Arxiv
23 İyul 2020, 16:54 | MEDİA
Təltif olunan jurnalistlər: “Mükafat üzərimizə düşən məsuliyyəti artırır”

Ötən gün Milli Mətbuatın 145 illiyi ilə əlaqədar ölkə Prezidenti Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinin inkişafında xidmətlərinə görə bir qrup jurnalisti fəxri adlar və medalla təltif edib.


Dövlət başçısının mükafatlandırdığı bəzi jurnalistlər təltiflə bağlı təəssüratlarını Modern.az saytı ilə bölüşüblər.


ərq" qəzetinin təsisçisi Akif Aşırlı "Əməkdar jurnalist" adı ilə təltif olunub. Baş redaktor Prezident tərəfindən təltif olunmasını mətbuata göstərilən diqqət kimi səciyyələndirib:

"Çalışmışam həmişə dövlətimə, millətimə, dostlarıma bağlı olum, peşə dəyərlərini imkan daxilində qoruyub saxlayım. Fəaliyyətim özünü öymək kimi görünnməsin,  bütün işlərim cəmiyyətin, xalqın, həmkarlarımın gözü qarşısında olub. Əməyim dövlət başçısı, Prezident İlham Əliyev tərəfindən yüksək qiymətləndirilib. Ünvanıma təbrik yazan, telefonla arayıb-axtaran dostlara və xüsusən fəaliyyətimi dəyərləndirən cənab Prezidentə təşəkkürümü bildirirəm. Çətin bir dövrdə Prezidentin bu cür sərəncam verməsi mətbuata olan dəstəyin nümunəsidir"

 

"Əməkdar jurnalist" adı ilə təltif edilən Parlament Jurnalistlər Birliyinin sədri, "Modern Media Group"un baş direktoru Elşad Eyvazlı Prezidentə təşəkkürünü bildirib:

 

"İnsanın işinin dövlət başçısı tərəfindən yüksək dəyərləndirilməsi onun üçün ən böyük stimuldur. Daha yaxşı işləmək üçün bundan böyük qiymət, məvacib yoxdur.

Düşünürəm ki, bu mükafat mənim üzərimə əlavə bir məsuliyyət qoydu.

Elə bir zamanda yaşayırıq ki, vətəndaş olaraq hər kəs çalışdığı sahədə daha çox aktiv olmalıdır. Biz güclü olmalıyıq ki, torpaqlarımızı işğaldan azad edək. Biz güclü olmalıyıq ki, dövlətimiz də güclü olsun.

Əməyimə verilən qiymətə görə cənab Prezident Iİlham Əliyevə dərin təşəkkürümü bildirirəm".

 

Daha bir "Əməkdar jurnalist" – “Minval.az" saytının redaktoru Tofiqəxanım Qasımova (Nurani) infomasiya müharibəsinin əsgəri kimi Prezidentə təşəkkür edib:


"Cənab Prezidentə diqqəti üçün təşəkkür edirəm, bu cür qiymətin verilməsi mənim üçün fəxrdir. Hesab edirəm ki, Azərbaycan real müharibə şəraitində olduğu kimi,  həm də informasiya müharibəsi şəraitindədir və mən özümü informasiya müharibəsinin sıravi əsgəri kimi hiss edirəm. Bu baxımdan Prezidentin məni təltif etməsi, əməyimi qiymətləndirməsindən çox sevindim".


"Tərəqqi" medalına layiq görülən "Teleqraf Holdinq"in rəhbəri Aynur Camalqızı da öz təəssüratlarınızı bizimlə bölüşüb:


"Millli mətbuatın yaranmasının 145 illiyində mükafata layiq görülmək, təltif olunmaq çox sevindirici və qürurvericidir. Bu diqqətə görə, fəaliyyətimizi qiymətləndirdiyi üçün cənab Prezidentə çox-çox təşəkkürümü bildirirəm. İndi ölkə həm pandemiya şəraitindədir, həm də Tovuz istiqamətində gərginlik yaşanır, belə deyim ki, iki cəbhədə müharibə aparan dövlətin vətəndaşıyıq. Ona görə belə çətin və ağır günlərdə ölkə başçsının bizi yada salması onun tərəfindən böyük həssaslıq və diqqətin nümunəsidir. Bu diqqət üçün mən Prezidentə bir daha öz təşəkkürümü bildirirəm".

 

"Əməkdar jurnalist" adına layiq görülən Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin dekanı Vüqar Zifəroğlu təltif olunduğu adın onun üçün xüsusi önəm daşıdığını qeyd edib:


"Cənab Prezidentə öz təşəkkürümü bildirirəm. Mənə elə gəlir ki, hər bir jurnalist üçün “Əməkdar jurnalist” adından daha qiymətli bir ad ola bilməz. Çünki bu adı sənə Prezident verir, Dövlət verir. Bu ad peşə fəaliyyətinə verilən ən yüksək qiymətdir, dövlətinin sənin fəaliyyətinə verdiyi dəyərdir. Öz peşəsinə hörmətlə, diqqətlə yanaşan, öz peşəsinin qiymətini bilən hər bir peşəkar jurnalist üçün bu ad olduqca qiymətlidir. Bu mənada çox xoşbəxtəm və çox sevinirəm.

Şərəfli, tarixi bir yol keçmiş milli jurnalistikamızın, 1928-ci ildən başlayaraq Azərbaycanda ali jurnalistika təhsilinin əsasını təşkil edən fakültəmizin, 100 illik şərəfli tarixi olan, elm məbədgahı Bakı Dövlət Universitetinin kiçik də olsa bir zərrəsi olmağımla qürur duyuram.

Bu gün dövlətimiz iki cəbhədə, həm pamdemiya, həm də torpaqlarımızı qəsb etmiş işğalçılarla mübarizə aparır. Və hər iki mübarizənin informasiya cəbhəsində ön sırada fədəkar jurnalistlərimizdir. Bizim hər birimiz öz peşə borcumuzu ləyaqətlə, vicdanla yerinə yetirərək Dövlətimizin, Prezidentimizin yanında olmalıyıq. Bu bizim, həm də jurnalist olaraq sosial məsuliyyət hissimizdən irəli gələn başlıca meyar olmalıdır. Zaman, o zamandır!

Milli mətbuatımızın 145 illiyi münasibəti ilə təltif olunan bütün həmkarlarımı ürəkdən təbrik edirəm. Onlara peşə fəaliyyətində uğurlar, müvəffəqiyyətlər arzu edirəm. Ünvanıma təbrik yazan, telefonla arayıb-axtaran dostlarıma, həmkarlarıma, ən azı mənim qədər sevinən əziz tələbələrimə təşəkkürümü bildirirəm".

 

"Yeni Müsavat” qəzetinin baş redaktorunun müavini Azər Ayxan mükafata layiq görülən bütün həmkarlarını təbrik edərək, öz növbəsində Prezidentə təşəkkürünü çatdırıb:


"Mənim əməyimi qiymətləndirib bu cür ali fəxri ad verdiyi üçün Prezidentə öz təşəkkürümü bildirirəm. Mükafat almış hər bir həmkarıma, dostuma öz təbriklərimi çatdırmaq istəyirəm. Onların hər biri haqlı namizəd idilər və bundan sonra da daha böyük uğurlarını görmək istəyirəm. Əgər kollektivdən bir ya iki nəfər müəyyən ad alıb, təltif olunursa bu, bütövlükdə həmin kollektivin hamısına aid edilir, o cümlədən də bütöv Azərbaycan mətbuatına. Artıq 29 ilə yaxındır ki, mətbuatdayam və bacardığım qədər yazıb-yaradıram. Əgər bunu dövlət görüb qiymətləndirirsə, nə xoş...".

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
İspaniya millisi Polşa səddini keçə bilmədi 20 İyun 2021, 00:58 Şəmkir sakini özünü asdı 20 İyun 2021, 00:51 Gürcüstanda zəlzələ oldu 20 İyun 2021, 00:34 "Qalatasaray"a yeni prezident seçildi 20 İyun 2021, 00:30 Dağıstandan Bakıya aviareyslər açılır 20 İyun 2021, 00:14 Bu gün Bakıda avtobuslar İŞLƏYƏCƏK 20 İyun 2021, 00:01 Britaniyada yoluxma sürətləndi 19 İyun 2021, 23:50 Xəzərdə batmaqda olan 3 nəfər xilas edildi 19 İyun 2021, 23:36 İstanbulda fabrikdə güclü yanğın - VİDEO 19 İyun 2021, 23:25 Qazaxda yol qəzası 19 İyun 2021, 23:11 Cəlilabadda meşədə yanğın - FOTO 19 İyun 2021, 22:59 Samuxda gənc müəllim intihar etdi 19 İyun 2021, 22:45 "4 ildir gözlədiyimiz turnirlə erkən vidalaşmaq istəmirik" - Şenol Günəş 19 İyun 2021, 22:37 4 uşaq anası “Mən özümü Kürə atacam” yazıb intihar etdi 19 İyun 2021, 22:22 Oğuzda yol qəzası - xəsarət alan var 19 İyun 2021, 22:08 Ronaldolu Portuqaliya Almaniyaya uduzdu 19 İyun 2021, 21:53 Türkiyədə virusdan gündəlik ölənlərin sayı azaldı 19 İyun 2021, 21:47 Naftalanda sanatoriyada istirahət edən kişi qəflətən öldü 19 İyun 2021, 21:33 "Barselona" yeni hücumçu aldı 19 İyun 2021, 21:24 Finalda erməniyə qalib gələn güləşçimiz Avropa çempionu oldu - FOTO 19 İyun 2021, 21:11 Ermənistanda seçicilərə rüşvət verən deputatlığa namizəd saxlanıldı 19 İyun 2021, 20:58 Kürdə gənc qadın batdı 19 İyun 2021, 20:43 Putin Şoyqu və Lavrovu deputat görmək istəyir 19 İyun 2021, 20:28 Macarıstan millisi dünya çempionu ilə heç-heçə etdi 19 İyun 2021, 20:15 Rəsmi Bakıdan Ermənistana CAVAB 19 İyun 2021, 20:07 İstanbulda zəlzələ olub 19 İyun 2021, 18:39 Prezident TƏSDİQLƏDİ – Sosial sığorta şəhadətnaməsi ləv olunur 19 İyun 2021, 18:17 İlham Əliyev İranın yeni seçilmiş prezidentini təbrik edib 19 İyun 2021, 17:57 Ermənistanın Azərbaycana qarşı mina şantajı – Partiya sədrindən REAKSİYA 19 İyun 2021, 17:44 Şuşa Bəyannaməsi ölkəmizdəki siyasi birliyi daha da möhkəmləndirəcək 19 İyun 2021, 17:31 Bir gündə 40 min çox peyvənd VURULDU 19 İyun 2021, 17:23 Yoluxma sayı bu gün də azaldı: ölən yoxdur 19 İyun 2021, 17:19 İranda seçkilərin rəsmi nəticələri elan olundu – Rəisi prezidentdir 19 İyun 2021, 17:15 Ermənilərin seçimi kim olacaq: Paşinyan yoxsa Koçaryan? - ŞƏRH 19 İyun 2021, 17:07 Putin ən çox etibar etdiyi 5 partiyadaşının adını SADALADI 19 İyun 2021, 16:39
SORĞU AVRO-2020-nin qalibi hansı komanda olacaq?