Modern.az

Prezident Balakəndə... - Dövlət başçısı açılışlarda iştirak edib

Prezident Balakəndə... - Dövlət başçısı açılışlarda iştirak edib

29 İyul 2020, 15:20

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 29-da Balakən rayonuna səfərə edib.

Modern.az-ın məlumatına görə, dövlət başçısı Balakən şəhərinin mərkəzində ümummilli lider Heydər Əliyevin adını daşıyan mədəniyyət və istirahət parkında Ulu Öndərin abidəsini ziyarət edərək önünə gül dəstəsi qoyub.

Prezident 320 şagird yerlik Balakən şəhər Uşaq İncəsənət Məktəbinin yeni binasının açılışında iştirak edib. Ölkə başçısına binada yaradılan şərait barədə məlumat verilib.

İlham Əliyev iyulun 29-da Balakən regional “ASAN xidmət” mərkəzinin açılışına qatılıb.

Prezident  mərkəzdə yaradılan şəraitlə tanış olub.

Sonra dövlət başçısı ASAN könüllüləri ilə görüşüb.

İyulun 29-da “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin Balakən Avtomatik İdarəetmə və Nəzarət Mərkəzi də istifadəyə verilib.

Prezident İlham Əliyev tədbirdə iştirak edib.

İlham Əliyev iyulun 29-da “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin Balakən Avtomatik İdarəetmə və Nəzarət Mərkəzinin istifadəyə verilmə mərasiminə də qatılıb.

Azərbaycan Prezidenti İlham Əliyev yenidən qurulan Balakən-Qazbinə-İtitala avtomobil yolunun açılışında iştirak edib. Tədbir çərçivəsində Balakən–Hənifə–Gülüzanbinə avtomobil yolunun da təqdimatı olub.

İlham Əliyev iyulun 29-da Balakən rayonunda “Bal meyvə” bağçılıq təsərrüfatı ilə tanış olub. Dövlət başçısına təsərrüfat barədə məlumat verilib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?