Modern.az

Özgür Özəldən Kılıçdaroğluna çağırış: Məğlub olan siyasətdən getsin

Özgür Özəldən Kılıçdaroğluna çağırış: Məğlub olan siyasətdən getsin

Aktual

14 İyul 2026, 17:20

Türkiyənin Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Özgür Özel partiya daxilində keçirilə biləcək sədr seçkisi ilə bağlı keçmiş sədr Kamal Kılıçdaroğluna açıq çağırış edib.

Modern.az xəbər verir ki, Özel CHP-nin parlamentdəki qrup iclasında çıxışı zamanı iki milyon partiya üzvünün iştirakı ilə ümumpartiya seçkisinin keçirilməsini təklif edib.

O bildirib ki, sədr postu uğrunda Kılıçdaroğlu ilə yarışmağa hazırdır.

"Kamal Kılıçdaroğluna çağırış edirəm. İki milyon üzvlə seçki keçirək, ikimiz yarışaq. Məğlub olan CHP-ni rahat buraxsın, siyasətdən getsin. Əgər mən 90 faizdən aşağı səs toplasam, siyasəti tərk edəcəyəm", - deyə Özel vurğulayıb.

CHP lideri çıxışında ölkədə iqtisadi vəziyyəti, yüksək inflyasiyanı və vergi siyasətini də tənqid edib. O, Türkiyənin 2018-ci ildən bəri davam edən iqtisadi böhran yaşadığını bildirərək, gəlir bölgüsündə və vergi sistemində ciddi ədalətsizliyin olduğunu iddia edib.

Özel həmçinin son dövrlər CHP-li bələdiyyə sədrlərinə qarşı aparılan istintaqları siyasi motivli adlandırıb və partiyasının iqtidara gəlmək hədəfindən geri çəkilməyəcəyini bildirib.

Sizə yeni x var
Keçid et
Putin onlara RƏHM ETMƏYƏCƏK! - Kreml lideri qəti qərar verdi