Ermənistan Silahlı Qüvvələrinin bölmələrinin təxribatı nəticəsində şəhid olan mayor Əhmədov Namiq Hajan oğlu dəfn olunub.

 

Modern.az xəbər verir ki, 33 yaşlı mayorun nəşi doğulub boya-başa çatdığı Qazaxın Yuxarı Salahlı kəndində izdihamla qarşılanıb.

 

Şəhid həmin kənddə dəfn olunub.

 

Mərasimdə rayon icra hakimiyyətinin nümayəndələri, şəhidin döyüş yoldaşları və qohumları iştirak ediblər. Artelleriya komandiri Tovuzda gedən şiddətli döyüşlərdə şəhid olub.

 

Qeyd edək ki, iyulun 13-dən 14-nə keçən gecə və səhər saatlarında Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu sahəsində şiddətli döyüşlər gedib. Döyüşlərdə hər iki tərəf itki verib.

 

***

 

Erməni Silahlı Qüvvələrinin bölmələri tərəfindən Azərbaycan-Ermənistan dövlət sərhəddində törətdiyi təxribatın qarşısını alarkən qəhrəmancasına şəhid olmuş Azərbaycan Silahlı Qüvvələrinin mayoru Namiq Əhmədovun cənazəsi doğulduğu Qazax rayonuna gətirilib.

 

Modern.az-ın məlumatına görə, şəhidin cənazəsi rayonun Yuxarı Salahlı kəndindəki evinə gətirilib. Qazax rayon sakinləri şəhidin cənazəsini alqışlarla qarşılayıb.

 

Xatırladaq ki, iyulun 12-dən başlayaraq erməni silahlı bölmələri Aəzrbaycan-Ermənistan dövlət sərhəddinin Tovuz rayonu ərazisində təxribat törətməkdə davam edir.