmağa çağırırıq!

 

Əminik ki, tezliklə torpaqlarımız Ali Baş Komandanın əmri, xalqımızın dəstəyi və qəhrəman ordumuzun gücü ilə erməni işğalçılarından azad olunacaqdır!

 

Vətən uğrunda canlarını fəda edən bütün Şəhidlərimizə Allahdan rəhmət diləyirik!

 

Tanrı Dövlətimizi, Xalqımızı, Müstəqilliyimizi və  Ordumuzu qorusun!

 

İctimai Liderlər Platformasının üzlvləri:

 

1.      

Rauf Zeyni

Milli Qeyri-Hökumət Təşkilatları Forumu

2.      

Sabit Bağırov

Sahibkarlığa və Bazar İqtisadiyyatının İnkişafına Yardım Fondu

3.      

Umud Mirzəyev

Beynəlxalq Avrasiya Mətbuat Fondu

4.      

Əliməmməd Nuriyev

Konstitusiya Araşdırmalar Fondu

5.      

Sahib Məmmədov

Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası

6.      

NovelaCəfərova

D.Əliyeva adina Azərbaycan Qadinlarının Hüququnun Müdafiə Cəmiyyəti

7.      

Səadət Bənənyarlı

"Beynəlxalq İnsan Hüquqları Cəmiyyəti Azərbaycan Milli Bölməsi" ictimai birliyi

8.      

SəltənətQocamanlı

İnsan Hüquqları və Qanunçuluğun Müdafiəsi İctimai Birliyi

9.      

Qorxmaz İbrahimli

Biosfer İctimai Birliyi

10.   

Əvəz Həsənov

Humanitar Tədqiqatlar İctimai Birliyi

11.   

ƏzizƏləkbərov

Azərbaycan Qaçqınlar Cəmiyyəti İctimai Birliyi

12.   

İsrayılİsgəndərov

"Ümid" Sosial İnkişafa Dəstək İctimai Birliyi

13.   

Vüqar Bayramov

İqtisadi və Sosial İnkişaf Mərkəzi İctimai Birliyi

14.   

ÇingizQənizadə

Demokratiya və İnsan Hüquqlari Komitəsi

15.   

MəhərrəmZülfüqarlı

İctimai Problemlərin Tədqiqi Assosiasiyası

16.   

Kamil Səlimov

"Azadlıqdan Məhrumetmə Yerlərinin Müşahidəsi" ictimai birliyi

17.   

Fuad Məmmədov

"SİMURQ" AZƏRBAYCAN MƏDƏNİYYƏT ASSOSİASİYASI

18.   

EyyubHüseynov

"Azad İstehlakçılar" İctimai Birliyi

19.   

Tənzilə Rüstəmxanlı

Azəri Türk Qadinlar Birliyi

20.   

Mirvari Qəhrəmanova

Neftçilərin Hüqularını Müdafiə Təşkilatı İctimai Birliyi

21.   

ŞəmistanƏlizamanlı

"Vətənpərvərliyin Təbliğinə Dəstək" İctimai Birliyi

22.   

Akif Nağı

Qarabağ Azadlıq Təşkilatı İctimai Birliyi

23.   

Osman Gündüz

Multimediya Sistemləri İctimai Birliyi

24.   

Mayis Əliyev

Sosial Hüquqların Araşdırılması

25.   

İradə Rizazadə

"Vətəndaşların Sosial Rifahı Naminə" İctimai Birliyi

26.   

Bahar Qasımova

"Azərbaycan Qadınları Respublika Cəmiyyəti" İctimai Birliyi

27.   

Məlahət İbrahimqızı

"Lider Qadınlar" İctimai Birliyi

28.   

Fizüli Rzaquliyev

Vətən Müharibəsi Veteranları İctimai Birliyi

29.   

Mehdi Mehdiyev

Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyi

30.   

Mehriban Zeynalova

Təmiz Dünya Qadınlara Yardım İctimai Birliyi

31.   

Etibar Əliyev

21-ci əsr Təhsil Mərkəzi İctimai Birliyi

32.   

Əhməd N. Abbasbəyli

"Cəmiyyətin və Vətəndaş Münasibətlərinin İnkişafı" İctimai Birliyi

33.   

Nəsiman Yaqublu

Tarix və Mətbuat Araşdırmalarına Dəstək

34.   

ŞahinRəcəbov

"Azərbaycan Valideyn-Müəllim Assosiasiyası" ictimai birliyi

35.   

Aydın Əbilov

"Yeni Yazarlar və Sənətçilər" İctimai Birliyi

36.   

Fikrət Yusifov

Ekonomiks Beynəlxalq İqtisadi Araşdırmalar İctimai Birliyi

37.   

ElçinHüseynov

"Azərbaycan Yazarlar Klubu" İctimai Birliyi

38.   

Aydın Kərimov

Müstəqil Hüquq Mərkəzi

39.   

Əhməd Qəşəmoğlu

Tərəqqi və Demokratiya İctimai Birliy

40.   

Hafiz Həsənov

Hüquq və İnkişaf İctimai Birliyi

41.   

Mirəli Hüseynov

Demokratiyanı Öyrənmə İctimai Birliyi

42.   

Şəmsəddin Əliyev

Polisə Dəstək İctimai Birliyi

43.   

Asif Əsgərli

Azərbaycan Demokratik Tələbə Gənclər Təşkilatı

44.   

Emin Həsənli

Tərxis Olunmuş Hərbiçilərin Gəncləri Maarifləmndirmə  İctimai Birliyi

45.   

İlqar Orucov

Azəarbaycan Gənc Alim, Aspirant və Magistrlər Cəmiyyəti İctimai Birliyi

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir