Modern.az

Qəbələyə dolu düşüb - FAKTİKİ HAVA

Qəbələyə dolu düşüb - FAKTİKİ HAVA

15 İyul 2020, 17:36

Milli Hidrometeorologiya Xidməti faktiki havanı açıqlayıb.

 

Xidmətdən Modern.az-a bildirilib ki,  iyulun 15-i saat 17:00-a olan məlumatına əsasən Xınalıq, Daşkəsən, Oğuz, İsmayıllı, Altıağac, Xaltan, Qrız, Qəbələ, Şamaxı, Mərəzədə şimşək çaxıb, leysan xarakterli yağış yağıb. 

 

Düşən yağışın miqdarı Şamaxıda 23, Dəmiraparançay-Qəbələdə 21 mm olub. Yağan leysan yağış nəticəsində  Dəmiraparançay və Pirsaatçay Poladlıdan sel keçib. 

 

Saat 14:30-da Qəbələ rayonunun dağlıq ərazilərinə xırda dənəli dolu düşüb.

 

Şimal-qərb küləyi Qəbələdə 24 m/s, Göyçayda 18 m/s-dək güclənib.

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir