Modern.az

Müəllimlərin işə qəbulu imtahanları bu tarixdə keçiriləcək

Müəllimlərin işə qəbulu imtahanları bu tarixdə keçiriləcək

Təhsil

15 İyul 2020, 17:25

Bu il  Müəllimlərin İşə Qəbulu ilə bağlı test imtahanında hər bir namizədə 90 dəqiqə müddətində 40 ixtisas, 20 kurikulum olmaqla 60 test tapşırığı təqdim olunacaq. 

 

Nazirlikdən Modern.az-a verilən məlumata görə, imtahanlar namizədlərin yaşayış bölgələri üzrə təşkil olunacaq regional mərkəzlərdə Təhsil Nazirliyi tərəfindın əvvəlcədən elan edəcəyi qrafika uyğun cari ilin avqust ayında həyata keçiriləcək.

 

Test imtahanı mərhələsində keçid balı toplamış namizədlər 8 vakant yer seçə bilərlər. Namizədlərin vakant yerlərə yerləşdirilməsi onların elektron ərizədə qeyd etdikləri seçim ardıcıllığı gözlənilməklə aparılır.

 

Qeyd edək ki, iyulun 16-dan Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu üzrə elektron ərizələrin qeydiyyatı başlayır. Bu proses iyulun 25-dək (son tarix daxil olmaqla) davam edəcək.

Twitter
Sizə yeni tvit var
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır