Modern.az

Komitə sədri keçmiş məcburi köçkünlərin müraciətlərini dinləyib

Komitə sədri keçmiş məcburi köçkünlərin müraciətlərini dinləyib

Aktual

Bu gün, 17:16

İyulun 14-də Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev vətəndaşlarla görüşüb.

Dövlət Komitəsindən Modern.az-a verilən məlumata görə, görüşdə vətəndaşların müraciətləri diqqətlə dinlənilib. Bildirilib ki, qaldırılan məsələlər müvafiq qaydada araşdırılacaq və qanunvericiliyə uyğun şəkildə həll ediləcək.

Vətəndaşların müraciətləri, əsasən, işğaldan azad edilmiş ərazilərə qayıdış, köçürülmənin prinsipləri, sorğularda iştirak, məşğulluq, müvəqqəti məskunlaşma yerlərində mənzil-məişət şəraitinin yaxşılaşdırılması, kommunal xidmətlər, status, vahid aylıq müavinət və digər sosial məsələlərə dair olub.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Türkiyədə dollar rekord həddə çatdı - Azərbaycanı nə gözləyir