Modern.az

Şəhid hərbçimiz dəfn olundu - FOTOLAR

Şəhid hərbçimiz dəfn olundu - FOTOLAR

16 İyul 2020, 17:52

İyulun 16-da səhər saat 05:45-dən başlayaraq Azərbaycan-Ermənistan dövlət sərhədində davam edən əməliyyatlar zamanı Azərbaycan Ordusunun müddətdən artıq həqiqi hərbi xidmətçisi əsgər İsmayılov Nazim Əfqan oğlu şəhid olub.

 

Modern.az-ın məlumatına görə, şəhid hərbi qulluqçumuz İsmayılov Nazim Əfqan oğlu Ağstafanın Kolxəlfəli kəndində son mənzilə yola salınıb.

 

Dəfn mərasimindən Müdafiə Nazirliyinin nümayəndələri, rayon rəhbərliyi və sakinlər iştirak edib.

 

Qeyd edək ki, iyulun 16-da səhər saat 05:45-dən başlayaraq Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində aktiv döyüş əməliyyatları keçirilir.

 

Hazırkı vaxtadək davam edən döyüşlərdə düşmənin 20-yə yaxın canlı qüvvəsi, 1 zirehli texnikası, 1 radioelektron mübarizə (REM) vasitəsi, döyüş postları və dayaq məntəqəsi bölmələrimizin sərrast atəşi ilə məhv edilib.

 

Allah rəhmət eləsin!

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Sevastopolda Rusiyaya məxsus daha bir SU-35 vurulub