Modern.az

İmkansız ailələrə ərzaq yardımı göstəriləcək

İmkansız ailələrə ərzaq yardımı göstəriləcək

Aktual

13 İyul 2020, 22:15

“Region İcmalarının İnkişafına  və Yoxsulluğun Azaldılmasına Dəstək” İctimai Birliyi imkansız ailələrə birdəfəlik yardım göstərəcək.

 

Bu barədə Modern.az-a məlumat verən təşkilatın sədri Teymur Mirzəyevin sözlərinə görə, məqsəd imkansız ailələrə dəstək olmaqdır: "Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi verdiyi layihə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi ilə əməkdaşlıqla icra olunacaq. Məlum olduğu kimi ötən ilin sonlarından dünyada yayılmağa başlayan və Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən pandemiya elan edilən yeni növ koronavirus bəlasına qarşı mübarizəyə vətəndaş cəmiyyəti institutları da öz dəstəyini verməkdədir. Pandemiyanın təsirlərini minimuma endirmək məqsədilə Azərbaycan Respublikasının Prezidenti tərəfindən vaxtında və çevik qərarların qəbul edilməsi, qabaqlayıcı tədbirlərin görülməsi respublikamızda pandemiyanın itkilərini minimuma endirməyə imkan verir. Azərbaycan Prezidentinin tapşırığı ilə pandemiyanın bütün sahələrə zərərlərinin azaldılması, əhalinin aztəminatlı hissəsinin dəstəklənməsi üçün addımlar atılıb. Xüsusi karantin dövründə 600 min insana iki ay müddətində 190 manat birdəfəlik ödəmə verilib. Həmçinin, iyun ayında xüsusi karantin rejimi tətbiq olunan şəhər və rayonlarda qeydiyyatda olan şəxslər təkrar 190 manat birdəfəlik ödəmə ilə təmin olunub. Bizim də məqsədimiz COVİD-19 pandemiyasından zərər çəkən  imkansız ailələrə birdəfələik yardım göstərilməsi ilə onların sosial vəziyyətinin az da olsa  yaxşılaşdırılmasına yardım etməkdir".

T.Mirzəyevin sözlərinə görə, hazırda koronavirus pandemiyasından zərər çəkən imkansız ailələr müəyyənləşdirilir: "Növbəti mərhələdə ərzaq yardımı alınaraq Şuranın müvafiq təlimatları gözlənilməklə imkansız ailələrə çatdırılacaq".

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!