Arxiv
18 İyul 2020, 12:03 | MEDİA
PJB dünya jurnalistlərinin iştirakı ilə beynəlxalq video konfrans keçirdi - FOTOLAR

 

Parlament Jurnalistləri Birliyi (PJB) Azərbaycan Milli Mətbuatının yaranmasının 145 illik yubileyi ilə bağlı silsilə tədbirlərini davam etdirir.

Modern.az xəbər verir ki, növbəti belə tədbir Qlobal Jurnalistlər Şurası (GLOBAL JOURNALİSM COUNCİL) ilə birlikdə “Azərbaycan mətbuatı-Dünəndən gələcəyə” adlı beynəlxalq video-konfransın keçirilməsi olub.

 

PJB sədri Elşad Eyvazlının moderatorluğu ilə keçirilən onlayn konfransda Türkiyə, ABŞ, İran, Almaniya, Orta Asiyada yaşayan jurnalistlər, həmçinin Azərbaycan media ictimaiyyətinin tanınmış nümayəndələri iştirak ediblər. Müzakirələrdə Azərbaycan mətbuatının yaranma tarixinə nəzərə salınıb, həmçinin indiki durumu ilə bağlı  fikir mübadiləsi aparılıb. Pandemiya zamanı dünya media nümayəndələrinin üzləşdikləri çətinliklər, postpandemiya dövründə yarana biləcək problemlər və onların həlli ilə bağlı fikirlər səslənib. İştirakçılar Azərbaycan-Ermənistan sərhədində hərbi əməliyyatlar dövründə azərbaycanlı jurnalistlərin fəaliyyəti, bu hadisələrin dünya mediasında işıqlandırılması ilə bağlı də fikirlərini açıqlayıblar.

 

“Dünya mediasında Azərbaycan mətbuatının yeri” mövzusunda çıxış edən Qlobal Jurnalistlər Şurasının sədri Mehmet Ali Dim yerli jurnalistlərin beynəlxalq KİV-lərdə təmsil olunmasının vacibliyini vurğulayıb. O, rəhbərlik etdiyi Şuranın bu istiqamətdə Türkiyə ilə yanaşı, Azərbaycandan olan media nümayəndələri üçün fərqli imkanlar təqdim etdiyini qeyd edib.

 

“Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı milli mətbuatımızın təməli olan “Əkinçi” qəzetinin yarandığı dövrün ictimai-siyasi vəziyyətini təhlil edərək, mətbuatın keçdiyi tarixi inkişaf yolundan bəhs edib. Bildirib ki, “Əkinçi” ölkəmizdə məhz Azərbaycan dilində mətbuatın əsasını yaradıb, bundan sonra milli jurnalistikanın formalaşması prosesi başlayıb.

 

Tanınmış savaş müxbiri, hazırda ABŞ-da yaşayan İrfan Sapmaz Azərbaycanda işlədiyi illəri xatırladıb. Xocalı soyqırımının lentə alan azsaylı jurnalistlərdən biri olan İrfan Sapmaz  həmin görüntülərin televiziyada yayımlanmadığını bildirib. İrfan bəy müasir dövrdə Dağlıq Qarabağ probleminin dünya miqyasında lazımınca işıqlandırılmamasını qeyd edərək bu məsələdə Türkiyə və Azərbaycan jurnalistlərinin daha güclü həmrəyliyinə ehtiyac olduğunu qeyd edib.

 

Müzakirələr zamanı Azərbaycan və Türkiyənin iştirakı ilə dünya miqyaslı informasiya agentliyi, yaxud televiziyanın yaradılması zərurətindən də söz açılıb.

“525-ci qəzet”in baş redaktoru Rəşad Məcid , Azərbaycan Jurnalistlər Birliyinin sədri, “Ayna” və “Zerkalo” qəzetlərinin baş redaktoru Elçin Şıxlı qlobal müstəvidə Azərbaycan mediasının rolundan danışıblar. Tanınmış telejurnalist Qulu Məhərrəmli və “Yeni Müsavat” qəzetinin əməkdaşı Elşad Paşasoy baş tutan konfransın gələcəkdə Azərbaycan mediasının xarici müstəvidə inkişafına müsbət təsir edəcəyini vurğulayıblar.

 

Konfransda çıxış edən Türk Şurasının mətbuat xidmətinin rəhbəri Kahraman Halisçelik, İsraildən jurnalist-politoloq Arye Qut, İrandan jurnalist Yaqup Arslan, Krımdan jurnalist Zera xanım, Almaniyadan jurnalist Səfa Doğanay çıxış edərək Azərbaycan həqiqətlərinin dünya mətbuatında yayılması üçün öz təkliflərini irəli sürüblər.

Krım tatarı Zera Bəkirova Həsən bəy Zərdabini İsmayıl Qaspralının müəllimi adlandırdı. Və bildirdi ki, məhz Azərbaycanın və Həsən bəy Zərdabinin köməyi ilə İsmayıl bəy Qaspralı Krımda Tərcüman qəzetini çap etdirməyə başlamışdı.

 

Dünyanın 10-a yaxın ölkəsindən iştirakçıların qatıldığı toplantıda Azərbaycan media nümayəndələrinin beynəlxalq əlaqələrinin gücləndirilməsinin vacibliyi, bu məsələdə Qlobal Jurnalistlər Şurasının böyük işlər görə biləcəyi vurğulanıb. Artıq PJB ilə Şura arasında bəzi müştərək layihələrin reallaşdırılması barədə ilkin razılığın əldə olunduğu da bildirilib.

 

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
İspaniya millisi Polşa səddini keçə bilmədi 20 İyun 2021, 00:58 Şəmkir sakini özünü asdı 20 İyun 2021, 00:51 Gürcüstanda zəlzələ oldu 20 İyun 2021, 00:34 "Qalatasaray"a yeni prezident seçildi 20 İyun 2021, 00:30 Dağıstandan Bakıya aviareyslər açılır 20 İyun 2021, 00:14 Bu gün Bakıda avtobuslar İŞLƏYƏCƏK 20 İyun 2021, 00:01 Britaniyada yoluxma sürətləndi 19 İyun 2021, 23:50 Xəzərdə batmaqda olan 3 nəfər xilas edildi 19 İyun 2021, 23:36 İstanbulda fabrikdə güclü yanğın - VİDEO 19 İyun 2021, 23:25 Qazaxda yol qəzası 19 İyun 2021, 23:11 Cəlilabadda meşədə yanğın - FOTO 19 İyun 2021, 22:59 Samuxda gənc müəllim intihar etdi 19 İyun 2021, 22:45 "4 ildir gözlədiyimiz turnirlə erkən vidalaşmaq istəmirik" - Şenol Günəş 19 İyun 2021, 22:37 4 uşaq anası “Mən özümü Kürə atacam” yazıb intihar etdi 19 İyun 2021, 22:22 Oğuzda yol qəzası - xəsarət alan var 19 İyun 2021, 22:08 Ronaldolu Portuqaliya Almaniyaya uduzdu 19 İyun 2021, 21:53 Türkiyədə virusdan gündəlik ölənlərin sayı azaldı 19 İyun 2021, 21:47 Naftalanda sanatoriyada istirahət edən kişi qəflətən öldü 19 İyun 2021, 21:33 "Barselona" yeni hücumçu aldı 19 İyun 2021, 21:24 Finalda erməniyə qalib gələn güləşçimiz Avropa çempionu oldu - FOTO 19 İyun 2021, 21:11 Ermənistanda seçicilərə rüşvət verən deputatlığa namizəd saxlanıldı 19 İyun 2021, 20:58 Kürdə gənc qadın batdı 19 İyun 2021, 20:43 Putin Şoyqu və Lavrovu deputat görmək istəyir 19 İyun 2021, 20:28 Macarıstan millisi dünya çempionu ilə heç-heçə etdi 19 İyun 2021, 20:15 Rəsmi Bakıdan Ermənistana CAVAB 19 İyun 2021, 20:07 İstanbulda zəlzələ olub 19 İyun 2021, 18:39 Prezident TƏSDİQLƏDİ – Sosial sığorta şəhadətnaməsi ləv olunur 19 İyun 2021, 18:17 İlham Əliyev İranın yeni seçilmiş prezidentini təbrik edib 19 İyun 2021, 17:57 Ermənistanın Azərbaycana qarşı mina şantajı – Partiya sədrindən REAKSİYA 19 İyun 2021, 17:44 Şuşa Bəyannaməsi ölkəmizdəki siyasi birliyi daha da möhkəmləndirəcək 19 İyun 2021, 17:31 Bir gündə 40 min çox peyvənd VURULDU 19 İyun 2021, 17:23 Yoluxma sayı bu gün də azaldı: ölən yoxdur 19 İyun 2021, 17:19 İranda seçkilərin rəsmi nəticələri elan olundu – Rəisi prezidentdir 19 İyun 2021, 17:15 Ermənilərin seçimi kim olacaq: Paşinyan yoxsa Koçaryan? - ŞƏRH 19 İyun 2021, 17:07 Putin ən çox etibar etdiyi 5 partiyadaşının adını SADALADI 19 İyun 2021, 16:39
SORĞU AVRO-2020-nin qalibi hansı komanda olacaq?