Modern.az

28 yaşlı kişi keçmiş arvadının boğazını kəsdi

28 yaşlı kişi keçmiş arvadının boğazını kəsdi

Aktual

14 İyul 2020, 12:05

Zaqatalada 28 yaşlı kişi keçmiş həyat yoldaşının boğazına xəsarət yetirib.

 

Modern.az-ın məlumatına görə, hadisə ötən gün axşam saatlarında Zaqatala şəhərinin ərazisində qeydə alınıb. 

 

Rayonun Aşağı Tala kənd sakini, 1992-ci il təvəllüdlü H.Həmzəyev şəxsi münasibətlər zəminində keçmiş həyat yoldaşı Q.B.-nın boğaz nahiyəsinə şüşə parçası ilə iki yerdən xəsarət yetirib.

 

Q.B. Zaqatala Rayon Mərkəzi Xəstəxanasının cərrahiyyə şöbəsinə yerləşdirilib. Onun vəziyyətinin orta-stabil olduğu bildirilir.

 

Faktla bağlı Zaqatala rayon Polis Şöbəsində araşdırma aparılır.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi