Arxiv
23 İyul 2020, 16:02 | MƏDƏNİYYƏT
Azərbaycan kinosunun Ulduzu vəfat edib - Aktrisanın bacısı qızı Modern.az-a DANIŞDI

Tanınmış azərbaycanlı aktrisa və pianoçu Tamilla Rüstəmova vəfat edib.

Tamilla Rüstəmova Azərbaycan kino sənətində “Böyük dayaq” filmindən Maya və “Ulduz” filmindən Ulduz obrazları ilə yaddaşlarda qalıb.

Qeyd edək ki, Tamilla Rüstəmova Azərbaycanın görkəmli bəstəkarı Səid Rüstəmovun qızıdır.

Tamilla Rüstəmova uzun sürən xəstəlikdən sonra ötən gün yaşadığı Moskva şəhərində 84 yaşında dünyasını dəyişib.

Tamilla Rüstəmovanın vəfatı xəbərini onun bacısı qızı Nərmin xanım Modern.az saytına təsdiqləyib. Bildirib ki, xalası uzun müddətdir ürək xəstəliyindən əziyyət çəkirdi.

“Xalam Moskvada dəfn olunacaq. Pandemiya vəziyyətilə əlaqədar cənazəni Azərbaycana gətirmək mümkün deyil".

Müsahibimiz əməkdaşımızla söhbət əsnasında bildirib ki, Tamilla Rüstəmova Moskvada  yeganə qızı və nəvəsi ilə yaşayırdı. Aktrisanın əri, milliyətcə latış Olgerd Krastınş 2003-cü ildə vəfat edib.

Nərmin xanım onu da bildirib ki, Tamilla Rüstəmovagil iki bacı, iki qardaş olublar.

“Onun hər iki qardaşı rəhmətə gedib. Hazırda Rüstəmovlar ailəsinin yalnız ən kiçik övladı – mənim anam Rəna Rüstəmova həyatdadır”.

Qeyd edək ki, Tamella Rüstəmova 1936-cı ildə dünyaya göz açıb. 1959-cu ildə Qnesinalar adına Musiqi İnstitutunu fortepiano ixtisası üzrə bitirib. Həmin il institutun tələbəsi olan vokalçı Olgerd Krastınşa ərə gedərək, Riqaya köçüb. Aktrisa ərə gedəndən sonra Rüstəmova-Krastınş soyadı daşıyırdı. Bir müddət sonra onlar Moskva şəhərinə köçüblər.

Onun ən yaddaqalan obrazları “Ulduz” filmində Ulduz və “Böyük dayaq” filmində Maya rollarıdır.

T.Rüstəmova “Ulduz” və “Böyük dayaq” filmlərindən başqa “Zirvə” və “Axırıncı aşırım” filmində də çəkilib.

Allah rəhmət eləsin…

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Daha 26 fələstinli öldü, 600 nəfərdən çox yaralandı - İsrail bombardmanı 15 May 2021, 01:00 “Neftçi” – “Qarabağ” matçının vaxtı açıqlandı 15 May 2021, 00:52 Qaragöl ətrafında vəziyyət qəlizləşir TƏHLİL 15 May 2021, 00:43 Türkiyə öz sülhməramlılarını Şərqi Qüdsə göndərə bilər 15 May 2021, 00:39 Balakəndə kişi öz qırtlağını kəsdi 15 May 2021, 00:24 Dünyada koronavirusa yoluxanların sayı artdı 15 May 2021, 00:11 İsrail qırıcıları Fələstin DİN-in binasını vurdu 14 May 2021, 23:59 Çində yeni koronavirus ocağı aşkarlandı 14 May 2021, 23:49 Suriyanın İsrailə atdığı raket öz ərazisinə düşdü 14 May 2021, 23:37 Kainat genişlənir 14 May 2021, 23:23 Xırdalanda piyadanı maşın vurdu 14 May 2021, 23:10 Bolton ABŞ-ı Qafqazda Rusiyaya cavab verməyə çağırdı 14 May 2021, 22:56 Cozep Borrelldən Azərbaycan-Ermənistan sərhədindəki vəziyyətlə bağlı bəyanat 14 May 2021, 22:41 Quterreş İsrail və Fələstini hərbi əməliyyatları dayandırmağa çağırdı 14 May 2021, 22:29 Rusiyaya dost olmayan dövlətlərin siyahısı təsdiqləndi 14 May 2021, 22:15 Azərbaycan çempionu son turda bilinəcək 14 May 2021, 22:02 Ukraynada hökumət böhranı - iki nazir istefa verdi 14 May 2021, 21:48 "Facebook" və "İnstagram"ın işində problem yarandı 14 May 2021, 21:35 “Türk Hava Yolları” Tel-Əvivə uçuşları dayandırdı 14 May 2021, 21:23 Masallıda ər keçmiş arvadını bıçaqladı 14 May 2021, 21:08 ÜST-dən koronavirusla bağlı təhlükəli XƏBƏRDARLIQ 14 May 2021, 20:54 Erməni əsgərin asılmış meyiti tapıldı 14 May 2021, 20:40 “İyunda məhdudiyyətləri ciddi şəkildə yumşaltmağı planlaşdırırıq” - Ərdoğan 14 May 2021, 20:28 Mehriban Əliyeva Qarabağdan növbəti paylaşım etdi - VİDEO 14 May 2021, 20:14 Şentop Sahibə Qafarovaya zəng etdi 14 May 2021, 20:05 Apreldə bahalaşan və ucuzlaşan MƏHSULLAR 14 May 2021, 18:31 Şuşada keçirilən "Xarıbülbül" festivalı heç vaxt yaddaşlardan silinməyəcək 14 May 2021, 17:52 Bakıda restoranda partlayış: 4 nəfər yaralandı 14 May 2021, 17:30 Azərbaycan vasitəsilə 10 milyon tondan artıq yük daşınıb 14 May 2021, 17:14 Ceyhun Bayramov avropalı diplomatla sərhəddəki gərginliyi müzakirə etdi 14 May 2021, 16:57 Azərbaycanda COVID-19-a qarşı peyvənd olunanların SAYI 14 May 2021, 16:49 Daha 326 nəfər koronavirusa yoluxdu: 12 nəfər vəfat etdi 14 May 2021, 16:36 “Düşmən Qarabağ şikəstəsinin avazını əbədi olaraq eşitməyə məhkum olacaq” - Deputat 14 May 2021, 16:23 Ceyhun Bayramov ABŞ Dövlət katibi ilə danışıqlar apardı                                         14 May 2021, 16:07 Azərbaycan övladlığa verilən uşaqların sayı açıqlandı 14 May 2021, 15:55