Modern.az

Ermənistana məxsus daha bir PUA məhv edildi

Ermənistana məxsus daha bir PUA məhv edildi

22 İyul 2020, 20:22

İyulun 22-si axşam saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri "X-55" taktiki pilotsuz uçuş aparatı (PUA) vasitəsilə Ermənistan-Azərbaycan dövlət sərhədinin Tovuz rayonunun Ağdam kəndi istiqamətindəki mövqelərimiz üzərində kəşfiyyat uçuşları keçirməyə cəhd göstərib.

 

Müdafiə Nazirliyinin Mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, Hava Hücumundan Müdafiə bölmələri tərəfindən düşmənin növbəti PUA-sı dərhal aşkar olunaraq məhv edilib.

 

Qeyd edək ki, bu son iki gündə məhv edilən 3-cü düşmən PUA-sıdır.

 
 
Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı