Arxiv
17 İyul 2020, 15:40 |
“Jurnalistikanın müasir problemləri” mövzusunda Beynəlxalq elmi konfrans keçirilib - FOTO
“Jurnalistikanın müasir problemləri” mövzusunda Beynəlxalq elmi konfrans keçirilib - FOTO

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 30 iyin 2020-ci il tarixdə imzaladığı  "Azərbaycan milli mətbuatının 145 illik yubileyinin keçirilməsi haqqında" sərəncama uyğun olaraq,  iyulun 17-də Jurnalistika fakültəsi media nümayəndələri ilə birlikdə “Jurnalistikanın müasir problemləri” mövzusunda onlayn Beynəlxalq elmi konfransı keçirilib.

 

Modern.az xəbər verir ki, konfransı giriş sözü ilə açan moderator, BDU-nun sosial məsələlər, tələbələrlə iş və ictimaiyyətlə əlaqələr üzrə prorektoru Əliş Ağamirzəyev ölkə başçısı cənab İlham Əliyevin 30 iyun 2020-ci il tarixli "Azərbaycan milli mətbuatının 145 illik yubileyinin keçirilməsi haqqında" sərəncamı ilə əlaqədar BDU-da keçiriliməsi nəzərdə tutulan tədbirlər planı barədə məlumat verib. Sonra giriş sözü üçün BDU-nun rektoru Elçin Babayevə söz verilib.

 

BDU-nun rektoru Elçin Babayev iştirakçıları salamlayaraq iyulun 12-dən etibarən Ermənistan silahlı qüvvələrinin təxribata əl ataraq dövlət sərhədinin Tovuz istiqamətində mövqelərimizi ələ keçirmə cəhdini Ermənistanın beynəlxalq ictimaiyyətin diqqətini yayındırmaq və Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli prosesinə mane olmaq cəhdi kimi qiymətləndirib. Düşmən tərəfinin atəşkəs rejimini növbəti dəfə kobud şəkildə pozması nəticəsindı şəhidlərimizin olduğunu bildirən rektor, Azərbaycan Respublikasının Prezidenti və Ali Baş Komandanı cənab İlham Əliyevin şəhidlərimizin qısasının alındığı fikrini konfrans iştirakçılarının bir daha nəzərinə çatdırıb.

 

Cəmiyyət həyatında xüsusi yer tutan kütləvi informasiya vasitələrinin (KİV) roluna diqqət çəkən E.Babayev əlavə edib ki, 1875-ci il iyulun 22-də “Əkinçi” qəzetinin nəşrə başlaması ilə böyük maarifçi və naşir Həsən bəy Zərdabi tərəfindən əsası qoyulmuş Azərbaycan milli mətbuatı ölkəmizdə həmişə qabaqcıl ideyaların carçısı, dövrün, ictimai-siyasi həyatın güzgüsü olub. Müstəqilliyin əldə edilməsindən sonra Azərbaycanda medianın inkişafında önəmli ölçüdə irəliləyiş baş verib. KİV-in inkişafında əldə olunmuş nailiyyətlər Ümummilli Lider Heydər Əliyevin bu sahəyə müstəsna diqqət və qayğısı nəticəsində mümkün olub. Ulu Öndər kütləvi informasiya vasitələrinin nümayəndələrinə hər zaman xüsusi diqqət və qayğı göstərib. Azərbaycan müstəqillik əldə etdikdən sonra bütün sahələrdə olduğu kimi, media sahəsində də inkişaf və tərəqqi əldə edilib.

 

Rektor Ulu Öndərin 1998-ci il 16 avqust tarixli fərmanı ilə ölkədə kütləvi informasiya vasitələri üzərində senzuranın ləğv edilməsi, KİV sahəsində qanunvericilik bazasının yaradılması, 2005, 2010 və 2015 və illərdə milli mətbuatın yaranmasının 130, 135, 140 illik yubileylərinin dövlət səviyyəsində qeyd edilməsinin ölkəmizdə mətbuata yüksək dövlət qayğısının daha bir bariz nümunəsi olduğunu deyib. Dövlət başçısı İlham Əliyevin pandemiya şəraitində milli mətbuatın 145 illik yubileyinin keçirilməsi barədə sərəncamını ölkədə mediaya göstərilən diqqətin sistemli nümunələrindən biri kimi xarakterizə edib.

