Modern.az

Sumqayıtda 2 bıçaqlanma hadisəsi olub

Sumqayıtda 2 bıçaqlanma hadisəsi olub

Aktual

1 Avqust 2020, 17:38

Sumqayıtda bıçaqlanma hadisəsi baş verib.

 

Modern.az APA-nın yerli bürosuna istinadən məlumat verir ki, hadisə şəhərin 4-cü mikrorayonunda qeydə alınıb. İki nəfər arasında düşən mübahisə qanlı hadisə ilə nəticələnib. Belə ki, 1979-cu il təvəllüdlü Zamid Ağayev Güldədə Rzayev tərəfindən bıçaqlanıb. Z. Ağayev qarnın ön divarının daxilə keçən kəsilmiş-deşilmiş yarası, qaraciyərin sol payının kəsilmiş-deşilmiş yarası diaqnozu ilə Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib.

 

Şəhər ərazisində daha bir bıçaqlanma hadisəsi qeydə alınıb. Belə ki, 2000-ci il təvəllüdlü Məmmədov Elməddin Vahid oğlu naməlum şəxs tərəfindən bıçaqlanıb.

Hər iki faktla bağlı araşdırma aparılır.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
ŞOK VİDEO! Rusiya sülhməramlıları yenidən Qarabağa qayıtdı?