Modern.az

Dünyanın dörd bir yanında diasporumuzun Azərbaycana dəstək aksiyaları – VİDEO

Dünyanın dörd bir yanında diasporumuzun Azərbaycana dəstək aksiyaları – VİDEO

22 İyul 2020, 18:36

Ermənistan silahlı qüvvələrinin 12 iyuldan başlayaraq Tovuz rayonunda törətdiyi təxribata ordumuz lazımi cavabları verməkdədir. Düşmənlə mübarizə təkcə səngərdə yox, informasiya müharibəsində, xarici ölkələrdə də aparılır.

 

Haqq səsimizin bütün dünyaya duyurulması üçün xaricdə yaşayan həmyerlilərimiz tərəfindən indiyədək görülməmiş birlik nümayiş olunur.

10 mindən çox azərbaycanlı 20 xarici ölkədə Ermənistanın işğalçılıq siyasətini dayandırmasını tələbi ilə 41 aksiya keçirib. 25 ölkədə 100-ə yaxın müxtəlif diaspor təşkilatı və fəalları bəyanatlarla çıxış ediblər.

 

Bu gün tələbələr, elm adamları, iş adamları, diaspor fəalları – ürəyi Azərbaycanla döyünən hər bir həmyerlimiz ayaqdadır. Soydaşlarımızın Ermənistanın təcavüzkar və işğalçı siyasətinə mütəşəkkil etirazı dünya azərbaycanlılarının həmrəyliyinə əyani sübut oldu.

Bir sıra ölkələrdə emənilər səfirliklərimiz önündə icazəsiz etiraz aksiyalarına da cəhd etdilər. Amma soydaşlarımız  onların bu arzularını da ürəklərində qoydu., erməni təxribatlarının qarşısı alındı.

 

21 iyulda Amerikada, Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğunun önündə 3 mindən çox erməni aqressiv və təxribatçı şüarlarla etiraz aksiyası keçirdilər. Lakin Kaliforniyada yaşayan Azərbaycan icmasının üzvləri böyük sayda erməninin qarşısına çıxaraq, onların bu təxribatına mane oldular. Həmyerlilərimizin həqiqəti əks etdirən şüarlarından hiddətlənən ermənilər vətəndaşlarımıza zorakılıq göstərməyə başlayıblar. 7 nəfər həmyerlimiz xəsarət alıb, 4 nəfər isə xəstəxanaya yerləşdirilib. Bir daha ermənilərin çirkin niyyəti, saxta sülh təbliğatları beynəlxalq arenalarda ifşa edildi.

 

Son günlərdə yaşadıqlarımız bir daha sübut etdi ki, biz birlikdə güclüyük!

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi