Modern.az

Azərbaycanda koronavirusa yoluxanları sayı azaldı - 8 nəfər vəfat etdi

Azərbaycanda koronavirusa yoluxanları sayı azaldı - 8 nəfər vəfat etdi

Hadisə

16 İyul 2020, 17:04

 

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 493 yeni yoluxma faktı qeydə alınıb, 561 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

 

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Modern az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 8 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 26 165 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib.

Onlardan 17 256 nəfər müalicə olunaraq sağalıb, 334 nəfər vəfat edib, 8575 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 8 722, ötən müddət ərzində isə ümumilikdə 601 500 test aparılıb.

 

 
Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!