Arxiv
2 Avqust 2020, 14:39 | AKTUAL
"Karabakh is Azerbaijan!" milli platforması beynəlxalq müstəvidə fəaliyyətə başlayır  

"Azərbaycan Diaspor Könüllüləri"nin təşəbbüsü ilə formalaşmış "Karabakh is Azerbaijan!" milli platformasının beynəlxalq qanadı yaradılıb və xarici ölkələrin gəncləri arasında "Qarabağ Azərbaycandır!" şüarının təbliğ olunması ilə bağlı kampaniyaya start verilib. Bu məqsədlə "Xarici ölkə gəncləri də "Qarabağ Azərbaycandır!" deyir" mövzusunda süjet hazırlanıb.

 

Bu barədə Modern.az-a Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.

 

"Karabakh is Azerbaijan" YouTube kanalında yayımlanan videoçarxda Türkiyə, Çad, Hindistan, Qazaxıstan, Makedoniya, Niderland, Banqladeş, Özbəkistan və Pakistanı təmsil edən gənclər öz doğma dillərində "Qarabağ Azərbaycandır!" şüarını səsləndiriblər. Onlar həm də Ermənistanın Azərbaycana qarşı işğalçı və təcavüzkar siyasətini, terrorçu və zorakılıq əməllərini pisləyiblər. Azərbaycanı dəstəklədiklərini, ölkəmiz üçün ədalət tələb etdiklərini, Ermənistanın işğalçı və təcavüzkar siyasətinə dinc yolla son qoyulmasının zəruriliyini vurğulayıblar. Layihənin digər ölkə gəncləri ilə də davam etdirilməsi nəzərdə tutulur.

 

Qeyd edək ki, Azərbaycan Respublikası İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin İslahat Könüllüləri Təşkilatının təşəbbüsü ilə "Diaspor fəaliyyətinin Azərbaycanın dövlət siyasətinə dəstəyi" mövzusunda keçirilən videogörüşdə də "Karabakh is Azerbaijan!" platformasında birləşən gənclərin, diaspor könüllülərinin, azərbaycanlı diaspor gənclərinin gördükləri iş müsbət qiymətləndirilib.

 

Xatırladaq ki, Diasporla İş üzrə Dövlət Komitəsi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2019-cu il 1 fevral tarixli Azərbaycan Gənclər Gününə həsr olunmuş Respublika toplantısında söylədiyi “Mənim də tövsiyəm ondan ibarətdir ki, gəncləri dövlət təşkilatları önə çəksinlər....Bütün dövlət təşkilatlarına tövsiyə etmişəm ki, könüllüləri cəlb etsinlər” fikirlərə əsaslanaraq “Azərbaycan Diaspor Könüllüləri” adlı proqrama start verib. Bu müddət ərzində:

 

- Diaspor Könüllülərinin Cocuq Mərcanlı kəndinə səfəri təşkil edilib. 18 oktyabr Azərbaycanın Dövlət Müstəqilliyi Günü münasibətilə reallaşan səfərdə məqsəd “Azərbaycan Diaspor Könüllüləri” proqramının iştirakçılarını Aprel qəhrəmanlarının şah əsəri olan Böyük qayıdışın başlanğıc nöqtəsi - Cocuq Mərcanlı kəndi ilə tanış etmək olub;

 

-9 noyabr - Bayraq Günündə könüllülər müxtəlif aksiyalar təşkil edib. Xaricdə yaşayan gənclərlə bağlı müəyyən videoçarx hazırlayıb və sosial şəbəkələrdə yayıb. Azərbaycan Diaspor Könüllüləri Bakı şəhərinin Fəvvarələr meydanında 2019-cu il 9 noyabr tarixində xarici vətəndaşlara və uşaqlara Dövlət Komitəsi adından Azərbaycan Respublikasının Dövlət Bayrağını hədiyyə edib, üçrəngli bayrağımız və Dövlət Bayrağı Günü haqqında məlumatlar veriblər;

 

- XX əsrin bəşəri cinayətlər siyahısına düşmüş Xocalı soyqırımı ilə bağlı Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən "Xocalıya ədalət!" kampaniyası çərçivəsində ABŞ, Almaniya, Fransa, İtaliya, İsveç, Norveç, Macarıstan, Türkiyə, Rusiya da daxil olmaqla, 50-dən çox ölkənin 10 mindən artıq deputatının elektron ünvanına Xocalı soyqırımının beynəlxalq miqyasda tanınmasını və bu faciəyə ədalətli siyasi-hüquqi qiymət verilməsini tələb edən kütləvi müraciətlər göndərilib. Müraciətlərə "Xocalıya ədalət!" kampaniyasına dair petisiyanın mətni də əlavə olunub. Xocalı soyqırımı zamanı qətlə yetirilmiş uşaqlar haqqında videoçarx hazırlanıb.

