Arxiv
23 İyul 2020, 13:57 | ÖLKƏ
Azərbaycan XİN xaricdəki erməni təxribatları ilə bağlı bəyanat YAYDI

Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi bəyanat yayıb. Modern.az xəbər veriri ki, nazirliyin bəyanatında bildirilir:

"Son bir həftə ərzində Azərbaycan Respublikasının xarici ölkələrdəki diplomatik nümayəndəliklərinə qarşı, eləcə də Ermənistan silahlı qüvvələrinin bu ilin 12 iyul tarixindən etibarən Azərbaycan və Ermənistan sərhədinin Tovuz rayonu istiqamətində başlatdığı hərbi təxribatla bağlı xarici ölkələrdəki azərbaycanlı icmanın üzvləri tərəfindən keçirilən aksiyalar zamanı dinc nümayişçilərə qarşı radikal erməni qüvvələri tərəfindən son dərəcə aqressiv təxribatçı əməllərin həyata keçirildiyini müşahidə edirik.


Fransa, Böyük Britaniya, İsveç, Polşa, Avstraliya, ABŞ, Niderland, Belçikada Azərbaycanın diplomatik nümayəndəliklərinin binalarına, eləcə də bu ölkələrdə dinc yolla fikirlərini ifadə edən azərbaycanlı nümayişçilərə qarşı törədilən erməni təxribatları özündə vandalizm və terror elementlərini ehtiva etməklə və bilərəkdən azərbaycanlı icmaların üzvlərinə, diplomatlara və onların mülklərinə xəsarət yetirmək məqsədini güdməklə cinayət məsuliyyəti doğuran əməllər kimi səciyyələndirilir.


Radikal erməni qüvvələrinin bu vandalizmi nə Azərbaycan, nə də erməni terrorçuluğu ilə üzləşən digər ölkələr üçün əslində yenilik deyil. Belə ki, 1970-1980-ci illərdə ASALA və digər erməni terror təşkilatları 70-dən çox insanı qətlə yetirmiş, ümumilikdə 22 ölkədə 235-dən çox terror aktı törətmiş və bunların arasında 24 türk diplomatı qətlə yetirilmişdir. 1991-ci ildə Ermənistan Respublikası müstəqilliyini bəyan etdikdən sonra Azərbaycana qarşı ərazi iddialarını həyata keçirmək məqsədi ilə terroru dövlət siyasəti vasitəsinə çevirmiş və Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və yeddi ətraf rayonunun işğalı prosesində ölkəmizin müxtəlif yerlərində terror vasitələrindən geniş istifadə etmişdir.


Erməni radikal ünsürlərinin Azərbaycanlı diplomatlara, eləcə də bu ölkələrdəki Azərbaycanlı icmaların üzvlərinə qarşı yönələn nifrətə əsaslanan cinayət əməllərini qətiyyətlə pisləyir və müvafiq ölkələrdə bu kimi təxribatların qarşısının alınmasına məsul olan qurumların vəzifələrinə tam məsuliyyətlə yanaşmalarını gözləyirik.


Xatırladırıq ki, 1961-ci il Diplomatik Əlaqələr haqqında Vyana Konvensiyasına əsasən diplomatik nümayəndəliklərin hər hansı müdaxilə və zərərdən mühafizəsinin təmin edilməsi, eləcə də diplomata qarşı, onun şəxsiyyətinə, azadlığına və şərəfinə qarşı hər hansı hücumun qarşısının alınması qəbul edən ölkənin məsuliyyətindədir.


Azərbaycan tərəfi dost ölkələrə müraciət edərək, Azərbaycan Respublikasının diplomatik nümayəndəliklərinin mühafizəsinin, diplomatların toxunulmazlığı və təhlükəsizliyinin, həmçinin soydaşlarımızın təhlükəsizliyinin möhkəmləndirilməsinə diqqəti artırmağa çağırır.


Azərbaycan tərəfi radikal erməni qüvvələrinin törətdiyi vandalizm aktlarının aidiyyəti dövlətlərin hüquq mühafizə orqanları tərəfindən araşdırılmasını və bu cinayətləri törədənlərin hərəkətlərinə hüquqi qiymət verilməsini tələb edir.


Araşdırma prosesi və onun nəticələri barədə məlumatın əldə edilməsi aidiyyəti diplomatik nümayəndəliklərimiz vasitəsilə nəzarətdə saxlanılacaq. Araşdırmaların gedişatı və nəticəsi barədə ictimaiyyət mütəmadi şəkildə məlumatlandırılacaq.


Azərbaycan dövləti hər zaman həmvətənlərinin yanındadır. Soydaşlarımıza bütün müvafiq yardımın göstərilməsi, o cümlədən ehtiyac duyulduğu təqdirdə hüquqi yardımla təmin edilməsinə dair diplomatik nümayəndəliklərimizə təlimat verilib".