 

E.Babayev əlavə edib ki, BDU-nun Jurnalistika fakültəsi fəaliyyət göstərdiyi müddətdə minlərlə yüksəkixtisaslı kadr yetişdirərək respublikanın kütləvi informasiya vasitələrini jurnalist kadrlarla təmin edib və etməkdədir.
Rektor mətbuat nümayəndələrini əlamətdar yubiley münasibətilə təbrik edib, onlara yeni yaradıcılıq uğurları arzulayıb. Virtual konfransı açıq elan edən rektor E.Babayev konfransın işinə və iştirakçılara uğurlar arzulayıb.

 

Daha sonra çıxış edən Jurnalistika fakültəsinin dekanı Vüqar Əliyev "Ekstermal dövrlərdə informasiya ilə manipulyasiya və təhlükəsizlik problemi" mövzusunda məruzə edib. Natiq manipulyasiya anlayışı, informasiya cəmiyyəti, jurnalistin ekstermal vəziyyətdə davranış qaydaları, ənənəvi və sosial mediada məsuliyyətliliyin artırılmasının əhəmiyyəti, ekstremal vəziyyətdə medianın funksionallığı, müharibə şəraitində yaşayan Azərbaycan üçün informasiya məkanının qorunması, informasiya təhlükəsizliyinin və milli və dövlət maraqlarının təmin olunması haqqında ətraflı məlumat verib.

 

Yeni media və kommunikasiya nəzəriyyəsi kafedrasının müdiri Cahangir Məmmədli "Yeni media zamanın çağırışları kontekstində", Beynəlxalq Jurnalistlər Federasiyasının Azərbaycan təmsilçisi, Mətbuat Şurasının sədr müavini Müşviq Ələsgərli "Pandemiya dövründə medianın qlobal problemləri",  "525-ci qəzet"in baş redaktoru Rəşad Məcid "Yazılı mətbuat və sosial şəbəkələr", Anadolu agentliyinin Orta Asiya və Qafqaz üzrə bölgə təmsilçisi Tolqa Özgenç "Pandemiya dönəmində Anadolu agentliyi və türk mediasının təsiri", Rusiya Xalqlar Dostluğu Universitetinin müəllimi Anar Həsənov "Jurnalistika, sosial media və pandemiya: gündəmin qlobal çağırışları", Parlament Jurnalistləri Birliyinin sədri Elşad Eyvazlı "Pandemiya dövründə xarici və yerli medianın fəaliyyəti", Multimedia və elektron kommunikasiya kafedrasının müdiri Allahverdi Məmmədli "Elektron kütləvi informasiya vasitələrinin pandemiya şəraitində fəaliyyəti" mövzusunda çıxış ediblər.

 

Çıxışlarda milli mətbuatımızın keçdiyi inkişaf yolu, bugünkü uğurları, Ümummilli Lider Heydər Əliyevin mətbuat işçilərinə göstərdiyi diqqət və qayğı, Ulu Öndərin bu siyasətini uğurla davam etdirən Prezident İlham Əliyevin ölkə mətbuatına hər zaman dəstək olması, müharibə vəziyyətində informasiya təhlükəsizliyinin təmin edilməsi və medianın məsuliyyəti, informasiya xaosu, mediada hərbi sirlərin yayılmasının qarşısın alınması, pandemiya dövründə medianın fəaliyyət mexanizmi, “infodemiya” anlayışı kimi məsələlərə aydınlıq gətirilib.

 

“Microsoft Teams” platforması üzərindən təşkil olunan və qarşılıqlı diskussiya şəraitində davam edən Beynəlxalq elmi konfrans iştirakçıların böyük marağına səbəb olub.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
modern.az modern.az modern.az
İran od tutub yanır - Xalq üsyanı genişlənir
Sergey Bodrovun qızı atasının yolunu seçdi - FOTO 16:14, Bu gün “Açıq mikrofon” tərtərli abonentlərin müraciətlərini səsləndirdi 16:02, Bu gün Bu il 2077 nəfər 600-dan yuxarı bal TOPLAYIB 15:58, Bu gün Duma Ukraynanın 4 vilayətinin ilhaqına dair sazişi təsdiqlədi 15:54, Bu gün Ermənistanın keçmiş baş naziri erməniləri müharibəyə çağırdı 15:50, Bu gün Stansiyaların iş rejimilə bağlı yeni QƏRAR 15:46, Bu gün Sərnişindaşıma ilə bağlı TƏKLİFLƏR HAZIRLANIR - Tapşırıq verildi 15:42, Bu gün Ulu Öndərin xidmətləri gənc nəslə örnəkdir 15:38, Bu gün Prezident təqaüdçüsü olan ağdamlı bacılar: “Biz həm də tələbə yoldaşıyıq” 15:34, Bu gün Sabiq rəisə cinayət işi açıldı – Pulla “işə” düzəldirmiş… 15:30, Bu gün Kürdəmirdə DƏHŞƏT - Müəllim arvadına 20 bıçaq vurdu - YENİLƏNİB 15:26, Bu gün Azərbaycan icması Toronto şəhərində piket keçirib 15:22, Bu gün İnam Kərimovdan yeni TƏYİNATLAR 15:18, Bu gün Qurban Qurbanovun aylıq maaşı MƏLUM OLDU  15:14, Bu gün BMU-nun tələbəsi Prezident təqaüdünə layiq görüldü 15:10, Bu gün Masallı xəstəxanasının direktoruna yeni vəzifə verildi 15:06, Bu gün İçərişəhərin Qala divarları vandalizm izlərindən təmizlənib 15:03, Bu gün Azərbaycan-İran sərhədində əməliyyat - FOTO 15:00, Bu gün Kolleclərin boş qalan yerlərinə qəbul nəticələri AÇIQLANDI 14:56, Bu gün Prezident təqaüdünə layiq görülənlərdən ikisi bacıdır 14:52, Bu gün 90 mindən çox uşaq məktəbəhazırlıq qruplarına cəlb olunub 14:44, Bu gün Ekspert nazirlə RAZILAŞMADI - "Qəbuldakı yüksək nəticə özəl sektorun hesabınadır" 14:40, Bu gün Əliyar Əliyevin şəhadət günü - Məzarı ziyarət olundu 14:36, Bu gün Londonda həmyerlimizin rəhbərlik etdiyi şirkət “İlin hüquq şirkəti” seçilib 14:32, Bu gün Elnur Məmmədli təltif edildi - SƏRƏNCAM 14:28, Bu gün Bakıda kibertəhlükəsizlik mövzusunda sammit keçirilib - FOTOLAR 14:24, Bu gün Böyük inkişafa aparan yolun başlanğıc tarixi 14:20, Bu gün Ömər Faiq Nemanzadənin yubileyi qeyd ediləcək 14:16, Bu gün Xanım jurnalistə AzTV-də vəzifə verildi 14:12, Bu gün Prezident onları TƏLTİF ETDİ 14:08, Bu gün ÜST Azərbaycanı “malyariyadan azad” ölkə kimi sertifikatlaşdıracaq 14:04, Bu gün “Böyük Qayıdış” Cəbrayıldan başlayıb 14:00, Bu gün “Müəllimlər sinif otaqlarını icarəyə götürür” - Deputat 13:56, Bu gün Ukraynada 239 uşaq itkin düşüb 13:52, Bu gün Bakı İrəvandan bunları tələb edir - Paşinyanın arvadının qəzeti 5 tələbi DƏRC ETDİ 13:48, Bu gün AFFA sabah millimizin baş məşqçisi ilə bağlı qərar verəcək 13:44, Bu gün Öldüyü deyilən Xamenei açılışda - FOTO 13:40, Bu gün İnam Kərimov Neftçalada vətəndaşları qəbul edəcək 13:36, Bu gün 80 minədək Rusiya vətəndaşı Gürcüstana qaçıb 13:33, Bu gün