 

-Diaspor könüllüləri ölkəmizdə və xaricdə yaşayan vətənpərvər gənclərlə birlikdə “Facebook” və “Twitter”də Dağlıq Qarabağ həqiqətləri, ermənilərin Qarabağda və ətraf ərazilərdə törətdikləri vəhşiliklər, cəbhədə baş verən təxribatlar haqqında, #KarabakhisAzerbaijan, #Karabakh, #StopArmenianAgression həştəqlərindən istifadə etməklə, 1000-lərlə foto, video və digər məlumatlar paylaşıblar. Ümumilikdə 100 minə yaxın paylaşım edilib. Gənclərimizin birlik, həmrəylik nümayiş etdirmələri nəticəsində 14–15 iyul tarixlərində twitter.com sosial şəbəkəsində qeyd edilən həştəqlər dünya trendinə düşüb;

 

- Azərbaycan Diaspor Könüllülərinin təşəbbüsü ilə “Qarabağ Azərbaycandır!” (Karabakh İs Azerbaijan!) adlı “YouTube” kanalı yaradılıb və videotəqdimatı keçirilib;

 

-Diaspor Könüllülərinin, eləcə də ölkəmizdə və xaricdə yaşayan vətənpərvər gənclərimizin iştirakı ilə ABŞ konqresmenlərinin, xüsusilə ermənipərəst konqresmenlərin şəxsi sosial şəbəkə ünvanlarına, elektron poçtlarına rus, fransız və ingilis dillərində 1000-lərlə məktublar ünvanlayaraq Azərbaycanla bağlı həqiqətləri təqdim edib və konqresmenləri beynəlxalq hüquq və normalar mövqeyindən çıxış etməyə səsləyiblər.

 

Qeyd edək ki, “Karabakh is Azerbaijan!” Milli Platforması Azərbaycan Diaspor Könüllüləri tərəfindən yaradılıb və hazırda platformanın fəaliyyətinin təkmilləşdirilməsi istiqamətində, o cümlədən həm ölkə, həm də dünyada yaşayan azərbaycanlı gənclərin platformaya cəlb edilməsi üzərində ardıcıl işlər aparılır.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
25 yaşlı “Səhər” - Qulu Məhərrəmli: “Birinci verilişin həyəcanı hələ də yadımdadır” - MÜSAHİBƏ 14 Avqust 2020, 13:02 Namizədlər ən çox Bakı və Sumqayıtda imtahan verirlər - Nazirlik 14 Avqust 2020, 12:56 “Bandotdel”dən silah ƏMƏLİYYATI 14 Avqust 2020, 12:50 İcra nümayəndəsinin cinayət işi məhkəməyə göndərildi 14 Avqust 2020, 12:44 Azərbaycanda uşaqlara bu adların qoyulması qadağan olundu - SİYAHI 14 Avqust 2020, 12:38 Oğlu həbs olunan bələdiyyə sədri istefa verdi 14 Avqust 2020, 12:32 Azərbaycanda 83 körpə ev şəraitində doğulub 14 Avqust 2020, 12:26 Qarabağın Azərbaycanlı icması: "Ermənistanın bu azğın əməlləri..." 14 Avqust 2020, 12:20 Problemli əmanətlərin qaytarılmasına BAŞLANILDI 14 Avqust 2020, 12:14 Qazaxıstanın 16 vətəndaşı öz ölkələrinə yola salındı 14 Avqust 2020, 12:08 Şabranda 9 velosipedçi cərimələndi 14 Avqust 2020, 12:02 Əli Abbasov Ramiz Mehdiyevin müşaviri təyin olundu 14 Avqust 2020, 11:56 Ermənistana hərbi dəhliz açan ölkələr - Ekspert: “Bu 3 ölkə ilə izahat işi aparılmalıdır” 14 Avqust 2020, 11:50 Hacıqabulda reydlər davam edir - FOTO 14 Avqust 2020, 11:48 BANM-in məzunları DAAD təqaüdünü qazanıb 14 Avqust 2020, 11:42 Müəllim olmaq istəyənlərin nəzərinə 14 Avqust 2020, 11:36 Keçmiş vəkili Trampı ifşa edəcəyini söylədi 14 Avqust 2020, 11:33 Ermənistanda koronavirusdan ölənlərin sayı 814 nəfərə çatdı 14 Avqust 2020, 11:28 Abituriyentlərin nəzərinə! 14 Avqust 2020, 11:22 Prokurorluq Binəqədidəki müəmmalı ölümlə bağlı məlumat YAYADI 14 Avqust 2020, 11:16 Bel çantasında narkotik tapıldı 14 Avqust 2020, 11:10 “Gürcüstanın idarəetməsində azərbaycanlıların rolu artacaq” – Marneuli meri 14 Avqust 2020, 11:04 Azərbaycan XİN-i Pakistanı təbrik etdi 14 Avqust 2020, 10:59 Sabiq prezidentin həbs qərarı qüvvədə qaldı 14 Avqust 2020, 10:54 Nazirlik mebelə 1,6 milyon manat XƏRCLƏYƏCƏK 14 Avqust 2020, 10:48 Avropa Azərbaycanlıları erməni lobbisini dünya ictimaiyyətini çaşdırmaqda ittiham edib 14 Avqust 2020, 10:42 Vilayət Eyvazovdan YENİ TƏYİNAT 14 Avqust 2020, 10:36 Azərbaycan nefti yenidən ucuzlaşdı 14 Avqust 2020, 10:30 Ramiz Mehdiyev Əli Abbasovu işdən azad etdi 14 Avqust 2020, 10:24 Nazirlikdən şəbəkə qurğularındakı təhlükə ilə bağlı xəbərdarlıq 14 Avqust 2020, 10:18 Daha bir xarici jurnalist Qarabağa qanunsuz səfər etdi 14 Avqust 2020, 10:12 Mingəçevirdə gizli işləyən restoran TAPILDI  14 Avqust 2020, 10:06 Bələdiyyə sədri cərimələndi 14 Avqust 2020, 10:00 Dünyada koronavirusa yoluxanların sayı 21 milyonu keçdi 14 Avqust 2020, 09:54 Neft yenidən bahalaşdı 14 Avqust 2020, 09:48