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
“Ağdamdan Xankəndiyə yarım saat, Yerevandan isə 10 saatlıq yol var” 1 Dekabr 2020, 13:27 Vətən, torpaq, bayraq SEVGİSİ... 1 Dekabr 2020, 13:23 Azərbaycan XİN-dən Laçın TƏBRİKİ 1 Dekabr 2020, 13:20 Ermənistan təcili yardım sürücüsünün nəşini Azərbaycana təhvil verdi 1 Dekabr 2020, 13:18 “Üç ilə Laçın şəhəri də bizə qaytarılacaq” 1 Dekabr 2020, 13:14 “44 gün ərzində bir gün də olmadı ki, biz haradasa geriyə çəkilək” - İlham Əliyev 1 Dekabr 2020, 13:10 Rusiyalı sülhməramlılar: “Erməni əhalisi Laçını tərk edib” 1 Dekabr 2020, 13:08 Nazirlik bu vəzifələrə işçi axtarır 1 Dekabr 2020, 13:06 Ombudsman beynəlxalq təşkilatlara müraciət etdi 1 Dekabr 2020, 13:03 “Hanı o 7 şərt? Getdi işinə” – İlham Əliyev Ermənistana mesaj verdi 1 Dekabr 2020, 13:00 Qələbəni bizə yaşadanlara və qələbəmizə sevinənlərə eşq olsun! - VİDEO 1 Dekabr 2020, 12:56 Sabah hava necə olacaq? - PROQNOZ 1 Dekabr 2020, 12:52 Paşinyan məhkəmədə uduzdu 1 Dekabr 2020, 12:50 İlham Əliyev üçtərəfli bəyanatın detallarını ŞƏRH ETDİ 1 Dekabr 2020, 12:45 İlham Əliyev yeni çəkiləcək “Azərbaycan-Naxçıvan dəhlizi”ndən DANIŞDI 1 Dekabr 2020, 12:40 Prezident məhv edilən erməni texnikasının yekun siyahısını AÇIQLADI 1 Dekabr 2020, 12:35 “Biz Laçınımıza mədəniyyəti qaytarırıq” - Anar Kərimov 1 Dekabr 2020, 12:30 “Fransa parlamentinin bizim məsələ ilə nə işi var?” – İlham Əliyev 1 Dekabr 2020, 12:28 “Kimsə Qarabağ münaqişəsinin davam etdiyini düşünürsə, səhv edir” 1 Dekabr 2020, 12:25 Bəyanata əgər kimsə müdaxilə etmək istəsə...” - Prezidentdən sərt MESAJ 1 Dekabr 2020, 12:20 Təhsil Nazirliyi vaxtı uzatdı 1 Dekabr 2020, 12:17 “Ermənistan rəhbərliyində Laçını qaytarmaq fikri olmayıb” 1 Dekabr 2020, 12:14 Prezident bəzi sirləri açdı: “Laçın dəhlizi erməni işğalçılarından təmizlənib” - Müraciətin tam MƏTNİ 1 Dekabr 2020, 12:09 Prezident Laçının işğaldan azad olunması münasibətilə xalqı təbrik etdi 1 Dekabr 2020, 12:05 Prezident xalqa müraciət edib - VİDEO 1 Dekabr 2020, 12:00 İsveçrədəki azərbaycanlılar “Le Temps” qəzetinə etiraz məktubu göndərib 1 Dekabr 2020, 11:54 Xanım sürücünün yolunu kəsən şəxs həbs edildi - VİDEO 1 Dekabr 2020, 11:52 Türkiyədən Birgə Monitorinq Mərkəzi ilə bağlı AÇIQLAMA 1 Dekabr 2020, 11:52 Bakının bu yollarında avtobuslar üçün xüsusi zolaqlar ayrıldı - SİYAHI 1 Dekabr 2020, 11:50 “Artıq dekabrın 1-dən sonra postmüharibə dövrü başlayır” - Malik Həsənov 1 Dekabr 2020, 11:48 “Sumqayıt - dənizə addımlayan şəhər...” - Rəhman Orxanın kitabı çıxdı 1 Dekabr 2020, 11:45 Təhsil haqqı dövlət tərəfindən ödənilən tələbələrin siyahısı AÇIQLANDI 1 Dekabr 2020, 11:43 Zahid Oruc: Müzəffər Ordumuz BMT qətnamələrini tam yerinə yetirdi..   1 Dekabr 2020, 11:38 Azərbaycanda pambıq yığımında orta məhsuldarlıq 33 sentnerə çatır 1 Dekabr 2020, 11:34 66 günlük qəhrəmanlıq dastanı... 1 Dekabr 2020, 11:30
SORĞU Cəbhə xəbərlərini hansı mənbədən alırsınız?