Ukrayna Ali Radası Baş nazir Yuliya Sviridenkonun vəzifəsindən istefasını dəstəkləyib.
Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, parlamentin qəbul etdiyi qərar Ukrayna hökumətinin tam tərkibdə istefaya getməsi deməkdir.
Məlumata görə, Sviridenko ABŞ-da Ukraynanın səfiri vəzifəsini tutmaq təklifindən imtina edib. Bildirilir ki, o, gələcəkdə Prezident Ofisinin rəhbəri vəzifəsinə təyin oluna bilər.
Qeyd edək ki, Ukraynada hökumətin istefası Nazirlər Kabinetinin bütün üzvlərinin səlahiyyətlərinin başa çatması ilə nəticələnir. Yeni hökumətin formalaşdırılması üçün parlamentdə müvafiq prosedurlar həyata keçiriləcək.